Qanunvericilik › Notariat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 75

Maddə 75. Saxlanmağa qəbul edilmiş öhdəliyin icra predmetinin, depozitə qəbul edilmiş pul məbləğlərinin və sənədli qiymətli kağızların qaytarılması

Notariat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Saxlanmağa qəbul edilmiş öhdəliyin icra predmeti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 538-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada geri qaytarılır.

Pul məbləğlərinin və sənədli qiymətli kağızların onları depozitə (debitora) vermiş şəxsə qaytarılmasına yalnız xeyrinə haqq verilmiş şəxsin (kreditorun) yazılı razılığı ilə və ya məhkəmənin qərarına əsasən yol verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver