Qanunvericilik › Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 27

Maddə 27. Normativ hüquqi aktların layihələrinin dövlət orqanları tərəfindən hazırlanmasının, razılaşdırılmasının, qəbul edilməsinin və dərc edilməsinin tənzimlənməsi

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Normativ hüquqi aktların müxtəlif növlərinin layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətləri, onlar üçün texniki-hüquqi tələblər, habelə bu Konstitusiya Qanunu ilə tənzimlənməmiş digər məsələlər müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qaydalarla müəyyən edilir.

27.2. Normativ hüquqi aktların layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası normayaratma fəaliyyətinin subyektlərinin və normayaratma orqanlarının hüquqlarını məhdudlaşdıra bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver