Qanunvericilik › “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 03.05.2017) › Tam mətn

“Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 03.05.2017)

“Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 03.05.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2017-ci il

1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.36-cı maddəsinə əsasən hazırlanmışdır və ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydasını müəyyən edir.

1.2. Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin qeyri-işlək (toksik) aktivlərə mülkiyyət hüququnun, habelə həmin qeyri-işlək (toksik) aktivlərlə birlikdə təqdim olunan onlara dair təminata girov hüququnun özgəninkiləşdirilməsindən ibarətdir.

2.1. Bu Qaydanın məqsədləri üçün qeyri-işlək (toksik) aktiv dedikdə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ xarakterli aktlarına əsasən qeyri-standart aktiv kimi təsnifləşdirilmiş aktiv, habelə bu aktiv üzrə təminatlar başa düşülür.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.

3.1. Qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsindən əvvəl bank tərəfindən həmin aktivlərin qeyri-işlək (toksik) aktivlər kateqoriyasına aid olması barədə Azərbaycan Respublikasının Mərkəzi Bankın rəyi alınır.

3.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan rəy 20 (iyirmi) gün müddətində verilməlidir.

3.3. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş mülki-hüquqi müqavilələrə uyğun olaraq həyata keçirilir.

3.4. Təqdim edilən qeyri-işlək (toksik) aktivlər digər aktivlərlə birlikdə təqdim olunursa, müqavilədə qeyri-işlək aktivlər barədə məlumatlar ayrıca qeyd olunmalıdır.

3.5. Təqdim edilən qeyri-işlək (toksik) aktivlərin dəyəri müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında müstəqil qiymətləndirici (müstəqil qiymətləndiricilər) tərəfindən müəyyən edilir.

3.6. Qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsinə dair müqavilədə ən azı aşağıdakılar göstərilməlidir:

3.6.1. müqavilənin tərəfləri, predmeti, məbləği;

3.6.2. tərəflərin hüquq və vəzifələri, məsuliyyəti;

3.6.3. qeyri-işlək (toksik) aktivlərə ödəmə qabiliyyətini itirmiş bankın mülkiyyət hüququnu yaradan müqavilənin tərəfləri, tarixi, nömrəsi.

1. 2 avqust 2023-cü il tarixli 2280 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2023-cü il, “Xalq” qəzeti, 3 avqust 2023-cü il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab, maddə 1147)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver