Qanunvericilik › “Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.07.2015) › Tam mətn

“Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.07.2015)

“Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.07.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 8 iyul 2015-ci il

1.1. Bu Qayda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin beşinci və altıncı hissələrinə və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü və 8.5-ci maddələrinə əsasən hazırlanmışdır.

1.2. Bu Qayda dərman vasitələrinə, dərman maddələrinə və dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarında), audio və video materiallara, mal və məmulatlara, dini məzmunlu başqa məlumat materiallarına tətbiq olunan nəzarət markalarının (bundan sonra - nəzarət markaları) hazırlanması, onların alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması ilə bağlı məsələləri tənzimləyir.

2.1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik) və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) növbəti təqvim ilinin başlanmasına 6 (altı) ay qalmış nəzarət markalarına olan illik tələbat barədə məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra - Dövlət Vergi Xidməti) təqdim edirlər.

2.2. Nazirliyin və Komitənin təqdim etdiyi tələbata uyğun olaraq, nəzarət markalarının hazırlanması (sifarişi) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Nəzarət markalarının hazırlanması ilə əlaqədar xərclər dövlət büdcəsində Dövlət Vergi Xidmətinə nəzarət markalarının çap edilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.

2.3. Dövlət Vergi Xidməti Nazirliyin və Komitənin təqdim etdiyi tələbata uyğun miqdarda sifariş etdiyi nəzarət markalarını növbəti təqvim ilinin 1 fevral tarixinədək onlara təhvil verir.

2.4. Nəzarət markalarının saxlanılması Nazirlik və Komitə tərəfindən həyata keçirilir.

3.1. Nazirlik və Komitə tərəfindən nəzarət markaları hüquqi və fiziki şəxslərə “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 214 nömrəli qərarı ilə müəyyən edilmiş qiymətə satılır.

3.2. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

3.3. Nazirlik və Komitə tərəfindən nəzarət markalarının hüquqi və fiziki şəxslərə satışı müqavilə əsasında həyata keçirilir. Bu müqavilədə göstərilən məbləğin dövlət büdcəsinə ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra nəzarət markaları hüquqi və fiziki şəxslərə təqdim edilir.

3.4. Nazirlik və Komitə hər rübdən sonrakı ayın 20-dək bu Qaydanın əlavəsindəki formada rüb ərzində satılmış nəzarət markalarının sayı və onların satışından dövlət büdcəsinə köçürülmüş pul vəsaitləri barədə məlumatları Dövlət Vergi Xidmətinə təqdim edirlər.

Rəhbər ____________________ __________________________

(imza) (soyadı və adı)

İcraçı ____________________ __________________________

(imza) (soyadı və adı)

Tərtib olunma tarixi ____________________

19 mart 2019-cu il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 551)

5 avqust 2023-cü il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 11 avqust 2023-cü il, № 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1261)

23 yanvar 2024-cü il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 yanvar 2024-cü il, “Xalq” qəzeti, 24 yanvar 2024-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 105)

25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1106)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver