Qanunvericilik › Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 53

Maddə 53. Xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və operatorun ödəniş xidməti təchizatçıları ilə müqavilə əsasında fəaliyyət

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

53.1. Ödəniş xidməti təchizatçıları ödəniş xidmətlərinin həyata keçirilməsi zamanı xarici ödəniş xidməti təchizatçısı və xarici operatorla müqavilə bağlaya bilər, bu şərtlə ki, xarici ödəniş xidməti təchizatçısı və xarici operatorun qeydiyyatda olduğu ölkənin qanunvericiliyinə uyğun olaraq müvafiq lisenziyası (icazəsi) olsun və (və ya) fəaliyyəti üzərində nəzarət, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyətinə nəzarət həyata keçirilsin.

53.2. Ödəniş xidməti təchizatçısı xarici ödəniş xidməti təchizatçısı və ya xarici operator ilə bu Qanunun 53.1-ci maddəsinə uyğun olaraq bağlanılmış müqavilə, habelə müqaviləyə xitam verilməsi barədə müqavilə bağlanıldığı və ya xitam verildiyi tarixdən 5 (beş) iş günündən gec olmayaraq Mərkəzi Bankı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) məlumatlandırır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver