Qanunvericilik › Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 12

Maddə 12. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasının üsulları

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Normativ hüquqi aktların kolliziyası aşağıdakı üsullarla aradan qaldırılır:

12.1.1. normativ hüquqi aktın ləğv edilməsi;

12.1.2. normativ hüquqi aktda dəyişikliklər edilməsi;

12.1.3. normativ hüquqi aktların məcəllələşdirilməsi.

12.2. Normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədilə qanun layihələri ilə yanaşı onların qəbul olunması ilə əlaqədar ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan qanun layihələri də eyni zamanda təqdim edilməlidir. Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan qanun və Azərbaycan Respublikası Prezidentinin fərmanlarının layihələri ilə yanaşı onların qəbul edilməsi ilə əlaqədar ləğv və dəyişikliklər edilməli və hazırlanmalı olan Azərbaycan Respublikası Prezidentinin aktlarının layihələri də eyni zamanda təqdim olunmalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının (onların struktur elementlərinin) siyahısı müəyyən edilməlidir.

12.3. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi normativ hüquqi aktın şərhi ilə bağlı qəbul etdiyi qərarında normativ hüquqi aktların kolliziyasını təsdiqləyərsə, həmin kolliziyanı aradan qaldırmaq məqsədi ilə bu Konstitusiya Qanununun 12.1.1-12.1.3-cü maddələrində göstərilən tədbirlər görülməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver