Elektron ödənişlər sahəsində tənzimləmə və nəzarətin təşkilində effektivliyin yüksəldilməsi, habelə elektron ödənişlərin inkişafı üzrə məlumat bazasının və analitik təhlil imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü maddələrinə əsasən
2. Bu Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat” 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və həmin tarixdən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”ın təsdiq edilməsi barədə 2013-cü il 18 dekabr tarixli 25/3 nömrəli Qərarının 1-ci hissəsi (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2015-ci il 26 fevral tarixli 11/6 nömrəli, 2019-cu il 11 iyul tarixli 16/1-4 nömrəli, 2019-cu il 5 avqust tarixli 19/1 nömrəli və 2020-ci il 1 dekabr tarixli 52/2 nömrəli qərarları ilə edilmiş dəyişikliklər) ləğv edilir.
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
1. 30 sentyabr 2021-ci il tarixli 26/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202109300262, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 oktyabr 2021-ci il)
2. 4 fevral 2022-ci il tarixli 04/4 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202202040044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2022-ci il)
3. 4 sentyabr 2024-cü il tarixli 35/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202409040352, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 sentyabr 2024-cü il)