Qanunvericilik › “Nikah haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.11.2012) › Tam mətn

“Nikah haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.11.2012)

“Nikah haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.11.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı

“Nikah haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 676 nömrəli Fərmanının icrası məqsədi ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

1. “Nikah haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 28-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Nikah haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Nikaha daxil olmaq istəyən şəxslər qeydiyyat orqanına getmədən elektron qaydada nikaha daxil olmaq haqqında ərizə formasını dolduraraq, nikahın vaxtını və tarixini müəyyənləşdirirlər.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 171-175-ci maddələri;

- “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 6 mart 2000-ci il tarixli 297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı;

- “İnformasiya əldə etmək haqqında” 30 sentyabr 2005-ci il tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 6-cı və 10-cu maddələri;

- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci bəndi;

- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

- Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.13-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 2 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Elektron xidmətin göstərilməsi zamanı vətəndaşlar respublika ərazisində fəaliyyət göstərən qeydiyyat orqanlarına getmədən elektron qaydada nikaha daxil olmaq haqqında ərizə formasını dolduraraq nikah tarixini və saatını müəyyənləşdirirlər.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az; http://exidmet.justice.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.justice.gov.az

Elektron poçt: contact@justice.gov.az / notvva@justice.gov.az

Telefon: (+99412) 430 09 77 / (+99412) 404 42 81

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə etmək üçün nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyət vəsiqələrinin seriya və nömrələri tələb olunur. Həmin məlumatlar elektron qaydada ərizə formasına əlavə edilir.

Nikaha daxil olan zaman kişi və qadın şəxsiyyət vəsiqələrinin əslini təqdim etməlidirlər.

3.1. İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

Nikaha daxil olmaq istəyən tərəflərdən hər biri şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, milliyyətini, yaşayış yerini, iş yerini və vəzifəsini, təhsilini, ümumi uşaqlarının olması barədə məlumatı, həmçinin nikaha daxil olduqdan sonra daşımaq istədiyi soyadı müvafiq olaraq kişi və ya qadın qrafalarına daxil edərək elektron ərizə formasını doldurur.

3.2.1. Sorğunun formalaşdırılması: İnformasiya sisteminin müvafiq pəncərəsində nikaha daxil olmaq istəyən şəxslərdən hər biri yuxarıda qeyd olunan məlumatları daxil edir, həmçinin nikah tarixini, saatını və yerini müəyyənləşdirərək elektron ərizə formasını təsdiqləyir.

3.2.2. Sorğunun qəbulu: Sorğu qəbul olunduğu təqdirdə bu barədə istifadəçiyə müvafiq məlumatlar təqdim olunur.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

Nikaha daxil olmaq istəyən şəxslər informasiya sisteminin müvafiq pəncərəsinə daxil olub, 3.2-ci bənddə tələb olunan məlumatları daxil edərək elektron xidmətdən istifadə edirlər.

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçilər müvafiq məlumatları səhv daxil etdikdə, həmçinin şəxsiyyət vəsiqəsi qüvvədən düşdükdə sistem tərəfindən sorğunun yerinə yetirilməsindən imtina edilir. Sorğunu yerinə yetirməkdən imtina istifadəçinin yenidən sorğu verməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçilər müvafiq məlumatları düzgün daxil etdikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

İstifadəçi elektron xidmət vasitəsilə aidiyyatı qeydiyyat orqanını seçərək, 2.6-cı bənddə qeyd olunanlar əsasında elektron qaydada ərizə formasını doldurduqdan sonra nikahın qeydiyyatının aparılması üçün vətəndaşın müraciətinə əsasən tarix təyin edilir və vətəndaş nikahın rəsmiləşdirilməsi üçün qeydiyyat orqanına dəvət edilir.

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

– Ərizə və müvafiq sənədlər qeydiyyat orqanı tərəfindən qəbul edilir;

– Məlumatlar yoxlanılır;

– Nikahın qeydiyyata alınması üçün vətəndaşın müraciətinə əsasən tarix təyin edilir və vətəndaş şəxsiyyət vəsiqəsi ilə birlikdə qeydiyyat orqanına dəvət olunur.

Elektron xidmətin icrasına görə aidiyyatı qeydiyyat orqanının rəhbəri məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

– Qeydiyyat orqanının məsul şəxsi sənədləri və elektron ərizə formasını qəbul edir;

– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub - olmaması qeydiyyat orqanının məsul şəxsi tərəfindən yoxlanılır;

– Nikahın qeydiyyata alınması üçün vətəndaşın müraciətinə əsasən tarix təyin edilir və vətəndaş nikahın rəsmiləşdirilməsi üçün qeydiyyat orqanına dəvət edilir (elektron bildiriş alır).

İnzibati əməliyyatlar qeydiyyat orqanı tərəfindən 1 iş günü müddətində icra edilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumları haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

– Sənədlər və elektron ərizə forması qəbul edilərək çap olunur;

– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra nikahın qeydiyyata alınması üçün tarix müəyyən edilir;

– Nikahın qeydiyyata alınması üçün vətəndaş qeydiyyat orqanına gəlir və nikah haqqında şəhadətnaməni əldə edir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi həyata keçirir.

3.5.1. Nəzarətin forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.5.2. Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

Elektron xidmətlərin göstərilməsinə görə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi məsuliyyət daşıyır.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

1. 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver