Qanunvericilik › “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 12.11.2025) › Tam mətn

“Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 12.11.2025)

“Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 12.11.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci və 47.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 18 iyul tarixli 33/1 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.

3. Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Bu Qayda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) operatoru olduğu ödəniş sistemləri olan Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sisteminin (bundan sonra – AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (bundan sonra – XÖHKS), Ani Ödənişlər Sisteminin (bundan sonra – AÖS) iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarını tənzimləyir.

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. iştirakçı - AZIPS, XÖHKS və AÖS-də (bundan sonra birlikdə - sistemlər) ödəniş əməliyyatlarını həyata keçirən bank, poçt rabitəsinin milli operatoru, elektron pul təşkilatı, ödəniş təşkilatı (müstəsna olaraq hesab üzrə məlumat xidməti və (və ya) ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti göstərən təşkilatlar istisna olmaqla), habelə Mərkəzi Bank tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs;

2.1.2. emitent iştirakçı – vəsaiti ödəyən iştirakçı;

2.1.3. benefisiar iştirakçı – vəsaiti alan iştirakçı;

2.1.4. birbaşa iştirakçı – sistemlərin digər iştirakçıları ilə hesablaşmaların aparılması məqsədilə Mərkəzi Bankda müxbir və ya cari hesab açan iştirakçı;

2.1.5. dolayı iştirakçı – sistemlərin digər iştirakçıları ilə hesablaşmaların aparılması məqsədilə birbaşa iştirakçıda müxbir və ya cari hesab açan iştirakçı;

2.1.6. vasitəçi – “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidmətini göstərən ödəniş xidməti təchizatçısı;

2.1.7. valyutalaşma tarixi – iştirakçının hesabı üzrə ödəniş əməliyyatının icraolunma tarixi;

2.1.8. bank identifikasiya kodu (BIC) – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) və ya Mərkəzi Bank tərəfindən iştirakçılara verilmiş identifikasiya nömrəsi;

2.1.9. prioritet kodu – ödəniş sərəncamını göndərən iştirakçı tərəfindən müəyyənləşdirilən və ödəniş sərəncamının emalı üzrə növbəliliyin idarə olunması üçün istifadə olunan nömrə;

2.1.10. ödəniş sərəncamı – sistemlərdə ödəniş əməliyyatlarının aparılması üçün emitent və benefisiar iştirakçı tərəfindən müvafiq olaraq verilən kredit köçürməsi (ödəniş tapşırığı) və ya birbaşa debitləşmə;

2.1.11. ödəniş paketi – sistemlərdə iştirakçılar tərəfindən ödəniş sərəncamlarının növünə görə qruplaşdırılan toplusu;

2.1.12. ödəniş faylı – bir və ya bir neçə ödəniş paketləri əsasında yaradılan və iştirakçılar arasında ödəniş sərəncamlarının mübadiləsi üçün istifadə edilən xüsusi formatlı fayl;

2.1.13. AÖS hesablaşma hesabı – birbaşa iştirakçının müxbir hesabında əvvəlcədən bloklaşdırılmış vəsait həcmində əməliyyatların aparılması üçün AÖS-də istifadə edilən hesab;

2.1.14. texniki hesab – AÖS-də dolayı iştirakçıların əməliyyatlarının aparılması üçün istifadə edilən hesab;

2.1.15. ödəniş sorğusu – AÖS-də benefisiar iştirakçı tərəfindən başladılan və ödəyicinin razılığı ilə onun hesabından vəsaitin silinməsinə imkan verən sorğu;

2.1.16. klirinq hesabı – XÖHKS-də ödəniş əməliyyatının aparılması üçün iştirakçıya açılmış hesab;

2.1.17. xalis mövqe – klirinq hesabına daxil olan vəsaitlərin cəmi ilə klirinq hesabından silinən vəsaitlərin cəmi arasındakı fərq;

2.1.18. debet limit – klirinq sessiyası nəticəsində debet xalis mövqeyi üzrə hesablaşmaların aparılması məqsədilə AZIPS-də iştirakçının müxbir hesabında bloklaşdırılmış vəsaitin həcmi;

2.1.19. klirinq – XÖHKS-də klirinq sessiyası ərzində bir və ya bir neçə iştirakçının digər bir və ya bir neçə iştirakçıya verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesi;

2.1.20. klirinq sessiyası - XÖHKS-də əməliyyat günü ərzində təyin olunmuş reqlament əsasında iştirakçılardan ödəniş paketlərinin qəbul edilməsi, icra olunması və nəticədə hesablaşmalar üzrə xalis mövqelərin müəyyənləşdirilməsi dövrü;

2.1.21. mandat - benefisiar və emitent iştirakçılar arasında birbaşa debitləşmə əsasında əməliyyatların aparılması üçün XÖHKS-də qeydiyyatdan keçirilən razılaşma;

2.1.22. real vaxt rejimi - sistemlərdə ödəniş əməliyyatları üzrə hesablaşmaların və məlumat mübadiləsinin müvafiq sistemin reqlamenti çərçivəsində dərhal həyata keçirilməsini nəzərdə tutan iş rejimi;

2.1.23. 24/7/365 rejimi - sistemlərdə ödəniş əməliyyatları üzrə hesablaşmaların və məlumat mübadiləsinin qanunvericiliklə müəyyənləşdirilmiş qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində həyata keçirilməsini nəzərdə tutan iş rejimi;

2.1.24. Banklararası Kart Mərkəzi (bundan sonra - BKM) - Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərinin komponenti.

3.1. Sistemlərdə birbaşa iştirakçılar arasında hesablaşmalar Mərkəzi Bankda açılmış müxbir və cari hesabları vasitəsilə həyata keçirilir.

3.2. Sistemlərdə ödəniş sərəncamları aşağıdakı hallar eyni zamanda mövcud olduqda qəbul edilərək icra olunur:

3.2.1. ödəniş sərəncamı Mərkəzi Bankın İdarə Heyətinin 13.03.2024-cü il tarixli 12/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərinə cavab verdikdə;

3.2.2. emitent və benefisiar iştirakçıların hesabları üzrə həbs və ya əməliyyatların dayandırılması barədə qərar (sərəncam) olmadıqda;

3.2.3. ödəniş sərəncamının valyutalaşma tarixi bu Qaydanın 3.7-ci və 3.8-ci bəndləri ilə müəyyən edilmiş vaxt intervalına uyğun olduqda;

3.2.4. ödəniş sərəncamının icrası üçün emitent iştirakçının hesabında kifayət qədər vəsait olduqda.

3.3. İştirakçı tərəfindən göndərilən ödəniş sərəncamı iştirakçının hesabından vəsaitin silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir.

3.4. İştirakçının müvafiq hesabından çıxarış və digər məlumatlar ona Mərkəzi Bank tərəfindən sistemlərin texniki imkanlarından istifadə edilməklə elektron və ya iştirakçının Mərkəzi Banka yazılı müraciəti əsasında kağız daşıyıcıda təqdim edilir.

3.5. Sistemlərdə istifadə olunan məlumat formatları, habelə sistemlərin fəaliyyət reqlamenti, BKM üzərindən əməliyyatların aparılması və bu əməliyyatlar üzrə mübahisəli halların həlli qaydası Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunur. Reqlamentdə əməliyyat günü ərzində ödəniş sərəncamlarının, sorğu, bildiriş və məlumatların göndərilməsi, qəbulu və emalı üzrə vaxt intervalları, sistemlərin iş vaxtlarının müvəqqəti dəyişdirilməsi proseduru, XÖHKS-də əməliyyat günü ərzində klirinq sessiyalarının sayı, AÖS-də hesablaşma hesabının qalığı üzrə AZIPS ilə aparılan tənzimləmələrin sayı, habelə XÖHKS-də və AÖS-də qəbul edilən bir ödəniş sərəncamının maksimal məbləği müəyyən edilir. AÖS-ün fəaliyyət reqlamentində iştirakçıların və vasitəçilərin fəaliyyətinin təşkili, o cümlədən onların hüquq və vəzifələri, əməliyyatlar üzrə təyin edilmiş vaxt limitləri, habelə iştirakçılar və vasitəçilər tərəfindən göstərilən xidmətlər üzrə tələblər, sistemdə aparılan əməliyyatlar üzrə mübahisəli halların həlli qaydaları müəyyən edilir. Reqlament Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.

3.6. Reqlamentdə hər hansı bir dəyişiklik olduqda Mərkəzi Bank dəyişikliklərin tətbiq olunduğu gündən azı 1 (bir) ay əvvəl bu haqda iştirakçılara elektron və ya kağız daşıyıcıda məlumat göndərir.

3.7. Sistemlərdə iştirakçının göndərdiyi valyutalaşma tarixi əməliyyat günü ilə eyni olan kredit köçürməsi Mərkəzi Bank tərəfindən müvafiq ödəniş sistemi üzrə müəyyən edilən reqlament əsasında qəbul edilir və həmin gün emal olunur.

3.8. AZIPS və XÖHKS-də birbaşa iştirakçı kredit köçürməsini valyutalaşma tarixindən əvvəl 10 (on) təqvim günündən çox olmamaq şərti ilə sistemlərə göndərə bilər. Bu halda həmin kredit köçürməsi haqqında məlumat müvafiq olaraq sistemlərdə saxlanılır və valyutalaşma tarixində icra olunur.

4.1. AZIPS birbaşa iştirakçılar arasında hesablaşmaların bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlament əsasında real vaxt rejimində aparılması üçün istifadə olunur.

4.2. AZIPS-də hesablaşmalar birbaşa iştirakçıların müxbir və cari hesabları vasitəsilə həyata keçirilir.

4.3. AZIPS-də hesablaşmalar aşağıdakı informasiya mübadiləsi vasitələrindən istifadə olunmaqla aparıla bilər:

4.3.1. sistemlərdə informasiya mübadiləsinin aparılması məqsədilə yaradılmış Qapalı Telekommunikasiya Şəbəkəsi (bundan sonra – QTŞ) vasitəsilə;

4.3.2. SWIFT vasitəsilə (birbaşa iştirakçı SWIFT-in üzvü olduqda).

4.4. Birbaşa iştirakçı Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcılarda) verməklə AZIPS ilə informasiya mübadiləsinin aparılması üçün QTŞ-dən və ya SWIFT platformasından istifadə edə bilər.

4.5. Birbaşa iştirakçı AZIPS-də QTŞ vasitəsilə əməliyyatların həyata keçirilməsi üçün ödəniş sistemlərində informasiya mübadiləsinin aparılması məqsədilə yaradılmış xüsusi telekommunikasiya şəbəkəsinə qoşulmalıdır.

4.6. AZIPS-də QTŞ vasitəsilə əməliyyatların aparılması üçün birbaşa iştirakçı Mərkəzi Bank tərəfindən təqdim olunan “STP-Adapter” modulunu proqram təminatlarının texniki və sistem tələbləri nəzərə alınmaqla müvafiq server avadanlığında quraşdırmalıdır.

4.7. Birbaşa iştirakçı kredit köçürmələrini aşağıdakı məlumat formatlarında AZIPS-ə göndərə bilər:

4.7.1. müştəri ödənişləri (pacs.008);

4.7.2. bank ödənişləri (pacs.009, camt.050).

4.8. Kredit köçürməsi AZIPS-də icraya qəbul edilərkən aşağıdakılar yoxlanılır:

4.8.1. valyutalaşma tarixinin bu Qaydanın 3.7-ci və 3.8-ci bəndlərinə uyğunluğu;

4.8.2. əməliyyat günü ərzində kredit köçürməsinin nömrəsinin təkrarlanmaması;

4.8.3. kredit köçürməsinin AZIPS üzrə müəyyənləşdirilmiş formatlara uyğunluğu;

4.8.4. birbaşa iştirakçıların BİK-nin düzgünlüyü;

4.8.5. birbaşa iştirakçıların VÖEN-nin düzgünlüyü;

4.8.6. müxbir (cari) hesabların düzgünlüyü;

4.8.7. birbaşa iştirakçıların BİK-nin, VÖEN-nin və müxbir (cari) hesablarının uyğunluğu.

4.9. Bu Qaydanın 4.8-ci bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olduqda AZIPS tərəfindən kredit köçürməsinin icrasından imtina edilir və səbəbi göstərilməklə birbaşa iştirakçıya bildiriş (müvafiq olaraq camt.029 və ya pacs.002) göndərilir.

4.10. Bu Qaydanın 4.8-ci bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda:

4.10.1. AZIPS emitent iştirakçının hesabını debetləşdirir və benefisiar iştirakçının hesabını kreditləşdirir;

4.10.2. AZIPS tərəfindən benefisiar iştirakçıya kredit köçürməsi, emitent iştirakçıya isə onun tələbi olduqda ödənişin icra olunması haqqında bildiriş (pacs.002) göndərilir.

4.11. Ödənişlərin növbəliliyini idarə etmək məqsədilə emitent iştirakçı kredit köçürmələrinin başlıq hissəsində onların icraolunma ardıcıllığını əks etdirən prioritet kodunu göstərməlidir. Prioritet kodu 30-dan 99-dək müəyyən edilir.

4.12. Emitent iştirakçı tərəfindən göndərilən və həmin günə valyutalaşma tarixi olan kredit köçürməsi aşağıdakı hallarda AZIPS tərəfindən icra olunmadan gözləmə rejimində saxlanılır:

4.12.1. emitent və ya benefisiar iştirakçının hesabı üzrə həbs və ya əməliyyatların dayandırılması barədə qərar (sərəncam) olduqda;

4.12.2. emitent iştirakçının hesabında kifayət qədər vəsait olmadıqda;

4.12.3. AZIPS-in fəaliyyəti müvəqqəti dayandırıldıqda.

4.13. Bu Qaydanın 4.12-ci bəndində nəzərdə tutulan hallarda AZIPS tərəfindən emitent iştirakçıya kredit köçürməsinin gözləmə rejimində saxlanılmasının səbəbi göstərilməklə bildiriş (pacs.002) göndərilir.

4.14. Emitent iştirakçı tərəfindən AZIPS-ə sorğu (camt.087) göndərilməklə gözləmə rejimində olan kredit köçürməsinin prioritet kodu dəyişdirilə bilər.

4.15. Hər hansı səbəbdən prioritet kodunu dəyişmək mümkün olmadıqda AZIPS tərəfindən birbaşa iştirakçıya səbəbi göstərilməklə bildiriş (camt.029) göndərilir.

4.16. Emitent iştirakçı tərəfindən AZIPS-ə sorğu (camt.056) göndərilməklə gözləmə rejimində olan kredit köçürməsi ləğv edilə bilər. Bu halda AZIPS tərəfindən emitent iştirakçıya bildiriş (pacs.002) göndərilir.

4.17. Kredit köçürməsinin hər hansı səbəbdən ləğv edilməsi mümkün olmadıqda AZIPS tərəfindən emitent iştirakçıya səbəbi göstərilməklə bildiriş (camt.029) göndərilir.

4.18. Emitent iştirakçının hesabında vəsait hesablaşmaların aparılması üçün kifayət etmədikdə valyutalaşma tarixi həmin günə uyğun gələn və gözləmə rejimində olan icra olunmayan kredit köçürmələri əməliyyat gününün sonunda ləğv olunur və bu barədə birbaşa iştirakçıya bildiriş (pacs.002) göndərilir.

4.19. Birbaşa iştirakçılar tərəfindən sistemdə verilmiş səlahiyyətlər çərçivəsində onların hesablarında aparılan əməliyyatlar haqqında AZIPS tərəfindən onlara bildiriş (camt.054) göndərilir.

4.20. Birbaşa iştirakçı AZIPS-ə sorğu (camt.060/BALR, camt.060/INTR) göndərməklə əməliyyat günü ərzində hesabı haqqında real vaxt rejimində ümumi məlumat (camt.052/BALR) və aralıq məlumat (camt.052/INTR) ala bilər.

4.21. Birbaşa iştirakçı AZIPS-ə sorğu (pacs.028) göndərməklə əməliyyat günü ərzində hesabına daxil olan, hesabından silinən, habelə silinməsi gözlənilən kredit köçürmələri haqqında real vaxt rejimində məlumat (pacs.002) ala bilər.

4.22. Birbaşa iştirakçı AZIPS-ə sorğu (camt.060/SOOR) göndərməklə əməliyyat günü ərzində gözləmə rejimində olan kredit köçürmələri, həmçinin müxbir və ya cari hesabının vəziyyəti haqqında real vaxt rejimində ümumi məlumat (camt.052/SOOR) ala bilər.

4.23. Birbaşa iştirakçı AZIPS-ə sorğu (camt.060/DOOR) göndərməklə əməliyyat günü ərzində gözləmə rejimində olan kredit köçürmələri haqqında real vaxt rejimində təfərrüatlı məlumat (camt.052/DOOR) ala bilər.

4.24. Birbaşa iştirakçının sorğuları düzgün doldurulmadıqda AZIPS tərəfindən birbaşa iştirakçıya bu haqda bildiriş (camt.029) göndərilir.

4.25. Əməliyyat gününün sonunda AZIPS tərəfindən birbaşa iştirakçıya hesabdan çıxarış (camt.053) göndərilir.

4.26. AZIPS-də informasiya mübadiləsinin təhlükəsizliyi aşağıdakı qaydada təmin olunur:

4.26.1. informasiya mübadiləsinin aparılması üçün SWIFT-dən istifadə edildikdə informasiya təhlükəsizliyinin təmin olunması bu telekommunikasiya şəbəkəsinin qəbul olunmuş qaydaları əsasında həyata keçirilir;

4.26.2. informasiya mübadiləsi üçün QTŞ-dən istifadə olunduqda informasiya təhlükəsizliyinin təmin olunması üçün Mərkəzi Bankın “Bank Sertifikat Xidmətləri Mərkəzinin” (BSXM) elektron sertifikatlarından istifadə olunur. Bu zaman sanksiya olunmamış kənar müdaxilələrdən qorunmaq üçün istifadə olunan məlumat ötürülmə kanalları şifrələnir və birbaşa iştirakçıların qeydiyyat kodları üzrə autentifikasiya aparılır.

4.26.3. birbaşa iştirakçı QTŞ vasitəsilə AZIPS-dən alınan məlumatların tamlığını və həqiqiliyini BSXM tərəfindən təqdim olunan açıq açar infrastrukturunun imkanlarından istifadə etməklə yoxlayır. Qəbul olunmuş məlumatların elektron imzası ilə bağlı aşkarlanan hər bir çatışmazlıq haqqında dərhal Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcılarda) verilir.

4.27. AZIPS-dən istifadə ilə bağlı texniki problem yarandıqda birbaşa iştirakçı Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcıda) verməlidir. Bu halda həmin birbaşa iştirakçının müraciəti əsasında Mərkəzi Bankda ayrılmış xüsusi iş yeri vasitəsilə AZIPS-də iştirakı təmin edilir. Birbaşa iştirakçı texniki problem aradan qaldırıldıqdan sonra Mərkəzi Banka bu barədə məlumat (elektron və ya kağız daşıyıcıda) verdikdə onun sistemdə fəaliyyəti dərhal bərpa edilir.

5.1. XÖHKS birbaşa iştirakçılar tərəfindən bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlament əsasında göndərilən ödəniş paketlərinin toplanılması, klirinqin keçirilməsi və alınan xalis mövqelər üzrə AZIPS-də yekun hesablaşmaların aparılması üçün istifadə olunur.

5.2. XÖHKS-ün birbaşa iştirakçısı informasiya mübadiləsinin aparılması məqsədilə yaradılmış QTŞ-yə qoşulmalıdır.

5.3. XÖHKS-ün birbaşa iştirakçısı seçdiyi informasiya mübadiləsi sxemindən asılı olaraq Mərkəzi Bank tərəfindən təqdim olunan “STP-Adapter” proqram təminatının texniki və sistem tələbləri nəzərə alınmaqla müvafiq server avadanlıqlarında quraşdırmalıdır.

5.4. XÖHKS-də informasiya mübadiləsinin təhlükəsizliyi aşağıdakı qaydada təmin olunur:

5.4.1. informasiya təhlükəsizliyinin təmin olunması üçün BSXM-in elektron sertifikatlarından istifadə olunur. Bu zaman sanksiya olunmamış kənar müdaxilələrdən qorunmaq üçün istifadə olunan məlumat ötürülmə kanalları şifrələnir və birbaşa iştirakçıların qeydiyyat kodları üzrə autentifikasiya aparılır;

5.4.2. birbaşa iştirakçı XÖHKS-dən alınan məlumatların tamlığını və həqiqiliyini BSXM tərəfindən təqdim olunan açıq açar infrastrukturunun imkanlarından istifadə etməklə yoxlayır. Qəbul olunmuş məlumatların elektron imzası ilə bağlı aşkarlanan hər bir çatışmazlıq haqqında dərhal Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcılarda) verilir.

5.5. XÖHKS-dən istifadə ilə bağlı texniki problem yarandıqda birbaşa iştirakçı Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcıda) verməlidir. Bu halda həmin birbaşa iştirakçının müraciəti əsasında Mərkəzi Bankda ayrılmış xüsusi iş yeri vasitəsilə XÖHKS-də iştirakı təmin edilir. Birbaşa iştirakçı texniki problem aradan qaldırıldıqdan sonra Mərkəzi Banka bu barədə məlumat (elektron və ya kağız daşıyıcıda) verdikdə onun sistemdə fəaliyyəti dərhal bərpa edilir.

5.6. XÖHKS-də hesablaşmalar birbaşa iştirakçıların klirinq hesabları vasitəsilə həyata keçirilir.

5.7. XÖHKS-də hesablaşmalar birbaşa iştirakçılar tərəfindən göndərilən ödəniş faylları (head.002) əsasında aparılır. Ödəniş fayllarının tərkibi iki növdə ödəniş paketlərindən ibarət ola bilər:

5.7.1. kredit köçürmələrindən ibarət olan ödəniş paketləri (pacs.008);

5.7.2. birbaşa debitləşmədən ibarət olan ödəniş paketləri (pacs.003).

5.8. XÖHKS-ə göndərilən ödəniş fayllarına daxil olan ödəniş paketləri göndərilmə ardıcıllığı ilə icra edilir.

5.9. XÖHKS-də birbaşa iştirakçılar klirinq hesabları üzrə debet limitini aşağıdakı qaydada idarə edə bilərlər:

5.9.1. birbaşa iştirakçılar AZIPS-də müvafiq formatda bank ödənişi (camt.050) göndərməklə klirinq hesabı üçün debet limitini ilkin müəyyənləşdirə və artıra bilərlər. Bu halda birbaşa iştirakçının müxbir hesabından silinmə aparılmadan göstərilən məbləğ əsasında limit müəyyənləşdirilir və göndərilən hər bir bank ödənişi əsasında nəzərdə tutulan məbləğ klirinq hesabının debet limitinə əlavə edilir. AZIPS-də birbaşa iştirakçının klirinq hesabının debet limitinin dəyişdirilməsi üzrə emal olunan hər bir sifariş haqqında real vaxt rejimində XÖHKS-ə məlumat ötürülür.

5.9.2. birbaşa iştirakçılar XÖHKS-də müvafiq formatda sorğudan (camt.011) istifadə etməklə klirinq hesabı üçün debet limiti müəyyənləşdirə bilərlər. Debet limitinin idarə olunması üzrə sorğu ilkin olaraq XÖHKS-də emal olunur. Əgər sorğu debet limitin ilkin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdursa və ya sifariş olunan məbləğ birbaşa iştirakçının cari debet limitindən böyükdürsə, sorğu real vaxt rejimində AZIPS-ə ötürülür. Sorğuda sifariş olunan məbləğ cari debet limitin azaldılması üçün nəzərdə tutulmuşdursa birbaşa iştirakçının klirinq hesabının cari mövqeyi yeni müəyyən edilən debet limitindən kiçik olduqda AZIPS-ə bu haqda məlumat ötürülür. Əks halda birbaşa iştirakçının debet limitinin azaldılması sorğusuna imtina bildirişi (camt.025) göndərilir. Debet limitinin dəyişdirilməsi haqqında AZIPS-ə daxil olan sorğu birbaşa iştirakçının müxbir hesabında olan vəsaitin həcminə uyğun olaraq emal olunur və nəticə barəsində XÖHKS-ə məlumat ötürülür. Sorğuda sifariş olunan məbləğ bu bənddə göstərilən şərtlərə uyğun olduqda klirinq hesabının debet limiti həmin məbləğə bərabər müəyyənləşdirilir. Sorğunun AZIPS-də emalının nəticəsindən asılı olaraq birbaşa iştirakçıya debet limitin dəyişdirilməsi haqqında bildiriş göndərilir (camt.010).

5.10. Birbaşa iştirakçı ödəniş paketini daxili Baş Mühasibatlıq Sistemi (BMS) vasitəsilə yaradır.

5.11. BMS-də hazırlanmış ödəniş paketinin əsasında ödəniş faylı “STP-Adapter” iş yerindən istifadə edilməklə XÖHKS-ə göndərilir.

5.12. XÖHKS-də birbaşa debitləşmələr əsasında hesablaşmalar mandatlı və mandatsız qaydada aparıla bilər. Mandatsız qaydada birbaşa debitləşmələr əsasında aparılan hesablaşmalar da öz növbəsində klirinq sessiyasında və ya real vaxt rejimində aparıla bilər.

5.13. Mandatlı qaydada ödənişlərin həyata keçirilməsi üçün vəsaiti alanın sifarişi əsasında benefisiar iştirakçı tərəfindən XÖHKS-ə mandatın qeydiyyatı üçün sorğu (pain.009) göndərilir. Daxil edilən mandat üzrə XÖHKS-də bu Qaydanın 3.5-ci bəndinə əsasən Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formatlara uyğunluğun ilkin yoxlanması aparıldıqdan sonra emitent iştirakçıya bu barədə müvafiq bildiriş (pain.009) göndərilir. Mandat yalnız emitent iştirakçı tərəfindən təsdiq edildikdən (pain.012) sonra qüvvəyə minir.

5.14. Mandatlı qaydada birbaşa debitləşmələrdən ibarət ödəniş paketi (pacs.003) benefisiar birbaşa iştirakçı tərəfindən hazırlanır və ödəniş faylının tərkibində (head.002) XÖHKS-ə göndərilir. Hər bir ödəniş birbaşa debitləşmənin tərkibində onun aid edildiyi mandatın unikal nömrəsi göstərilir. XÖHKS-də birbaşa debitləşmənin rekvizitləri müvafiq mandatla müəyyən edilmiş ümumi məbləği, hər bir ödəniş sərəncamının maksimal məbləği, habelə həyata keçiriləcək ödənişlərin ümumi sayı ilə üzləşdirilərək yalnız uyğun gəldikdə emala qəbul edilir. Əks halda benefisiar iştirakçıya imtina haqqında bildiriş (admi.002) göndərilir.

5.15. Mandatsız qaydada ödənişlərin həyata keçirilməsi üçün benefisiar iştirakçı tərəfindən birbaşa debitləşmələrdən ibarət ödəniş paketi (pacs.003) hazırlanır və ödəniş faylının (head.002) tərkibində XÖHKS-ə göndərilir.

5.16. XÖHKS-ə daxil olmuş və emala qəbul edilmiş birbaşa debitləşmələri əsasında ödəniş paketi (pacs.003) hazırlanır və ödəniş faylı tərkibində (head.002) emitent iştirakçıya göndərilir.

5.17. Birbaşa debitləşmələrdən istifadə üzrə birbaşa iştirakçılar XÖHKS-də məcburi avtorizasiya tələb olunan və ya avtorizasiya tələb olunmayan qaydada işləyə bilərlər. Sistemin bütün birbaşa iştirakçıları üçün ilkin olaraq məcburi avtorizasiya rejimi müəyyənləşdirilir. Hər bir birbaşa iştirakçı Mərkəzi Banka (elektron və ya kağız daşıyıcıda) müraciət etməklə avtorizasiya rejimini müəyyən edə və dəyişdirə bilər.

5.18. Məcburi avtorizasiya tələb olunan qaydada işləyən emitent iştirakçı XÖHKS-dən daxil olmuş birbaşa debitləşmələrdən ibarət ödəniş paketinə daxil olan tapşırıqların icrasından imtina etmək istədikdə bu haqda sistemə müvafiq bildiriş (pacs.002) göndərməlidir. Tərkibində ən azı icra olunması nəzərdə tutulan bir birbaşa debitləşmə olan ödəniş paketi emitent iştirakçı tərəfindən avtorizasiya olunur və XÖHKS-ə bu barədə bildiriş (pacs.002) göndərilir.

5.19. Əməliyyat gününün yekun klirinq sessiyasına kimi məcburi avtorizasiya tələb olunan qaydada işləyən emitent iştirakçıya göndərilmiş birbaşa debitləşmələrdən ibarət ödəniş paketləri üzrə avtorizasiya bildirişi daxil olmadıqda həmin ödəniş paketlərinin icrasından sistem tərəfindən imtina edilir və bu haqda benefisiar iştirakçıya bildiriş (pacs.002) göndərilir.

5.20. Məcburi avtorizasiya tələb olunmayan qaydada işləyən emitent iştirakçı tərəfindən XÖHKS-dən daxil olmuş ödəniş paketinə və paketə daxil olan birbaşa debitləşmələrə sessiya ərzində imtina haqqında bildiriş (pacs.002) göndərilmədikdə onlar sistem tərəfindən növbəti sessiyanın klirinq prosesinə daxil edilir. Sonuncu klirinq sessiyası ərzində XÖHKS-ə göndərilən ödəniş paketlərinin icrasından emitent iştirakçı tərəfindən imtina olunmadıqda bu ödəniş paketləri həmin sessiyanın klirinq prosesinə daxil edilir.

5.21. Real vaxt rejimində mandatsız birbaşa debitləşmələr üzrə hər bir ödəniş paketinə yalnız bir ödəniş sərəncamı daxil edilə bilər. Bu ödəniş paketlərinin icra edilməsi üçün emitent iştirakçının iş rejimindən asılı olmayaraq təsdiq tələb olunur. Əməliyyat gününün sonuncu sessiyasına kimi emitent iştirakçı tərəfindən təsdiq olunmayan ödəniş paketlərinin icrasından sistem tərəfindən avtomatik rejimdə imtina edilir.

5.22. Emitent iştirakçı tərəfindən təsdiq edilmiş real vaxt rejimində mandatsız birbaşa debitləşmə dərhal AZIPS-ə ötürülür və klirinq hesabı üçün müəyyənləşdirilmiş debet limit nəzərə alınmadan birbaşa iştirakçının müxbir (cari) hesabında tələb olunan məbləğdə vəsait olduqda emal olunur.

5.23. Emalı başa çatmış real vaxt rejimində mandatsız ödəniş paketinin statusu haqqında emitent və benefisiar iştirakçılara XÖHKS tərəfindən dərhal bildiriş (pacs.002) göndərilir.

5.24. Birbaşa iştirakçının göndərdiyi ödəniş faylı icraya qəbul edilərkən XÖHKS tərəfindən aşağıdakılar yoxlanılır:

5.24.1. ödəniş faylının və ödəniş paketlərinin məcburi sahələrinin doldurulması;

5.24.2. ödəniş paketinin valyutalaşma tarixinin bu Qaydanın 3.7-ci və 3.8-ci bəndlərinə uyğunluğu;

5.24.3. ödəniş paketinin nömrəsinin təkrarlanmaması;

5.24.4. ödəniş paketinin Mərkəzi Bank tərəfindən XÖHKS üzrə müəyyənləşdirilmiş elektron ödəniş sərəncamlarının formatlarına uyğunluğu;

5.24.5. birbaşa iştirakçıların BİK-nin düzgünlüyü;

5.24.6. klirinq hesablarının düzgünlüyü;

5.24.7. müxbir və ya cari hesabların düzgünlüyü;

5.24.8. iştirakçıların BİK-nin və müxbir hesablarının uyğunluğu;

5.24.9. ödəniş paketlərini təşkil edən hər bir kredit köçürməsinin məbləğinin XÖHKS-də qəbul edilən bir kredit köçürməsinin maksimal məbləğini aşmaması.

5.25. Bu Qaydanın 5.24-cü bəndində qeyd olunan tələblərdən kənarlaşma olduqda emitent iştirakçıya səbəbi göstərilməklə aşağıdakı məlumatlar göndərilir:

5.25.1. ödəniş faylının icrasından imtina edilməsi haqqında bildiriş (admi.010);

5.25.2. ödəniş paketinın icrasından imtina edilməsi haqqında bildiriş (pacs.002);

5.25.3. ödəniş sərəncamının icrasından imtina edilməsi haqqında bildiriş (camt.998).

5.26. Ödəniş faylında kənarlaşma olmadıqda XÖHKS tərəfindən birbaşa iştirakçıya ödəniş faylının və ona daxil olan ödəniş paketlərinin icraya qəbul edilməsi haqqında bildiriş (admi.010, pacs.002) göndərilir.

5.27. Birbaşa iştirakçı XÖHKS-ə sorğu (camt.060) göndərməklə klirinq hesabı üzrə debet və kredit əməliyyatlarının ümumi məbləği və hesabın qalığını əks etdirən ümumi məlumat (camt.052) ala bilər.

5.28. Birbaşa iştirakçı XÖHKS-ə sorğu (admi.009, pacs.028, camt.033) göndərməklə aşağıdakı məlumatları ala bilər:

5.28.1. ödəniş faylının statusu haqqında bildiriş (admi.010);

5.28.2. ödəniş paketinin və ya ödəniş paketinə daxil olan ödəniş sərəncamının statusu haqqında bildiriş (pacs.002);

5.28.3. ödəniş faylının surəti (camt.034);

5.28.4. ödəniş paketinin və ya ödəniş paketinə daxil olan ödəniş sərəncamının surəti (camt.034).

5.29. Birbaşa iştirakçı XÖHKS-ə sorğu (pacs.028, camt.033) göndərməklə ödəniş paketinə daxil olan bir neçə ödəniş sərəncamının statusu və surəti haqqında məlumat (pacs.002, camt.034) ala bilər.

5.30. XÖHKS-də ödəniş əməliyyatları klirinq sessiyaları əsasında həyata keçirilir. Klirinq sessiyaları aşağıdakı dövrlərə bölünür:

5.30.1. sənədlərlə mübadilə;

5.30.2. klirinqqabağı;

5.30.4. klirinq nəticələrinin təsdiqi;

5.30.5. klirinqin nəticələri;

5.30.6. klirinqin hesabatı.

5.31. XÖHKS-in reqlamenti əsasında klirinq sessiyasının dövrlərinin başlanılması barədə birbaşa iştirakçılara XÖHKS tərəfindən bildiriş (camt.019) göndərilir.

5.32. Sənədlərlə mübadilə dövrünün başlanıldığı andan etibarən birbaşa iştirakçı ödəniş fayllarını, həmçinin debit limitlərinin müəyyənləşdirilməsi, ödəniş faylının, ödəniş paketinin, ödəniş sərəncamının ləğvetmə sorğularını və sistemin fəaliyyəti haqqında müxtəlif hesabat və bildirişlərin alınması üçün digər sorğularını XÖHKS-ə göndərə bilər.

5.33. Sənədlərlə mübadilə dövründə birbaşa iştirakçı tərəfindən XÖHKS-ə göndərilən ödəniş fayllarına daxil olan hər bir ödəniş paketinin ilkin emalının nəticəsi və cari statusu haqqında birbaşa iştirakçıya bildiriş (pacs.002) göndərilir.

5.34. Klirinqqabağı dövrdə XÖHKS tərəfindən hər bir birbaşa iştirakçının klirinq hesabı üzrə ilkin xalis mövqe hesablanır, birbaşa iştirakçıya icra olunan və icra olunmayan kredit köçürmələrini, habelə kredit köçürmələrinin icra edilməsi üçün çatışmayan məbləği əks etdirən bildiriş (admi.010) göndərilir. Klirinq sessiyasının bu dövründə birbaşa iştirakçıya klirinq hesabının debet limitinin artırılması imkanı verilir.

5.35. Klirinqqabağı dövrdə birbaşa iştirakçının klirinq hesabında vəsait çatışmazlığı səbəbindən gözləmədə olan paketlərin cari icra vəziyyəti dəyişərsə, bu haqda bildiriş (pacs.002) göndərilir.

5.36. Klirinq dövründə birbaşa iştirakçıların cari klirinq sessiyasında klirinq hesabları üzrə xalis mövqeləri müəyyən edilir.

5.37. Klirinq nəticələrinin təsdiqi dövründə birbaşa iştirakçıların klirinq hesabları üzrə xalis mövqelər paketi (camt.052) yekun hesablaşmanın aparılması üçün AZIPS-ə göndərilir. Klirinqin nəticəsi üzrə yekun hesablaşmalar AZIPS-də başa çatdırıldıqdan sonra birbaşa iştirakçılara aşağıdakı hesabatlar və bildirişlər göndərilir:

5.37.1. cari klirinq sessiyasında icra olunan ödənişlər haqqında hesabat (camt.053);

5.37.2. cari klirinq sessiyasında klirinq hesabı üzrə xalis mövqeyi əks etdirən hesabat (camt.052);

5.37.3. cari klirinq sessiyasında klirinq hesabı üzrə debet və kredit əməliyyatlarının ümumi məbləğini əks etdirən hesabat (camt.052);

5.37.4. ödəniş paketlərinin cari icra vəziyyəti haqqında bildiriş (pacs.002).

5.38. Klirinq nəticələri dövründə klirinq sessiyası üzrə yekun olaraq birbaşa iştirakçılara ödəniş faylları (head.002) göndərilir.

5.39. Klirinq hesabatı dövründə birbaşa iştirakçılara klirinq sessiyası üzrə yekun statistik hesabat (camt.052) göndərilir.

5.40. XÖHKS-də cari klirinq sessiyasında həmin günə valyutalaşma tarixi olan, icra olunmayan ödəniş paketləri həmin günün növbəti klirinq sessiyasına keçirilir. Növbəti klirinq sessiyası nəzərdə tutulmadıqda icra olunmayan ödəniş paketləri ləğv edilir. Bu halda XÖHKS tərəfindən birbaşa iştirakçıya bildiriş (pacs.002) göndərilir.

5.41. XÖHKS-də əməliyyat gününün sonunda birbaşa iştirakçıya klirinq hesabından çıxarış (camt.053) göndərilir.

5.42. XÖHKS-də aparılan əməliyyatlar üzrə bildirişlər və sorğulara cavablar birbaşa iştirakçılara real vaxt rejimində göndərilir.

6.1. AÖS birbaşa və dolayı iştirakçılar arasında hesablaşmaların bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlament əsasında 24/7/365 rejimində aparılması üçün istifadə olunur.

6.2. AÖS-də hesablaşmalar birbaşa iştirakçıların AÖS hesablaşma hesabları və dolayı iştirakçıların texniki hesabları vasitəsilə həyata keçirilir.

6.3. Dolayı iştirakçının texniki hesabı onun hesablaşma bankı qismində çıxış edən birbaşa iştirakçının AÖS-dəki hesablaşma hesabı ilə əlaqələndirilir. Birbaşa iştirakçı ilə dolayı iştirakçı arasında bu Qaydadan irəli gələn münasibətlər tərəflər arasında bağlanan müqavilə ilə tənzimlənir.

6.4. AÖS-ün iştirakçıları sistemlərdə informasiya mübadiləsinin aparılması məqsədilə yaradılmış QTŞ-yə qoşulmalıdır.

6.5. İştirakçı və vasitəçi müvafiq daxili informasiya resurslarını AÖS-ün informasiya mübadiləsi üçün nəzərdə tutulmuş əsas və köməkçi komponentləri ilə aidiyyəti üzrə inteqrasiya etməlidir.

6.6. AÖS-də informasiya mübadiləsinin təhlükəsizliyi aşağıdakı qaydada təmin olunur:

6.6.1. informasiya təhlükəsizliyinin təmin olunması üçün BSXM-in elektron sertifikatlarından istifadə olunur. Bu zaman sanksiya olunmamış kənar müdaxilələrdən qorunmaq üçün istifadə olunan məlumat ötürülmə kanalları şifrələnir, iştirakçıların və vasitəçilərin qeydiyyat kodları üzrə autentifikasiya aparılır;

6.6.2. iştirakçı və vasitəçi AÖS-dən alınan məlumatların tamlığını və həqiqiliyini BSXM tərəfindən təqdim olunan açıq açar infrastrukturunun imkanlarından istifadə etməklə yoxlayır. Qəbul olunmuş məlumatların elektron imzası ilə bağlı aşkarlanan hər bir çatışmazlıq haqqında dərhal Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcılarda) verilir.

6.6.3. AÖS-də birbaşa iştirakçılar AÖS-dəki hesablaşma hesabları üzrə debet limitini aşağıdakı qaydada idarə edə bilərlər:

6.6.3.1. birbaşa iştirakçı AZIPS-ə müvafiq formatda sorğunu (camt.050) göndərməklə AÖS-dəki hesablaşma hesabı üçün debet limitini ilkin müəyyənləşdirə və artıra bilər. Bu halda birbaşa iştirakçının müxbir hesabından silinmə aparılmadan göstərilən məbləğ əsasında limit müəyyənləşdirilir və göndərilən hər bir sorğu əsasında nəzərdə tutulan məbləğ debet limitinə əlavə edilir. AZIPS-də birbaşa iştirakçının müxbir hesabında bu tipli debet limitinin dəyişdirilməsi üzrə emal olunan hər bir sifariş haqqında real vaxt rejimində AÖS-ə məlumat ötürülür;

6.6.3.2. birbaşa iştirakçı AÖS-də müvafiq formatda sorğudan (camt.011) istifadə etməklə AÖS-dəki hesablaşma hesabı üçün debet limiti müəyyənləşdirə bilər. Debet limitinin idarə olunması üzrə sorğu ilkin olaraq AÖS-də emal olunur. Əgər sorğuda sifariş olunan məbləğ birbaşa iştirakçının AÖS-dəki hesablaşma hesabının xalis debet mövqeyindən artıqdırsa, sorğu real rejimdə AZIPS-ə ötürülür, az olduğu halda isə birbaşa iştirakçının debet limitinin dəyişdirilməsi sorğusuna imtina bildirişi (camt.025/ERRC) göndərilir. Debet limitinin dəyişdirilməsi haqqında AZIPS-ə daxil olan sorğu birbaşa iştirakçının müxbir hesabında olan vəsaitin həcminə uyğun olaraq emal olunur və nəticə barəsində AÖS-ə məlumat ötürülür. Sorğunun AZIPS-də emalının nəticəsindən asılı olaraq birbaşa iştirakçının debet limiti AÖS-də dəyişdirilir və bu haqda birbaşa iştirakçıya bildiriş göndərilir (camt.010);

6.6.3.3. birbaşa iştirakçı AÖS-də müvafiq formatda sorğudan (camt.011) istifadə etməklə özünün və ya hesablaşma bankı olduğu dolayı iştirakçının texniki hesabı üçün debet limiti müəyyənləşdirə bilər. Debet limitinin idarə olunması üzrə sorğu AÖS-də emal olunur. Əgər sorğuda sifariş olunan məbləğ iştirakçının xalis debet mövqeyindən artıqdırsa, sorğu AÖS-də emal olunur, az olduğu halda isə iştirakçının texniki hesabı üzrə debet limitinin dəyişdirilməsi sorğusuna imtina bildirişi (camt.025/ERRC) göndərilir. Sorğunun uğurlu emalı nəticəsində texniki hesabının debet limiti müəyyənləşdirilir və iştirakçıya bu haqda bildiriş göndərilir (camt.010);

6.6.3.4. AÖS-də iştirakçıların AÖS-dəki hesablaşma hesablarında aparılan əməliyyatlar üzrə gün ərzində sistemin iş reqlamentinə uyğun olaraq, birbaşa iştirakçıların AZIPS-dəki müxbir və cari hesabları ilə tənzimlənmə aparılır;

6.6.3.5. iştirakçıların AÖS-dəki hesablaşma hesabları üzrə ayrılmış debet limit bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə müəyyənləşdirilmiş həddən az olduqda AÖS aidiyyəti üzrə birbaşa iştirakçıya hesabları üzrə baş vermiş dəyişikliklər barədə bildiriş (camt.010) göndərir, həmçinin aidiyyəti iştirakçının Mərkəzi Bankı məlumatlandırmaqla əvvəlcədən müəyyənləşdirdiyi inzibatçısına (inzibatçılarına) SMS və ya elektron poçt vasitəsilə müvafiq bildirişin göndərilməsini təmin edir;

6.6.3.6. iştirakçılar hesabındakı qalıq barədə məlumatın əldə olunması üçün AÖS-ə sorğu (camt.009) göndərir, kənarlaşma olduqda AÖS iştirakçıya imtina bildirişi (camt.025/ERRC), kənarlaşma olmadıqda isə cavab (camt.010) göndərirlər.

6.7. AÖS-də ödəniş əməliyyatları üzrə məlumat mübadiləsi aşağıdakı mübadilə üsulları ilə həyata keçirilir:

6.7.1. kredit köçürməsi (pacs.008) AÖS-ə göndərilir;

6.7.2. ödəniş sorğusu (pain.001) AÖS-ə göndərilir;

6.7.3. ödənişin geri qaytarılması tapşırığı (pacs.004) AÖS-ə göndərilir;

6.7.4. ödənişin geri qaytarılması sorğusu (camt.056) AÖS-ə göndərilir.

6.8. İştirakçının ödəniş əməliyyatları üzrə AÖS-ə göndərdiyi məlumat formatlarında aşağıdakılar yoxlanılır:

6.8.1. məlumat formatlarında məcburi sahələrin doldurulması;

6.8.2. valyutalaşma tarixinin bu Qaydanın 3.7-ci bəndinə uyğunluğu;

6.8.3. sənəd nömrəsinin təkrarlanmaması;

6.8.4. iştirakçı BİK-nin düzgünlüyü;

6.8.5. hesabların düzgünlüyü;

6.8.6. iştirakçı BİK-nin hesablarla uyğunluğu;

6.8.7. ödəniş məbləğinin bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentə uyğun bir kredit köçürməsinin maksimal məbləğini aşmaması.

6.9. Bu Qaydanın 6.8-ci bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olduqda sənədi AÖS-ə göndərən iştirakçıya emaldan imtina haqqında səbəbi göstərilməklə aşağıdakı bildirişlər göndərilir:

6.9.1. kredit köçürməsinin icrasından imtina edilməsi haqqında bildiriş (pacs.002 STAT/RJCT);

6.9.2. ödəniş sorğusunun icrasından imtina edilməsi haqqında bildiriş (camt.025/RJCT);

6.9.3. ödənişin geri qaytarılması tapşırığının icrasından imtina edilməsi haqqında bildiriş (pacs.002 STAT/RJCT);

6.9.4. ödənişin geri qaytarılması sorğusunun icrasından imtina edilməsi haqqında bildiriş (camt.029).

6.10. İştirakçıların AÖS-də fəaliyyətinin təşkili üçün köməkçi məqsədlərlə göndərdiyi digər məlumat formatlarında (pacs.028, pain.998, camt.033, camt.060, camt.998, camt.011, camt.009) bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq, sistem üzrə müəyyənləşdirilmiş elektron sənəd formatlarından kənarlaşma olduqda iştirakçıya emaldan imtina haqqında bildiriş (camt.025/ERRC) göndərilir.

6.11. Bu Qaydanın 6.8-ci bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda birbaşa iştirakçıların və dolayı iştirakçıların göndərdikləri ödəniş sərəncamları üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

6.11.1. kredit köçürmələrinin (pacs.008) icrası üzrə:

6.11.1.1. emitent iştirakçı kredit köçürməsini (pacs.008) AÖS-ə göndərir;

6.11.1.2. AÖS emitent birbaşa iştirakçının hesablaşma hesabında kredit köçürməsindəki vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və bu Qaydanın 6.8-ci bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda kredit köçürməsini təsdiqlənməsi üçün benefisiar iştirakçıya göndərir;

6.11.1.3. bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə nəzərdə tutulduğu hallarda benefisiar iştirakçı kredit köçürməsini təsdiqlədikdə AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), təsdiqləmədiyi halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

6.11.1.4. bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə nəzərdə tutulduğu hallarda AÖS benefisiar iştirakçıdan təsdiq bildirişi aldıqda və ya kredit köçürməsi uğurlu olduğu halda, emitentin AÖS-dəki hesablaşma hesabını debitləşdirərək, benefisiarın AÖS-dəki hesablaşma hesabını kreditləşdirir və hər iki iştirakçıya təsdiq üzrə bildiriş (pacs.002/STAT) göndərir;

6.11.1.5. AÖS benefisiar iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə bu məqsədlə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda emitent iştirakçının AÖS hesablaşma hesabındakı kredit köçürməsinin məbləği həcmində bloklaşmanı ləğv edir və hər iki iştirakçıya imtina üzrə bildiriş (pacs.002/RJCT) göndərir;

6.11.1.6. birbaşa iştirakçının tələbi ilə, onun vasitəsi ilə sistemdə fəaliyyət göstərən dolayı iştirakçıların AÖS-də icra olunan kredit köçürmələrinin surəti (pacs.008) birbaşa iştirakçıya göndərilir;

6.11.2. Ödəniş sorğusunun (pain.001) icrası üzrə:

6.11.2.1. benefisiar iştirakçı ödəniş sorğusunu (pain.001) AÖS-ə göndərir;

6.11.2.2. AÖS ödəniş sorğusunu yoxlayır və onu emitent iştirakçıya göndərir;

6.11.2.3. emitent iştirakçı ödəniş sorğusunu yoxlayır, kənarlaşma olduqda AÖS-ə səbəbi göstərilməklə imtina haqqında bildiriş (pain.002/NAUT) göndərir, kənarlaşma olmadıqda isə razılıq verir və AÖS-ə kredit köçürməsi (pacs.008) göndərir;

6.11.2.4. AÖS emitent iştirakçıdan imtina bildirişi (pain.002/NAUT) alarsa, benefisiara (pain.002/RJCT) imtina haqqında bildiriş göndərir;

6.11.2.5. AÖS emitent iştirakçıdan kredit köçürməsi (pacs.008) aldıqda kredit köçürməsindəki vəsaitin həcmi qədər emitentin AÖS-dəki hesablaşma hesabını bloklaşdırır və kredit köçürməsini (pacs.008) benefisiar iştirakçıya göndərir;

6.11.2.6. emitent iştirakçının hesablaşma hesabında kifayət qədər vəsait olmadıqda və ya bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə bu məqsədlə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda əməliyyatı icra etməkdən imtina edir və hər iki iştirakçıya imtina üzrə bildiriş (pain.002 STAT/RJCT) göndərir;

6.11.2.7. AÖS benefisiar iştirakçıya ödəniş sorğusunun statusunu (pain.002 STAT), uğurlu əməliyyat barədə isə hər iki iştirakçıya ödənişin statusunu (pacs.002/STAT) göndərir.

6.12. Bu Qaydanın 6.8-ci bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda vasitəçilərin göndərdikləri ödəniş sorğuları üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

6.12.1. vasitəçi ödəniş sorğusunu (pain.001) AÖS-ə göndərir;

6.12.2. AÖS ödəniş sorğusunu yoxlayır və onu emitent iştirakçıya göndərir;

6.12.3. emitent iştirakçı ödəniş sorğusunu yoxlayır, kənarlaşma olduqda AÖS-ə səbəbi göstərilməklə bildiriş (pain.002/NAUT) göndərir, kənarlaşma olmadıqda isə razılıq verir və AÖS-ə kredit köçürməsi (pacs.008) göndərir;

6.12.4. emitent iştirakçı imtina göndərdikdə AÖS vasitəçiyə imtina bildirişi (pain.002 STAT/RJCT) göndərir, təsdiq göndərdikdə isə emitent iştirakçının hesablaşma hesabında kredit köçürməsindəki vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və kredit köçürməsini (pacs.008) təsdiqlənməsi üçün benefisiar iştirakçıya göndərir;

6.12.5. bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə nəzərdə tutulduğu hallarda benefisiar iştirakçı kredit köçürməsini təsdiqlədikdə AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), əks halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

6.12.6. AÖS benefisiar iştirakçıdan təsdiq bildirişi aldıqda və ya kredit köçürməsi uğurlu olduqda emitentin AÖS hesablaşma hesabını debitləşdirərək benefisiarın AÖS hesablaşma hesabını kreditləşdirir, emitent və benefisiar iştirakçılara (pacs.002/STAT), həmçinin vasitəçiyə (pain.002/STAT) təsdiq barədə bildiriş göndərir;

6.12.7. AÖS benefisiar iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə bu məqsədlə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda bloklaşmanı ləğv edir, emitent və benefisiar iştirakçılara (pacs.002/RJCT), vasitəçiyə isə (pain.002/RJCT) imtina haqqında bildiriş göndərir.

6.13. Bu Qaydanın 6.8-ci bəndində müəyyən olunmuş tələblərdən kənarlaşma olmadıqda iştirakçıların göndərdikləri ödənişin geri qaytarılması üçün tapşırıqlar üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

6.13.1. benefisiar iştirakçı ödənişin geri qaytarılması üzrə tapşırığı (pacs.004) AÖS-ə göndərir;

6.13.2. AÖS benefisiar iştirakçının hesablaşma hesabında kredit köçürməsindəki vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödənişin geri qaytarılması tapşırığını (pacs.004) təsdiqlənməsi üçün emitent iştirakçıya göndərir;

6.13.3. bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə nəzərdə tutulduğu hallarda emitent iştirakçı ödənişin geri qaytarılması tapşırığını təsdiqlədikdə AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), təsdiqləmədiyi halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

6.13.4. AÖS emitent iştirakçıdan təsdiq bildirişi aldıqda və ödənişin geri qaytarılması uğurlu olduqda AÖS benefisiarın hesablaşma hesabını debitləşdirərək emitentin hesablaşma hesabını kreditləşdirir və hər iki iştirakçıya təsdiq barədə bildiriş (pacs.002/STAT) göndərir;

6.13.5. AÖS emitent iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə bu məqsədlə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda benefisiar iştirakçının hesablaşma hesabındakı kredit köçürməsinin məbləği həcmində bloklaşmanı ləğv edir və hər iki iştirakçıya imtina haqqında bildiriş (pacs.002 STAT/RJCT) göndərir;

6.13.6. birbaşa iştirakçının tələbi olduqda onun vasitəsilə sistemdə fəaliyyət göstərən dolayı iştirakçıların AÖS-də icra olunmuş ödəniş əməliyyatlarına dair geriqaytarılma tapşırıqlarının surəti (pacs.004) birbaşa iştirakçıya göndərilir.

6.14. Bu Qaydanın 6.8-ci bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda iştirakçıların göndərdikləri ödənişin geri qaytarılması sorğusu (camt.056) üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

6.14.1. geri qaytarılma sorğusu üzrə prosesin emitent iştirakçı tərəfindən başlanıldığı halda:

6.14.1.1.emitent iştirakçı ödənişin geri qaytarılması sorğusunu (camt.056) AÖS-ə göndərir;

6.14.1.2. AÖS ödənişin geri qaytarılması sorğusunu (camt.056) yoxlayır və benefisiar iştirakçıya göndərir;

6.14.1.3. benefisiar iştirakçı ödənişin geri qaytarılması sorğusunu təsdiqlədiyi halda, AÖS-ə ödənişin geri qaytarılması üzrə tapşırığı (pacs.004), əks halda isə imtina bildirişini (camt.029) göndərir;

6.14.1.4. AÖS benefisiar iştirakçıdan təsdiq (pacs.004) aldıqda kredit köçürməsindəki vəsaitin həcmi qədər benefisiarın AÖS hesablaşma hesabını debitləşdirərək emitentin AÖS hesablaşma hesabını kreditləşdirir və ödənişin geri qaytarılması tapşırığını (pacs.004) emitent iştirakçıya göndərir;

6.14.1.5. AÖS benefisiar iştirakçıdan imtina (camt.029) aldıqda geri qaytarılma sorğusunu icra etmir və emitent iştirakçıya imtina bildirişini (camt.029) göndərir;

6.14.1.6. AÖS uğurlu əməliyyat barədə hər iki iştirakçıya ödənişin statusu (pacs.002/STAT) məlumatını, həmçinin benefisiar iştirakçıya ödənişin geri qaytarılması sorğusunun statusu haqqında bildiriş (camt.029) göndərir.

6.14.2. geri qaytarılma sorğusu üzrə prosesin vasitəçi tərəfindən başlanıldığı halda:

6.14.2.1. vasitəçi ödənişin geri qaytarılması sorğusunu (camt.056) AÖS-ə göndərir;

6.14.2.2. AÖS ödənişin geri qaytarılması sorğusunu (camt.056) yoxlayır və benefisiar iştirakçıya göndərir;

6.14.2.3. benefisiar iştirakçı ödənişin geri qaytarılması sorğusunu təsdiqlədiyi halda, AÖS-ə ödənişin geri qaytarılması üzrə kredit köçürməsini (pacs.004) və ya imtina bildirişini (camt.029) göndərir;

6.14.2.4. AÖS benefisiar iştirakçıdan təsdiq aldığı halda, onun hesablaşma hesabında kredit köçürməsindəki vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödənişin geri qaytarılması tapşırığını (pacs.004) təsdiqlənməsi üçün emitent iştirakçıya göndərir;

6.14.2.5. bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə nəzərdə tutulduğu hallarda AÖS emitent iştirakçıdan ödənişin geri qaytarılması tapşırığı üzrə təsdiq aldıqda (pacs.002/AUTH) ödənişinin geri qaytarılması əməliyyatını icra edir, iştirakçılara və vasitəçiyə müvafiq bildirişlər (pacs.002/STAT; camt.029) göndərir;

6.14.2.6. AÖS emitent iştirakçıdan imtina (pacs.002/NAUT) aldıqda və ya bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə bu məqsədlə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda benefisiar iştirakçının AÖS hesablaşma hesabındakı kredit köçürməsinin məbləği həcmində bloklaşmanı ləğv edir, iştirakçılara və vasitəçiyə müvafiq bildirişlər (pacs.002/STAT; camt.029) göndərir.

6.15. İştirakçı AÖS-dən aşağıdakı məlumat və sənədləri ala bilər:

6.15.1. sorğu (pacs.028) göndərməklə kredit köçürməsinin icra statusu haqqında bildirişi (pacs.002/STAT);

6.15.2. sorğu (pain.998) göndərməklə ödəniş sorğusunun icra statusu haqqında bildirişi (pain.002/STAT);

6.15.3. sorğu (camt.033) göndərməklə sistemdə icra edilmiş kredit köçürməsinin surətini (camt.034);

6.15.4. sorğu (camt.060) göndərməklə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilmiş müddət çərçivəsində istənilən gün üçün AÖS hesablaşma hesabından çıxarışı (camt.998/TRANSREP);

6.15.5. sorğu (camt.009) göndərməklə AÖS hesablaşma hesabındakı qalıq barədə məlumatı (camt.010);

6.15.6. sorğu (camt.018) göndərməklə cari əməliyyat günü barədə məlumatı (camt.019).

6.16. İştirakçı AÖS-də 24/7/365 rejimində sərbəst mətn formatından (camt.998/TEXTMESSAGE) istifadə etməklə digər iştirakçılara məlumat göndərə bilər.

6.17. AÖS-də hər bir əməliyyat gününün sonunda iştirakçıya hesabından çıxarış (camt.998/TRANSREP) göndərilir.

7.1. AZIPS və XÖHKS-dən istifadə ilə bağlı texniki problem yarandıqda ödəniş sərəncamları Mərkəzi Banka kağız daşıyıcıda təqdim edilir. Bu barədə Mərkəzi Bank tərəfindən digər iştirakçılar elektron formada məlumatlandırılır və iştirakçının AZIPS və XÖHKS-də əməliyyatları Mərkəzi Bankın adından aparılır.

7.2. Ödəniş sərəncamları kağız daşıyıcılarında təqdim edildikdə hesablaşmalar Mərkəzi Bankın İdarə Heyətinin 13.03.2024-cü il tarixli 12/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”ya müvafiq qaydada aparılır.

8.1. Sistem(lər)ə iştirakçı və (və ya) vasitəçi kimi qoşulmaq istəyən şəxs qoşulma protokolunu (Əlavə 1) imzalayır, elektron və ya kağız daşıyıcıda Mərkəzi Banka təqdim edir. Müvafiq şəxs bu Qaydaların 3.5-ci bəndinə uyğun sistem(lər)in fəaliyyət reqlamentində müəyyən edilmiş tələbləri yerinə yetirdikdən sonra növbəti iş günündən gec olmayaraq Mərkəzi Bank onun sistem(lər)də fəaliyyətə başlaması haqqında elektron və ya kağız daşıyıcıda digər iştirakçılara və vasitəçilərə məlumat göndərir.

8.2. Mərkəzi Bank iştirakçının və vasitəçinin sistemlərdə fəaliyyətini aşağıdakı hallarda müvəqqəti dayandırır:

8.2.1. səlahiyyətli dövlət orqanları tərəfindən iştirakçının əməliyyatlarının dayandırılması haqqında sərəncam və ya onun hesabına həbs qoyulması barədə qərar daxil olduqda;

8.2.2. sistemdən istifadə ilə bağlı texniki problemin yaranması ilə əlaqədar Mərkəzi Banka iştirakçının və ya vasitəçinin müraciəti (elektron və ya kağız daşıyıcıda) daxil olduqda.

8.3. İştirakçının və vasitəçinin sistemlərdə fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra Mərkəzi Bank iştirakçının və vasitəçinin sistemlərdə fəaliyyətini dərhal bərpa edir və bu barədə ona elektron və ya kağız daşıyıcıda məlumat göndərir.

8.4. İştirakçının və vasitəçinin lisenziyası ləğv olunduqda, iştirakçı və vasitəçi müflis elan olunduqda və ya ləğv edildikdə Mərkəzi Bank xəbərdarlıq etmədən həmin iştirakçını sistemlərdən kənarlaşdırır.

8.5. Mərkəzi Bank kənarlaşdırılmış və ya sistemdə iştirakına xitam verilməsi ilə bağlı müraciət etmiş iştirakçı və vasitəçi barədə sistemin digər iştirakçılarına və vasitəçilərə elektron və ya kağız daşıyıcıda dərhal məlumat göndərir.

8.6. Bu Qaydanın 8.4-cü bəndində nəzərdə tutulmuş hallarda iştirakçının sistemdə gələcək valyutalaşma tarixli və gözləmə rejimində olan ödənişləri müvafiq olaraq iştirakçının sistemdən kənarlaşdırılması və ya sistemdə iştirakına xitam verilməsi anından ləğv edilir.

Tarix: __________________

_________________________________________________ tərəfindən hazırkı protokolun

imzalanması təşkilatın “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”na, habelə müvafiq ödəniş sisteminin texniki tələblərinə və reqlament (prosedur) sənədlərinə uyğun fəaliyyət göstərəcəyi barədə yazılı iltizam sayılır.

1. AZIPS - Real Vaxt Rejimində Banklarası Hesablaşmalar Sistemi 󠆰(Birbaşa iştirakçı □)

2. XÖHKS - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (Birbaşa iştirakçı □)

3. AÖS - Ani Ödənişlər Sistemi – (Birbaşa iştirakçı □ Dolayı iştirakçı □ Vasitəçi □)

Təşkilatın səlahiyyətli nümayəndəsi:

_________________________________________________

_________________________________________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver