Notarius səfər dövründə və ya gəminin dayandığı dövrdə baş verən, gəmi sahibinə əmlak tələbləri verilməsi üçün əsas ola biləcək hadisə haqqında gəmi kapitanının ərizəsini qəbul edir.
Dəniz protesti haqqında ərizə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının dəniz limanında notariusa verilməlidir.
Dəniz protesti haqqında ərizədə şərh olunmuş halların təsdiq edilməsi üçün gəmi jurnalı və gəmi jurnalından kapitanın təsdiq etdiyi çıxarış qanunvericiliklə müəyyən olunmuş müddətdə nəzərdən keçirilmək üçün notariusa təqdim edilməlidir.