Qanunvericilik › Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. İnsidentlər üzrə bildiriş və hesabatlılıq

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Ödəniş xidməti təchizatçısı Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat və ya təhlükəsizlik insidentləri barədə Mərkəzi Banka məlumat verməlidir.

10.2. Baş vermiş insidentin ödəniş xidməti istifadəçisi üçün maliyyə itkiləri ilə nəticələnə biləcəyi halda, ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçilərini insident və onun qarşısının alınması üçün onların həyata keçirə biləcəkləri tədbirlərlə bağlı dərhal məlumatlandırmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver