Qanunvericilik › Notariat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 73

Maddə 73. Ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların ərizələrinin və sənədlərinin verilməsi

Notariat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Notarius ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların məzmunu qanuna zidd olmayan və özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatları əks etdirməyən kağız və ya elektron daşıyıcıda olan ərizələrini və ya sənədlərini başqa şəxslərə, idarələrə, müəssisələrə və təşkilatlara verir.

Ərizələr və sənədlər kağız daşıyıcıda geri məlumat verilməsi şərti ilə poçt vasitəsi ilə və ya imza etdirmək şərti ilə şəxsən verilir.

Kağız daşıyıcıda təqdim olunan ərizələr və ya digər sənədlər notarius tərəfindən başqa şəxslərə, həmçinin texniki vasitələrdən istifadə etməklə informasiya sistemləri vasitəsilə də verilə bilər. Bu halda notarius kağız daşıyıcıda təqdim olunmuş ərizə və ya digər sənəd əsasında onun elektron nüsxəsini hazırlayır. Kağız daşıyıcıda olan ərizə və ya digər sənəd ilə hazırlanmış sənədin elektron nüsxəsinin eyniləşdirilməsi notariusun elektron imzası ilə təsdiq edilir.

Elektron formada təqdim olunan ərizələrin və ya digər sənədlərin məzmunu notarius tərəfindən hazırlanan kağız daşıyıcıya keçirilərək eyniləşdirilə bilər. Bu halda notarius ərizəni və ya digər sənədi göndərən şəxsin elektron imzasını “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlayır, onu kağız daşıyıcıda çap edərək imzası və möhürü ilə təsdiq edir. Elektron ərizə və ya digər sənəd kağız daşıyıcıya keçirildikdən sonra bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada göndərilir.

Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamə verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver