Qanunvericilik › “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNLARI, 14.07.2023) › Maddə 2

Maddə 2. Keçid müddəalar

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNLARI, 14.07.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının mətnində mötərizədə, dəyişiklik edilən və ya ləğv edilən hüquqi aktın dərc edildiyi, habelə 2024-cü il yanvarın 1-dək olan dövr ərzində ona edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək Cild I kimi qeyd edilir.

2.2. 2025-ci il yanvarın 1-dək normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə, habelə kağız daşıyıcısında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver