Qanunvericilik › Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 91

Maddə 91. Normativ hüquqi aktların icrası şərtləri

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Normativ hüquqi aktların qəbul edilməsində və qüvvəyə minməsindən sonra onların icrasının lazımi təşkili – qəbul edilmiş aktların məzmununun icraçıların diqqətinə vaxtında çatdırılması, aktların səlahiyyətli dövlət orqanları tərəfindən rəsmi şərhi, aktın məzmununun izahı, şərhlərin, praktiki vəsaitlərin nəşri, aktların icrasının maliyyə, maddi-texniki, hüquqi və təşkilati-texniki təminatı, aktların icra müddətlərinə əməl olunması təminatı həyata keçirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver