Notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilər.
Notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir.
Notarius tərcüməçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş tərcümənin düzgünlüyünü elektron qaydada təsdiq edə bilər. Bu halda notarius tərcümənin mətninə görə məsuliyyət daşımır.
Sənədlərin tərcüməsi bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və notarius vasitəsilə təşkil edildiyi halda tərcüməyə görə haqq notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində tərcümə xidməti göstərən hüquqi şəxsin bankdakı hesabına keçirilir.