Qanunvericilik › “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNLARI, 07.12.2018) › Tam mətn

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNLARI, 07.12.2018)

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNLARI, 07.12.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69; 2016, № 10, maddə 1600; 2018, № 7, I kitab, maddə 1396) aşağıdakı məzmunda 5.4-cü maddə əlavə edilsin:

“5.4. Ələt azad iqtisadi zonasının ərazisində “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.”.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2018-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver