Qanunvericilik › Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 66

Maddə 66. Sistem xarakterli tipik sui-istifadə amilləri

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

66.1. Sistem xarakterli tipik sui-istifadə amilləri normativ hüquqi aktın ayrı-ayrı normalarını deyil, onun bütün mətninin sistemli təhlili nəticəsində aşkar edilə bilən tipik sui-istifadə amillərini özündə ehtiva edir.

66.2. Sistem xarakterli tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir:

66.2.1. yanlış məqsəd və prioritetlər;

66.2.2. kolliziyalar;

66.2.3. məcbur edilmiş sui-istifadəyə məruz qalma.

66.3. Normativ hüquqi aktın hüquqi tənzimləmənin həqiqi tələblərinə uyğun gələn aydın məqsədləri və prioritetləri olmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi üçün obyektiv məqsədəuyğunluğun olmamasına, məsələnin zərurətdən artıq tənzimlənməsinə, normativ hüquqi aktın normalarının həmin aktın bəyan edilmiş məqsədləri ilə ziddiyyət təşkil etməsinə yol verilmir.

66.4. Digər normativ hüquqi aktla tam və ya qismən ziddiyyət təşkil edən normativ hüquqi aktda vəzifəli şəxslər üçün konkret halda tətbiq edilməli olan aktı sərbəst seçmək imkanının yaradılmasına, həmin kolliziyanın həlli mümkünlüyünün vəzifəli şəxsin iradəsindən asılı olmasına yol verilmir.

66.5. Daha üstün hüquqi qüvvəyə malik olub-olmamasından asılı olmayaraq hər hansı normativ hüquqi aktın sui-istifadəyə məruz qalmış normaları digər normativ hüquqi aktda sui-istifadəyə məruz qalmış normaların əks etdirilməsinə səbəb ola bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver