“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.3-cü, 1.1.5-ci, 1.1.6-cı, 1.1.8-1.1.11-ci, 1.1.14-cü, 1.1.16-cı, 1.1.18-ci və 1.1.19-cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Kəmiyyət vahidlərinin adları, işarələri və yazılış Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə).
5. Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın forması təsdiq edilsin və sertifikatın qüvvədə olma müddəti verildiyi tarixdən etibarən 5 il müəyyən edilsin (5 nömrəli əlavə).
6. “Tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydası” təsdiq edilsin (6 nömrəli əlavə).
7. “Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma Qaydası” təsdiq edilsin (7 nömrəli əlavə).
8. “Layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizasının keçirilməsi Qaydası” təsdiq edilsin (8 nömrəli əlavə).
9. “Ölçmə vasitələrinin yararsızlıq nişanının forması və onun ölçmə vasitələrinə vurulma Qaydası” təsdiq edilsin (9 nömrəli əlavə).
10. “Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi Qaydası” təsdiq edilsin (10 nömrəli əlavə).
11. “Kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər” təsdiq edilsin (11 nömrəli əlavə).
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:
12.1. “Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 151);
12.2. “Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 24 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 152);
12.3. “Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın forması və qüvvədə olma müddətinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 153).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 9 iyun 2014-cü il
1.1. Bu Qayda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən hazırlanmışdır və dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyasına və tətbiqinə dair ümumi müddəaları və tələbləri, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) ölçmələrə dair metroloji tələblərə uyğunluğunun qiymətləndirilməsi və təsdiq edilməsi qaydasını müəyyən edir.
1.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahələrində attestasiya edilmiş ölçmə metodikaları tətbiq edilir.
1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. ölçmə metodikası (metodu) — yerinə yetirilməsi ölçmələrin nəticələrinin dəqiqlik göstəriciləri ilə alınmasını təmin edən, konkret təsvir edilmiş əməliyyatların məcmusu;
1.3.2. ölçmə metodikalarının (metodlarının) attestasiyası — ölçmə metodikalarının (metodlarının) ölçmələrə dair metroloji tələblərə uyğunluğunun qiymətləndirilməsi və təsdiq edilməsi;
1.3.3. ölçmə metodikalarının metroloji ekspertizası — ölçmə metodikasının ona tətbiq edilən metroloji tələblərə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə metodların və ölçmə vasitələrinin seçiminin, ölçmə aparılması qayda və əməliyyatlarının, həmçinin ölçmələrin nəticələrinin emal edilməsinin təhlili və qiymətləndirilməsi;
1.3.4. ölçmələrin dəqiqlik göstəricisi — metodikanın tələb və qaydalarına riayət etməklə alınan, ölçmələrin istənilən nəticələrinin müəyyən edilmiş dəqiqlik xarakteristikası;
1.3.5. arbitraj ölçmə metodikası — eyni bir fiziki kəmiyyətin eyni şəraitdə bir neçə attestasiya olunmuş ölçmə metodikasından istifadə etməklə, alınan ölçmələrin nəticələri ilə bağlı fikir ayrılığı yarandıqda, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən və ya maraqlı tərəflərin razılığı ilə müəyyən edilən ölçmə metodikası.
2.1. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikaları (metodları) attestasiya olunmalıdır.
2.2. Ölçmə metodikalarının attestasiyası aşağıdakıları müəyyən etmək məqsədi ilə aparılır:
2.2.1. ölçmə metodikaları sənədlərində tələblərin və əməliyyatların tam ifadə olunması;
2.2.2. dəqiqlik göstəricilərinin mövcudluğu və əsaslandırılması;
2.2.3. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu.
2.3. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının müraciəti əsasında ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya edilmiş hüquqi və ya fiziki şəxslər keçirirlər. Ölçmə metodikalarının attestasiyasına bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlərin metroloji ekspertizası, həmçinin attestasiya olunan ölçmə metodikasının ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən nəzəri və təcrübi tədqiqatlar daxildir.
2.4. Ölçmə metodikalarının attestasiyası üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
2.4.1. ölçmə metodikasının işlənilib hazırlanmasına ilkin verilənlər;
2.4.2. ölçmə metodikasını reqlamentləşdirən sənədin layihəsi;
2.4.3. ölçmə metodikalarının nəzəri və təcrübi tədqiqatlarının materialları daxil olmaqla, metodikanın dəqiqlik göstəricilərinin qiymətləndirilməsinin nəticələri və proqramı.
2.5. Ölçmə metodikalarının attestasiyası zamanı onların aşağıdakılara uyğunluğunun tədqiqi və təsdiqi keçirilir:
2.5.1. ölçmə metodikalarının — onların məqsədli təyinatına, yəni təklif olunan metodikanın ölçmə obyektinin xassələrinə və ölçülən kəmiyyətlərin xarakterinə uyğunluğu;
2.5.2. ölçmələrin yerinə yetirilmə şərtlərinə — verilən ölçmə metodikasının tətbiqinə aid tələblərə;
2.5.3. ölçmələrin nəticələrinin dəqiqlik göstəricilərinə və ölçmələrin etibarlılığının təmin edilməsi üsullarına — müəyyən edilmiş metroloji tələblərə;
2.5.4. ölçmə metodikasının tərkibində istifadə olunan ölçmə vasitələrinin, standart nümunələrin — ölçmələrin nəticələrinin dövlət ilkin kəmiyyət vahidi etalonlarına, müvafiq dövlət ilkin kəmiyyət vahidi olmadıqda isə xarici dövlətlərin milli kəmiyyət vahidi etalonlarına izlənilməsinin təmin edilməsi şərtlərinə;
2.5.5. ölçmələrin nəticələrinin yazılı qeydiyyatı — Azərbaycan Respublikası ərazisində tətbiqinə yol verilmiş kəmiyyət vahidlərinə tələblərə;
2.5.6. ölçmələrin nəticələrinin təqdim edilmə formalarına — metroloji tələblərə.
2.6. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası barədə müraciətə 30 (otuz) gün müddətində baxılır.
2.7. Attestasiyanın nəticələri müsbət olduqda:
2.7.1. nəzəri və təcrübi tədqiqatların nəticələri əlavə edilməklə, ölçmə metodikasının müəyyən edilmiş metroloji tələblərə uyğunluğu haqqında rəy tərtib olunur;
2.7.2. attestasiya haqqında şəhadətnamə tərtib olunur;
2.7.3. ölçmə metodikasını reqlamentləşdirən sənəd təsdiq olunur.
2.8. Nəticələr mənfi olduqda, attestasiya edən təşkilat verilən ölçmə metodikasının işlənilib hazırlanması üçün texniki tapşırığın və ya ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində normativ hüquqi sənədlərin tələblərinə uyğun olmaması barədə rəy tərtib edir. Tərtib olunmuş rəy 3 (üç) gün müddətində müraciət edən fiziki və hüquqi şəxsə, dövlət orqanına göndərilir. Attestasiya edən təşkilatın rəyi ilə razı olmayan fiziki və hüquqi şəxs, dövlət orqanı inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
2.9. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamə hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.
2.9-1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin qeydiyyatı Agentlik tərəfindən aparılır.
2.10. Attestasiya haqqında şəhadətnamə 3 (üç) gün müddətində hüquq sahibinə təqdim olunur.
2.11. Ölçmə metodikasını reqlamentləşdirən sənəd onun attestasiyasından sonra, işləyib hazırlayan təşkilatın rəhbəri tərəfindən imzalanaraq, möhür vurulmaqla təsdiqlənir və qeydiyyat tarixi, attestasiya haqqında şəhadətnamənin nömrəsi qeyd edilir. Təsdiq edildikdən sonra sənədin surəti attestasiya edən təşkilata göndərilir.
2.12. Ölçmə metodikasında dəyişikliklər metodikanı işləyib hazırlayan qurum tərəfindən edilir. Ölçmə metodikalarında dəyişikliklər bu Qaydanın ölçmə metodikalarının işlənilib hazırlanma və attestasiyası tələblərinə uyğun olaraq sənədləşdirilməlidir. Attestasiya edilmiş ölçmə metodikaları (metodları) haqqında məlumatlar attestasiyanı keçirən şəxslər tərəfindən ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna verilir.
3.1. Attestasiya edilmiş ölçmə metodikaları, ölçmələrin dəqiqliyinə nəzarət daxil olmaqla, sənədlərdə qeyd olunan uyğunluğa ciddi riayət etməklə həyata keçirilir.
3.2. Attestasiya edilmiş ölçmə metodikasını istifadəsini nəzərdə tutan hər bir laboratoriya tətbiq etməzdən əvvəl öz laboratoriya şəraitində onun müəyyən edilmiş dəqiqlik göstəriciləri ilə reallaşdırıla bilməsinin təsdiqini keçirirlər.
3.3. Attestasiya edilmiş ölçmə metodikasını istifadə edən laboratoriya, həmin ölçmə metodikasının sənədlərində ifadə olunmuş prosedurlara uyğun olaraq, ölçmələrin keyfiyyətinə daimi nəzarəti həyata keçirməlidir.
3.4. Eyni şəraitdə, eyni bir kəmiyyət üçün iki və daha çox ölçmə metodikalarının mövcud olması ilə bağlı mübahisəli vəziyyət yaranarsa:
3.4.1. rəsmi nəşr edilmiş sənədlərlə reqlamentləşdirilmiş ölçmə metodikası üçün arbitraj metodikası müəyyən edilməlidir. Bu ölçmə metodikası ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahələrinə aid olan ölçmələri və onlara dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəricilərinə tələblər Agentlik tərəfindən müəyyən edilməlidir;
3.4.2. rəsmi nəşr edilmiş sənədlərlə reqlamentləşdirilməyən metodikalar üçün arbitraj ölçmə metodikası, maraqlı tərəflərin razılığı ilə təyin edilir.
3.5. Attestasiya edilmiş ölçmə metodikalarının tətbiqi prosesində istifadəçilərin iddiaları zəruri əsaslandırmalarla birlikdə metodikanı işləyib hazırlayan quruma göndərilməlidir.
4.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində tətbiq edilən attestasiya edilmiş ölçmə metodikalarının dövlət metroloji nəzarəti həyata keçirilir.
4.2. Hüquqi şəxslərin metroloji xidmətləri və fərdi sahibkarlar öz fəaliyyətlərində tətbiq edilən ölçmə metodikalarının mövcudluğuna və onlara əməl edilməsinə metroloji nəzarəti həyata keçirirlər.
4.3. Dövlət metroloji nəzarətinin, yaxud hüquqi şəxslərin metroloji xidmətləri və ya fərdi sahibkarlar tərəfindən yerinə yetirilən metroloji nəzarətin həyata keçirilməsi zamanı aşağıdakılar yoxlanılır:
4.3.1. hüquqi şəxslərin metroloji xidmətlərinin və ya fərdi sahibkarların öz fəaliyyətlərində tətbiq etdikləri bütün ölçmə metodikalarının siyahısının mövcudluğu, o cümlədən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində tətbiq edilən standartlaşdırılmış xüsusi qeyd olunan ölçmə metodikalarının siyahısının olması;
4.3.2. attestasiyası haqqında şəhadətnamələrlə birgə ölçmə metodikalarını reqlamentləşdirən sənədlərin mövcudluğu;
4.3.3. tətbiq olunan ölçmə vasitələrinin, ölçmə şəraitinin, ölçmələrə hazırlıq və aparılması qaydalarının, ölçmə nəticələrinin işlənilməsi və rəsmiləşdirilməsinin reqlamentləşdirilən sənəddə göstərildiyi kimi ölçmə metodikalarına uyğunluğunun mövcudluğu;
4.3.4. ölçmə metodikaları üzrə ölçmə nəticələrinin dəqiqlik göstəricilərinə nəzarət prosedurunun tələblərinə əməl olunması;
4.3.5. ölçmələri aparan şəxslərin ixtisas dərəcələrinin ölçmə metodikalarının sənədlərində müəyyən edilmiş tələblərə uyğun olması;
4.3.6. ölçmə metodikaları ilə reqlamentləşdirilən əməyin təhlükəsizliyinə və ekoloji təhlükəsizliyə aid tələblərə əməl olunması.
1.1. Bu Qayda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən hazırlanmışdır və Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi qaydasını müəyyən edir.
2.1. Azərbaycan Respublikasının ərazisində Ölçülər və Çəkilər üzrə Baş Konfrans tərəfindən qəbul edilmiş Beynəlxalq vahidlər sisteminin (bundan sonra — BVS) kəmiyyət vahidləri ilə bərabər, adları və işarələri bu Qaydanın əlavəsində verilmiş cədvəllərdə göstərilən aşağıdakı sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqinə icazə verilir:
2.1.1. bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən istifadə oluna bilən BVS-nin kəmiyyət vahidləri ilə bərabər tətbiqinə yol verilən sistemdənkənar kəmiyyət vahidləri;
2.1.2. bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən yalnız xarici dövlət orqanları, fiziki və hüquqi şəxslər ilə bağlanmış müqavilələr çərçivəsində istifadə oluna bilən və müvəqqəti tətbiqinə yol verilən sistemdənkənar kəmiyyət vahidləri.
2.2. Xarici ölkələrlə əməkdaşlıq sahəsindəki müqavilə-hüquq münasibətlərində, həmçinin ixrac məhsulları ilə birlikdə xaricə göndərilən texniki və başqa sənədlərdə vahidlərin beynəlxalq işarələri tətbiq edilir. Əgər sənədlər xaricə göndərilmirsə, vahidlərin Azərbaycan işarələri işlədilə bilər.
2.3. İxrac olunan məhsulların kəmiyyəti, o cümlədən ölçmə vasitələrinin xarakteristikaları sifarişçi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş kəmiyyət vahidləri ilə ifadə oluna bilər.
2.4. Nəşrlərdə vahidlərin beynəlxalq və ya Azərbaycan işarələri işlədilə bilər. Kəmiyyət vahidləri üzrə nəşrlər istisna olmaqla, eyni nəşrdə hər iki növün işarələrinin eyni zamanda işlədilməsinə yol verilmir.
1,6605402 ×10 kg (təxmini)
1,6605402 × 10 kq (təxmini)
(p/10800) rad = 2,908882... ∙10 rad
(p/10800) rad = 2,908882... ∙ 10 rad
(p/648000) rad = 4,848137... ∙ 10 rad
(p/648000) rad = 4,848137... ∙ 10 rad
1,49598 ∙ 10 m (təxmini)
1,49598 ∙ 10 m (təxmini)
9,4605 ∙ 10 m (təxmini)
9,4605 ∙ 10 m (təxmini)
3,0857 ∙ 10 m (təxmini)
3,0857 ∙ 10 m (təxmini)
kənd və meşə təsərrüfatı
1,60218 ∙ 10 J (təxmini)
1,60218 ∙ 10 C (təxmini)
elektrik enerjisi sayğacları üçün
Nisbi kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbəti): FİƏ, nisbi uzanma, nisbi sıxlıq, deformasiya, nisbi dielektrik və maqnit nüfuzluqları, maqnit qavrayıcılığı, komponentin kütlə hissəsi, komponentin molyar hissəsi və s.
Loqarifmik kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbətinin loqarifmi):
səs təzyiqinin səviyyəsi,
güclənmə, zəifləmə və s.
P1, P2 – eyniadlı energetik (güc, enerji, enerji sıxlığı və s.), F1, F2 – eyniadlı “qüvvət” kəmiyyətləridir (gərginlik, cərəyan şiddəti, sahənin gərginliyi və s.)
P1, P2 – eyniadlı energetik (güc, enerji, enerji sıxlığı və s.), F1, F2 – eyniadlı “qüvvət” kəmiyyətləridir (gərginlik, cərəyan şiddəti, sahənin gərginliyi və s.)
Loqarifmik kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbətinin loqarifmi):
səs gurluğunun səviyyəsi
1 phon- səs təzyiqinin səviyyəsi onunla eyni səs gurluğuna malik tezliyi 1000 Hz olan səs üçün 1 dB-yə bərabər olan səs gurluğunun səviyyəsinə bərabərdir
1 fon- səs təzyiqinin səviyyəsi onunla eyni səs gurluğuna malik tezliyi 1000 Hz olan səs üçün 1 dB-yə bərabər olan səs gurluğunun səviyyəsinə bərabərdir
Loqarifmik kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbətinin loqarifmi):
log2 (f2/f1), f2/f1 = 2 olduqda,
lg (f2/f1), f2/f1 = 10 olduqda, f1, f2 – tezliklərdir
log2 (f2/f1), f2/f1 = 2 olduqda,
lg (f2/f1), f2/f1 = 10 olduqda, f1, f2 – tezliklərdir
Loqarifmik kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbətinin natural loqarifmi)
1 Np = 0,8686... В = = 8,686... dB
1 Np = 0,8686... В = = 8,686... dB
İkili hesablama sistemində informasiya vahidi (informasiyanın ikili vahidi)
Bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən yalnız xarici dövlət orqanları, fiziki və hüquqi şəxslər ilə bağlanmış müqavilələr çərçivəsində istifadə oluna bilən və müvəqqəti tətbiqinə yol verilən sistemdənkənar kəmiyyət vahidləri
mirvarinin çıxarılması və istehsalı
1.1. Bu Qayda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və kəmiyyət vahidlərinin adları, işarələri və yazılış qaydasını müəyyən edir.
2.1. Ölçülər və Çəkilər üzrə Baş Konfrans tərəfindən qəbul edilmiş Beynəlxalq vahidlər sisteminin (bundan sonra - BVS) kəmiyyət vahidləri, adları və işarələri bu Qaydanın əlavəsində verilmiş cədvəllərdə göstərilən qaydada Azərbaycan Respublikasının ərazisində tətbiq edilir.
2.2. Xarici ölkələrlə əməkdaşlıq sahəsindəki müqavilə-hüquq münasibətlərində, həmçinin ixrac məhsulları ilə birlikdə xaricə göndərilən texniki və digər sənədlərdə vahidlərin beynəlxalq işarələri tətbiq edilir. Əgər sənədlər xaricə göndərilmirsə, vahidlərin Azərbaycan işarələri işlədilə bilər.
2.3. İxrac olunan məhsulların kəmiyyəti, o cümlədən ölçmə vasitələrinin xarakteristikaları sifarişçi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş kəmiyyət vahidləri ilə ifadə oluna bilər.
2.4. Nəşrlərdə vahidlərin beynəlxalq və ya Azərbaycan işarələri işlədilə bilər. Kəmiyyət vahidləri üzrə nəşrlər istisna olmaqla, eyni nəşrdə hər iki növün işarələrinin eyni zamanda işlədilməsinə yol verilmir.
3.1. BVS-nin onluğun misl və hissə vahidlərinin adları və işarələri bu Qaydanın əlavəsində (5 nömrəli cədvəl) göstərilən vuruqların və önşəkilçilərin köməyi ilə əmələ gətirilir.
3.2. Vahidin adına və işarəsinə iki və ya daha artıq önşəkilçinin bir-birinin ardınca birləşdirilməsinə yol verilmir (məsələn, “mikromikrofarad” vahidinin adının əvəzinə “pikofarad” yazmaq lazımdır).
1. Kütlənin əsas vahidinin adı - kiloqram “kilo” önşəkilçisini özündə saxladığından, kütlə vahidinin misl və hissələrini əmələ gətirmək üçün kütlənin hissə vahidi - qram (0,001 kg) və önşəkilçi “qram” sözünə birləşdirilir. Məsələn, mikrokiloqram (μkg, mkkq) vahidinin əvəzinə milliqram (mg, mq).
2. Kütlənin hissə vahidi - qramın önşəkilçi birləşdirmədən tətbiq edilməsinə yol verilir.
3.3. Önşəkilçi və ya onun işarəsini vahidin adı və ya uyğun olaraq axırıncının işarəsi ilə birlikdə yazmaq lazımdır.
3.4. Əgər vahid vahidlərin hasili və ya nisbəti kimi əmələ gəlmişdirsə, önşəkilçi və ya onun işarəsi hasilə və ya nisbətə daxil olan birinci vahidin adına və ya işarəsinə birləşdirilir. Məsələn:
kilopaskal-saniyə bölünsün metr
paskal-kilosaniyə bölünsün metr
Önşəkilçinin hasilin ikinci vuruğuna və ya məxrəcə birləşdirilməsinə yalnız belə vahidlərin geniş yayıldığı və bu bəndə uyğun olaraq əmələ gətirilən vahidlərə keçidin çətinlikləri ilə əlaqədar əsaslandırılmış hallarda yol verilir. Məsələn: ton-kilometr (t×km, t×km), volt bölünsün santimetr (V/cm, V/sm), amper bölünsün kvadrat millimetr (A/mm, А/mm).
3.5. Qüvvətə yüksəldilən başlanğıc vahidin misl və hissə vahidləri başlanğıc vahidin adına önşəkilçi birləşdirməklə əmələ gətirilir. Məsələn: metrin ikinci dərəcəsindən ibarət olan sahənin kvadrat metr vahidinin misl və ya hissələrinin adlarını əmələ gətirmək üçün önşəkilçi bu axırıncı vahidin adına birləşdirilir: kvadrat kilometr, kvadrat santimetr və s.
3.6. Qüvvətə yüksəldilən başlanğıc vahidin misl və hissə vahidlərinin işarələri uyğun dərəcə göstəricisini başlanğıc vahidin misl və hissə vahidinin işarəsinə əlavə etməklə əmələ gətirilir, bununla belə, göstərici misl və hissə vahidinin (önşəkilçi ilə birlikdə) qüvvətə yüksəldilməsini göstərir.
1. 5 km = 5 (10m) = 5 · 10m;
2. 250 cm/s = 250 (10m)/s = 250 · 10 m/s;
3. 0,002 cm = 0,002(10m) = 0,002 · 100 m = 0,2 m.
4.1. Kəmiyyətlərin qiymətlərinin yazılışı zamanı vahidlər hərflərlə və ya xüsusi işarələrlə (...°,...′,...″) göstərilir və aşağıdakı hərfi işarələr tətbiq edilir:
4.1.1. beynəlxalq (latın və ya yunan əlifbasının hərflərini istifadə etməklə);
4.1.2. Azərbaycan (latın əlifbasının hərflərini istifadə etməklə).
4.2. Vahidlərin hərfi işarələri düz şriftlə çap olunur. Vahidlərin işarələrində nöqtə qısaldılma işarəsi kimi qoyulmur.
4.3. Vahidlərin işarələri kəmiyyətlərin ədədi qiymətlərindən sonra və onlarla bir sətirdə (digər sətrə keçirilmədən) yazılır. Vahidlərin işarəsinin qarşısında duran çəp xətli kəsrdən ibarət olan ədədi qiymət mötərizədə yazılır. Ədədin axırıncı rəqəmi ilə vahidin işarəsi arasında məsafə saxlanılır. Məsələn:
Qarşısında məsafə qoyulmayan sətir üstünə qaldırılmış işarələr istisna təşkil edir.
4.4. Onluq kəsr olduqda, kəmiyyətin ədədi qiymətində vahidin işarəsi bütün rəqəmlərdən sonra yerləşdirilir. Məsələn:
5,758° və ya 5°45,48′
4.5. Həddi meyilli kəmiyyətlərin qiymətlərini göstərən zaman həddi meyilli ədədi qiymətlər mötərizəyə alınır və vahidin işarəsi mötərizədən sonra qoyulur və ya vahidin işarəsi kəmiyyətin ədədi qiymətindən sonra və onun həddi meyilindən sonra yazılır. Məsələn:
(100,0 ± 0,1) kg; (100,0 ± 0,1) кq
50 g ± 1 g; 50 q ± 1 q
100,0 ± 0,1 kg; 100,0 ± 0,1 кq
4.6. Qrafaların başlıqlarında və cədvəlin sətirlərinin adlarında (yan sütunlarda) vahidlərin işarələrini tətbiq etmək olar:
Göstərişlərin yuxarı həddi, m
Sağ kənar diyircəyin bölgüsünün qiyməti, m(çox olmamaqla)
100, 160, 250, 400, 600 və 1000
2 500, 4 000, 6 000 və 10 000
Dartı gücünün qiyməti, kW
Qabarit ölçüləri, mm:
4.7. Düsturlara daxil olan kəmiyyət işarələrinin izahında vahidlərin işarələrini tətbiq etmək olar. Vahidlərin işarələrinin, kəmiyyətlər və ya onların ədədi qiymətləri arasındakı asılılığı ifadə edən və hərflərlə təqdim olunan düsturlarla bir sətirdə yerləşdirilməsinə yol verilmir. Məsələn:
4.8. Hasilə daxil olan vahidlərin hərfi işarələri vurma işarəsi kimi orta xətdə qoyulan nöqtələrlə ayrılır. Bu məqsədlə “x” simvolundan istifadə olunmasına yol verilmir. Məsələn:
Maşında yazılmış mətnlərdə nöqtəni qaldırmamağa yol verilir. Hasilə daxil olan vahidlərin hərfi işarələrini (əgər bu anlaşılmazlıq yaratmırsa) məsafə ilə ayırmağa yol verilir.
4.9. Vahidlərin nisbətinin hərfi işarələrində bölmə işarəsi kimi yalnız bir çəp və ya üfüqi xətdən istifadə olunur. Vahidlərin işarələrinin qüvvətə yüksəldilmiş (müsbət və mənfi) vahidlərin işarələrinin hasili şəklində tətbiq edilməsinə yol verilir.
Əgər nisbətə daxil olan vahidlərdən biri üçün mənfi dərəcə şəklində işarə (məsələn, s, m, K; s, m, К) müəyyən olunmuşdursa, çəp və ya üfüqi xəttin tətbiq edilməsinə yol verilmir. Məsələn:
4.10. Çəp xətti tətbiq edən zaman surət və məxrəcdəki vahidlərin işarələri bir sətirdə yerləşdirilir və məxrəcdə vahidlərin işarələrinin hasili mötərizəyə alınır. Məsələn:
4.11. İki və ya daha artıq vahiddən ibarət olan törəmə vahidi göstərən zaman vahidlərin hərfi işarələrini və adlarını kombinasiya etməyə, yəni bəzi vahidləri işarələrlə, digərlərini isə adlarla göstərməyə yol verilmir. Məsələn:
80 kilometr bölünsün saat
4.12. Xüsusi işarələrin:...°,...′,...″, % və ‰ vahidlərinin hərfi işarələri ilə birləşmələrinin tətbiq edilməsinə yol verilir. Məsələn:...°/s.
5.1. BVS-nin koherent törəmə vahidləri (bundan sonra - törəmə vahidlər), bir qayda olaraq, ədədi əmsalları 1-ə bərabər olan kəmiyyətlər arasındakı sadə əlaqə tənliyinin (təyinedici tənliklərin) köməyi ilə əmələ gətirilir. Törəmə vahidləri əmələ gətirmək üçün əlaqə tənliklərindəki kəmiyyətlərin işarələri BVS vahidlərinin işarələri ilə əvəz olunur.
Misal 1. Sürət vahidi düzxətli və bərabərsürətli hərəkət edən maddi nöqtənin sürətini təyin edən tənlik vasitəsilə əmələ gəlir:
s – gedilən yolun uzunluğu,
t – maddi nöqtənin hərəkət müddətidir.
s və t-nin yerinə onların BVS vahidlərinin iºarələrini qoyduqda, [v] = [s] / [t] = 1 m/s.
Deməli, sürətin BVS vahidi metr bölünsün saniyədir. O, düzxətli və bərabərsürətli hərəkət edən maddi nöqtənin elə sürətinə bərabərdir ki, bu zaman bu nöqtə 1 s müddətində 1 m məsafəyə yerini dəyişir.
Əgər əlaqə tənliyində qiyməti 1-dən fərqli ədədi əmsallar varsa, onda BVS-nin koherent törəmə vahidlərini əmələ gətirmək üçün tənliyin sağ tərəfinə əmsala vurulduqdan sonra 1-ə bərabər ümumi ədədi qiymət verən BVS vahidlərindəki qiymətləri ilə kəmiyyətlərin işarələri qoyulur.
Misal 2. Əgər enerji vahidini əmələ gətirmək üçün aşağıdakı tənlik istifadə olunursa,
т – maddi nöqtənin kütləsi,
v – maddi nöqtənin hərəkət sürətidir.
onda, enerjinin BVS koherent vahidini əmələ gətirmək üçün
tənlikləri istifadə olunur.
Deməli, enerjinin BVS vahidi (nyuton-metrə bərabər) couldur. Gətirilən misallarda o, kütləsi 2 kg, 1m/s sürətlə hərəkət edən və ya kütləsi 1 kg, m/s sürətlə hərəkət edən cismin kinetik enerjisinə bərabərdir.
metr-işığın vakuumda 1/299792458 s zaman intervalında qət etdiyi yolun uzunluğudur [XVII ÖÇBK (1983-cü il), Qətnamə 1]
kiloqram-kiloqramın beynəlxalq prototipinin kütləsinə bərabər olan kütlə vahididir [I ÖÇBK (1889-cu il) və III ÖÇBK (1901-ci il)]
saniyə-sezium-133 atomunun əsas halının iki ifratnazik səviyyələri arasındakı keçidə uyğun şüalanmanın 9 192 631 770 perioduna bərabər olan zamandır [XIII ÖÇBK (1967-ci il), Qətnamə 1]
Elektrik cərəyanı (elektrik cərəyanı şiddəti)
amper-vakuumda bir-birindən 1 m məsafədə yerləşən sonsuz uzunluğa və çox kiçik dairəvi en kəsiyi sahəsinə malik iki paralel düzxətli naqildən keçən zaman naqilin hər 1 m hissəsində 2 ∙10 N qüvvə yaradan dəyişməyən cərəyanın şiddətidir [ÖÇBK (1946-cı il), IX ÖÇBK (1948-ci il) tərəfindən bəyənilmiş Qətnamə 2 ]
Termodinamik temperatur
kelvin – suyun üçqat nöqtəsinin termodinamik temperaturunun 1/273,16 hissəsinə bərabər olan termodinamik temperatur vahididir [XIII ÖÇBK (1967-ci il), Qətnamə 4]
mol – kütləsi 0,012 kg olan karbon-12-də yerləşən atomların sayı qədər struktur elementinə malik sistemin maddə miqdarıdır. Mol-u tətbiq edən zaman struktur elementlərinin spesifik xüsusiyyətləri göstərilməlidir və onlar atomlar, molekullar, ionlar, elektronlar və digər hissəciklər və ya spesifik xüsusiyyətləri göstərilmiş hissəciklər qrupu ola bilər [XIV ÖÇBK (1971-ci il), Qətnamə 3]
kandela – verilən istiqamətdə energetik işıq şiddəti 1/683 W/sr olan 540 ∙10 Hz tezlikli monoxromatik şüa buraxan mənbənin bu istiqamətdəki işıq şiddətidir [XVI ÖÇBK (1979-cu il), Qətnamə 3]
metr bölünsün kvadrat saniyə
kiloqram bölünsün kub metr
kub metr bölünsün kiloqram
Elektrik cərəyanının sıxlığı
amper bölünsün kvadrat metr
Maqnit sahəsinin gərginliyi
Komponentin molyar konsentrasiyası
mol bölünsün kub metr
kandela bölünsün kvadrat metr
Enerji, iş, istilik miqdarı
Elektrik yükü, elektrik miqdarı
Elektrik gərginliyi, elektrik potensialı, elektrik potensialları fərqi, elektrik hərəkət qüvvəsi
Elektrik keçiriciliyi
Maqnit induksiyası seli, maqnit seli
Maqnit seli sıxlığı, maqnit induksiyası
İnduktivlik, qarşılıqlı induktivlik
Radioaktiv mənbədə nuklidin aktivliyi(radionuklidin aktivliyi)
İonlaşdırıcı şüalanmanın
İonlaşdırıcı şüalanmanın
ekvivalent dozası, ionlaşdırıcı şüalanmanın effektiv dozası
Katalizatorun aktivliyi
kulon bölünsün kub metr
kulon bölünsün kvadrat metr
coul bölünsün kiloqram
Sistemin istilik tutumu sistemin entropiyası
Xüsusi istilik tutumu, xüsusi entropiya
coul bölünsün kiloqram-kelvin
vatt bölünsün kvadrat metr
vatt bölünsün metr-kelvin
molyar istilik tutumu
coul bölünsün mol-kelvin
Foton şüalanmasının ekspozisiya dozası (qamma və rentgen şüalanmasının ekspozisiya dozası)
kulon bölünsün kiloqram
Udulma dozasının gücü
radian bölünsün saniyə
vatt bölünsün steradian
vatt bölünsün steradian-kvadrat metr
1.1. Bu Qayda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən hazırlanmışdır və texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qayda texniki vasitələrin istehsalçıları, idxalçıları və istifadəçiləri olan dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə şamil edilir.
2.1. Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi barədə qərar dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən qəbul edilir.
2.2. Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsinə dair Agentliyə edilmiş müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır:
2.2.1. texniki vasitənin təsviri (texniki vasitənin quruluşu, iş prinsipi, tərkibi) və istismar sənədləri;
2.2.2. texniki vasitənin istifadə sahəsi və istifadə forması;
2.2.3. texniki vasitənin ölçmə vasitəsi kimi istifadəsini zəruri edən amillər barədə məlumatlar.
2.3. Xarici ölkələrdə istehsal olunmuş texniki vasitələrin sənədləri Agentliyə Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş formada təqdim olunmalıdır.
2.4. Texniki vasitələr ölçmə vasitələrinə aid edilməsi üçün aşağıdakı tələblərə cavab verməlidir:
2.4.1. ölçmələrin normalaşdırılan dəqiqliklə aparılması;
2.4.2. metroloji və texniki xüsusiyyətlərin mövcudluğu;
2.4.3. texniki vasitə ilə aparılan ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlama və müdaxilənin qarşısının alınması məqsədi ilə texniki vasitənin konstruksiyasının, proqram təminatı da daxil olmaqla, onun müvafiq hissələrinə müdaxilə edilmənin məhdudluğunu təmin etməsi.
2.5. Texniki vasitələrin ölçmə vasitələrinə aid olunmasına dair müraciətə Agentliydə 30 (otuz) gün müddətində baxılır, bu Qaydanın 2.4-cü bəndində göstərilmiş tələblər əsas götürülməklə texniki vasitələrin ölçmə vasitələrinə aid olub-olmaması araşdırılır və müvafiq qərar qəbul edilir. Qərarda aşağıdakı məlumatlar əks olunmalıdır:
2.5.1. texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi ilə əlaqədar müraciət etmiş dövlət orqanının, hüquqi və ya fiziki şəxsin adı;
2.5.2. texniki vasitənin adı;
2.5.3. texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsinə dair müraciətin daxilolma tarixi;
2.5.4. texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsinə dair müraciətə əlavə olunmuş sənədlərin siyahısı;
2.5.5. qərarı qəbul etmiş şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və imzası.
2.6. Texniki vasitənin ölçmə vasitələrinə aid edilməsindən imtina barədə qərarda imtinanın əsasları dəqiq göstərilməli və hüquqi cəhətdən əsaslandırılmalıdır.
2.7. Agentlik tərəfindən qəbul olunmuş qərar barədə 3 (üç) gün müddətində texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi ilə əlaqədar müraciət etmiş dövlət orqanına, hüquqi və fiziki şəxsə məlumat verilir və qərarın surəti ona göndərilir.
2.8. Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi ilə əlaqədar müraciət etmiş dövlət orqanı, hüquqi və fiziki şəxs Agentliyin vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
SERTİFİKATIN NÖMRƏSİ: _
ETİBARLIDIR: “ ” 20 ilədək
Bu sertifikat təsdiq edir ki, sınaqların müsbət nəticələri əsasında
tipi təsdiq edilmiş, dövlət reyestrində nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasında tətbiq edilməsinə icazə verilmişdir.
Sertifikat şamil edilir.
( __ ədəd partiyaya / tək nümunəyə )
Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsviri bu sertifikatın əlavəsində göstərilmişdir.
_________ _____________ ________________________
(vəzifə) (imza) (soyadı, adı və atasının adı)
1.1. Bu Qayda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən hazırlanmışdır və tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestrinin aparılması qaydasını müəyyən edir.
1.2. Standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestri (bundan sonra – reyestr) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin qeydiyyatı üçün nəzərdə tutulmuşdur və standart nümunələrin və ölçmə vasitələrinin sınaqları və tipinin təsdiqi üzrə aparılan işlərin nəticələri haqqında rəsmi məlumat mənbəyidir.
1.3. Reyestr aşağıdakı məqsədlər üçün yaradılır:
1.3.1. Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilən standart nümunələrin və ölçmə vasitələrinin dövlət qeydiyyatının təmin edilməsi;
1.3.2. maraqlı şəxslərin standart nümunələrin və ölçmə vasitələrinin tipləri haqqında informasiya təminatı;
1.3.3. mərkəzləşdirilmiş məlumat-axtarış verilənlər bazasının yaradılması.
1.4. Reyestrin aparılmasına tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin reyestrə daxil edilməsi, reyestrdən çıxarılması və reyestrdə dəyişikliklərin edilməsi daxildir.
1.5. Reyestr bu Qaydaya əlavə olunan formalara uyğun olaraq kağız və elektron formada aparılır.
2.1. Tipi təsdiq edilmiş ölçmə vasitələrinin reyestrinə aşağıdakı məlumatlar daxil edilir:
2.1.1. adı və tipi, modifikasiyaları, təyinatı və tətbiq sahəsi, əsas texniki xarakteristikaları;
2.1.2. reyestrdə qeydiyyat nömrəsi;
2.1.3. reyestrə daxiledilmə tarixi;
2.1.4. sertifikatın nömrəsi, verilmə tarixi və qüvvədə olma müddəti;
2.1.5. istehsalçının adı və ünvanı;
2.1.6. əsasında ölçmə vasitəsinin tipi təsdiq edilən müqayisəli yoxlama metodikasının adı və yoxlamalararası intervalın müddəti;
2.1.7. bu Qaydanın 3.1-ci və 4.1-ci bəndlərində müəyyən olunmuş hallarla bağlı Agentliyin qəbul etdiyi qərarın nömrəsi və tarixi.
2.2. Tipi təsdiq edilmiş standart nümunələrin reyestrinə aşağıdakı məlumatlar daxil edilir:
2.2.1. adı və tipi, metroloji xarakteristikaları, təyinatı və tətbiq sahəsi;
2.2.2. reyestrdə qeydiyyat nömrəsi;
2.2.3. reyestrə daxiledilmə tarixi;
2.2.4. sertifikatın nömrəsi, verilmə tarixi və qüvvədə olma müddəti;
2.2.5. istehsalçının adı və ünvanı;
2.2.6. bu Qaydanın 3.1-ci və 4.1-ci bəndlərində müəyyən olunmuş hallarla bağlı Agentliyin qəbul etdiyi qərarın nömrəsi və tarixi.
2.3. Agentliyin qərarı ilə standart nümunәnin və ölçmə vasitəsinin tipi təsdiq edildiyi gün onlara sertifikat verilərək bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində qeyd olunan məlumatlar reyestrə daxil edilir.
3.1. Reyestrdə aşağıdakı hallarda və müddətlərdə dəyişikliklər edilir:
3.1.1. qüvvədə olma müddəti başa çatmış standart nümunə və ölçmə vasitəsinə verilmiş tipin yenidən təsdiqi barədə sertifikat əsasında məlumatın reyestrdə qalma müddəti uzadıldıqda – tipin yenidən təsdiqi barədə sertifikat verildiyi gün;
3.1.2. standart nümunəni və ölçmə vasitəsini istehsal edən hüquqi şəxsin adının və ünvanının dəyişməsi ilə əlaqədar reyestrdə olan məlumatda müvafiq dəyişikliyin edilməsi barədə həmin hüquqi şəxsin müraciəti əsasında Agentliyin qərarı qəbul edildikdə – Agentliyin qərarı qəbul edildiyi gün;
3.1.3. Agentliyin qərarı ilə standart nümunələrin və ölçmə vasitələrinin yoxlamalararası intervalı dəyişdirildikdə (artırıldıqda və ya azaldıldıqda) – Agentliyin qərarı qəbul edildiyi gün.
4.1. Aşağıdakı hallarda standart nümunələr və ölçmə vasitələri reyestrdən çıxarılır:
4.1.1. tipin təsdiqi barədə sertifikatın qüvvədə olma müddəti qurtardıqda və yeni sertifikat verilmədiyi halda;
4.1.2. istehsalçı tərəfindən ölçmə vasitələrinin istehsalına son qoyulduqda.
4.2. Bu Qaydanın 4.1.1-ci yarımbəndi üzrə Agentliyin aidiyyəti struktur bölməsinin məlumatı, 4.1.2-ci yarımbənd üzrə istehsalçının müraciəti daxil olduqda, həmin gün standart nümunənin və ölçmə vasitəsinin reyestrdən çıxarılması barədə Agentliyin qərarı qəbul edilərək icra olunur.
4.3. Reyestrdən çıxarılmış standart nümunələrin və ölçmə vasitələrinin istehsalı, idxalı, satışı və istismarı qadağandır. Reyestrdən çıxarılmış ölçmə vasitələrinin yalnız təkrar reyestrə daxil edilməsindən sonra istifadəsinə yol verilir.
4.4. Reyestrdən çıxarılmış standart nümunələrin və ölçmə vasitələrinin qeydiyyat nömrəsi digər standart nümunəyə və ölçmə vasitəsinə verilmir.
5.1. Tipin təsdiqi barədə sertifikat Agentliyin tipin təsdiqi barədə qərarı əsasında verilir.
5.2. Tipin təsdiqi barədə sertifikata aşağıdakı kimi qeydiyyat nömrəsi verilir:
5.2.1 XX. X. XX. XXX. X. №10001, burada:
5.2.1.1. XX – istehsalçı ölkənin kodu “Dünya ölkələri” beynəlxalq klassifikatoruna əsasən latın əlifbasının iki böyük hәrfi ilə identikləşdirilir;
5.2.1.2. X - aşağıdakı məlumatı bildirən hәrfi simvol:
5.2.1.2.1. S - seriyalı istehsal və ya xaricdən dövri olaraq gətirilmə;
5.2.1.2.2. T - tək nümunə və ya birdəfəlik partiya;
5.2.1.3. XX - ölçmə vasitəsinin klassifikatoruna uyğun olaraq, ölçmə vasitəsini ölçmə növünə aid edən iki rəqəm: 27-dən - 39-a qədər;
5.2.1.4. XXX - dövlət reyestrindəki yazıya əsasən sınağı keçirən laboratoriyanın qeydiyyat nömrəsinin axırıncı üç rəqəmi və ya beynəlxalq sazişlərə və dövlətlərarası standartlaşdırma qaydalarına uyğun olaraq sınağın nəticələrinin Agentlik tərəfindən tanındığını göstərən “999” rəqəmi;
5.2.1.5. X - aşağıdakı məlumatı bildirən hәrfi simvol:
5.2.1.5.1. Ü - ümumi tətbiq üçün olan ölçmə vasitәsi;
5.2.1.5.2. H - hərbi təyinatlı ölçmə vasitəsi.
6.1. Reyestrin məlumatları Agentliyin dövri nəşrlərində və xüsusi informasiya məcmuələrində (göstəricilərində, məlumat kitabçalarında, kataloqlarda) çap olunur.
6.2. Agentlik “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 34.2-ci maddələrinə əsasən dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsi ilə bağlı olan informasiyalar istisna olmaqla, reyestrlə bağlı malik olduğu digər informasiyaların Agentliyin internet saytında yerləşdirilməsini, bu informasiyaların daimi yenilənməsini və digər informasiya resurslarında yayılmasını təşkil edir.
6.3. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq reyestrdən istifadə edən fiziki və hüquqi şəxslərin müraciətlərinə 15 (on beş) gün müddətində, əlavə öyrənilməsi və yoxlanılması tələb edilən müraciətlərə isə 1 (bir) ay müddətində baxılır.
7.1. Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi ilə bağlı sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvəqqəti mühafizə müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməlidir.
1.1. Bu Qayda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.9-cu maddəsinə əsasən hazırlanmışdır və standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələbləri və həmin nişanların vurulma qaydasını müəyyən edir.
1.2. Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiq edilməsi tipin təsdiqi məqsədi ilə keçirilən sınaqların nəticələri əsasında, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin metroloji və texniki tələblərə uyğunluğunun təmin edilməsi üçün aparılır.
1.3. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmayan standart nümunələri və ölçmə vasitələrini işləyib hazırlayan, istehsal edən, Azərbaycan Respublikasının ərazisinə idxal edən, satan və istismar edən şəxslər həmin standart nümunələri və ölçmə vasitələrini könüllü şəkildə standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqinə təqdim edə bilərlər.
1.4. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədi ilə fiziki və hüquqi şəxslər (bundan sonra – sifarişçi) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) ərizə ilə müraciət etməlidir. Ərizədə standart nümunənin və ya ölçmə vasitəsinin adı, işarəsi və əsas metroloji xarakteristikaları göstərilməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
1.4.2. standart nümunənin və ya ölçmə vasitəsinin pasportu, istismar sənədləri, istehsalçı müəssisənin sənədlər dəsti;
1.4.3. istehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat (olduqda);
1.4.4. standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsviri (1 və 2 nömrəli əlavələr);
1.4.5. standart nümunənin və ölçmə vasitəsinin yoxlama metodikası;
1.5. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədi ilə Agentliyə daxil olmuş ərizə qeydiyyata alındıqdan sonra 3 (üç) gün müddətində daxil olmuş sənədlər sınaqların keçirilməsi üçün akkreditasiya sahəsinə uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya edilmiş fiziki və ya hüquqi şəxslərə (bundan sonra – sınaq laboratoriyası) göndərilir.
2.1. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların (bundan sonra - sınaqlar) aparılma müddəti və şərtləri görüləcək işlərin xüsusiyyətləri nəzərə alınmaqla sifarişçi ilə sınaq laboratoriyası arasında bağlanmış müqavilə ilə müəyyən edilir.
2.2. Sınaqlar sınaq laboratoriyası tərəfindən təsdiq olunmuş sınaq proqramı və ya nümunəvi sınaq proqramı üzrə aparılır. Standart nümunələrin və ya ölçmə vasitələrinin sınaq proqramı ölçmə vasitələrinin metroloji xarakteristikalarının müəyyən edilməsi ilə bağlı müddəaları və müqayisəli yoxlama metodikasını nəzərdə tutur.
2.3. Sifarişçi sınaqların keçirilməsi üçün standart nümunələrin və ya ölçmə vasitələrinin nümunəsini (nümunələrini) sınaq laboratoriyasına təqdim etməlidir.
2.4. Sifarişçi sınaq laboratoriyası ilə razılaşdırmaqla sınaqlar üçün zəruri olan avadanlıqları təqdim edə bilər. Sınaqlar qurtardıqdan sonra avadanlıqlar sifarişçiyə qaytarılır.
2.5. Sınaqların nəticələri müsbət olduqda, sınaq laboratoriyası müqayisəli yoxlama metodikasını təsdiq edir (razılaşdırır), tipin təsvirini razılaşdırır və standart nümunələrin və ya ölçmə vasitələrinin sınaq aktını (3 nömrəli əlavə) 3 nüsxədə tərtib edir.
2.6. Sınaqların nəticələri mənfi olduqda, sınaq laboratoriyası yalnız standart nümunələrin və ya ölçmə vasitələrinin sınaq aktını tərtib edir.
2.7. Sınaqların nəticələrinin tanınması bağlanmış beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
3.1. Sınaq laboratoriyası sınaqlar başa çatdıqdan sonra 3 (üç) gün müddətində standart nümunələrin və ya ölçmə vasitələrinin sınaq aktını Agentliyə göndərir. Sınaq aktı əsasında 3 (üç) gün müddətində Agentlik aşağıdakı qərarlardan birini qəbul edir və dərhal sifarişçiyə bu barədə məlumat verir:
3.1.1. sınaqların nəticələri müsbət olduqda, tipin təsdiqi və bu barədə sertifikatın verilməsi haqqında;
3.1.2. sınaqların nəticələri mənfi olduqda, tipin təsdiq edilməsindən imtina olunması haqqında.
3.2. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi haqqında qərar qəbul edildikdən sonra, 1 (bir) gün müddətində tipin təsdiqi barədə sertifikat hazırlanır.
3.3. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Tipin təsdiqi barədə sertifikat sifarişçi dövlət rüsumunu ödədikdən sonra dərhal ona təqdim olunur.
3.4. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsindən imtina olunması haqqında qərarda imtinanın əsasları və qərardan şikayət verilməsi qaydası göstərilməlidir.
4.1. Ölçmə vasitəsinin tipinin təsdiqi zamanı yoxlamalararası interval müəyyən edilməlidir.
4.2. Ölçmə vasitələrinin yoxlamalararası intervalı ölçmə vasitəsinin istehsal sənədləri əsasında, ölçmə vasitəsinin istismar olunacağı sahə və saxlandığı yer nəzərə alınmaqla müəyyən edilir.
4.3. Ölçmə vasitələrinin yoxlamalararası intervalının dəyişdirilməsi (artırılması və ya azaldılması) məsələsinə, aparılmış müqayisəli yoxlamaların nəticələrinə görə kalibrləmə laboratoriyasının müraciəti əsasında yalnız Agentlik tərəfindən baxılır.
5.1. Tipi təsdiq edilmiş standart nümunələrin və ya ölçmə vasitələrinin hər bir nümunəsinə, onların qoşma sənədlərinə standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişan (bundan sonra – nişan) vurulur (4 nömrəli əlavə).
5.2. Konstruksiyanın xüsusiyyətləri səbəbindən nişanı ölçmə vasitəsinin üzərinə vurmaq mümkün olmadıqda, həmin nişanın yalnız qoşma sənədlərinə vurulmasına yol verilir.
5.3. Nişanın xətti ölçüləri, onun vurulduğu səthin ölçüləri nəzərə alınmaqla, onda olan informasiyanın pozulmasına yol verilməməsi şərtilə seçilir. Bu zaman nişanın millimetrlə ifadə olunan xətti ölçüləri 4 nömrəli əlavədə göstərilən ölçüləri əmsala (2.5; 4; 6; 10; 15; 25; 40; 60; 100 sırasından seçilmiş əmsallardan birinə) vurmaq yolu ilə təyin edilir.
5.4. Nişan ölçmə vasitəsinin bütün xidmət müddətində onun təsvirinin və bütün elementlərinin dəqiqliyini, aydınlığını və fərqlənməsini təmin edən istənilən üsulla vurula bilər.
5.5. Nişan ölçmə vasitəsinin baxış üçün əlverişli olan yerində vurulmalıdır.
5.6. Nişanın düzgün tətbiqi dövlət metroloji nəzarətinin həyata keçirilməsi zamanı yoxlanılır.
6.1. Sifarişçi Agentliyin və sınaq laboratoriyalarının hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
___________________________________________________________________________ buraxılır
____________________________________________________________________________________
____________________________________________________________________________________
____________________________________________________________________________________
_____________________________________________________________________________________
____________________________________________________________________________________
____________________________________________________________________________________
____________________________________________________________________________________
____________________________________________________________________________________
___________________________ _________
(sifarişçi təşkilatın rəhbərinin (imza)
soyadı, adı və atasının adı)
__________________ tərəfindən təqdim edilmiş _________________________________________
(sifarişçinin adı) (ölçmə vasitəsinin, standart nümunənin adı, işarəsi, şifri)
1. _________________________________________________________________________________
__________________________________________________________________ tərəfindən işlənilib
hazırlanmış (istehsal olunmuş) ___________________________________ sınaqlarını aparmışdır.
Sınaqlar______________________ əsasında 20___ilin “ ________“ tarixindən
(müraciətin tarixi və nömrəsi)
“ “ tarixinədək olan dövr ərzində _______________________________________________________ aparılmışdır.
(sınağın aparıldığı yer)
2. Sınaq laboratoriyasına ____________________________________________________________
____________________________________________________təcrübə nümunələri
nümunələrinin sayı və nömrələri, istehsalçılarının adı)
(xaricdən gətirilən nümunələr) təqdim edilmişdir.
3. Təqdim edilən nümunələrlə tanış olaraq və sənədləri nəzərdən keçirərək, sınaq laboratoriyası sınaqların aparılması üçün təqdim edilmiş materialların kifayət etdiyini bildirir. Bu halda sınaq laboratoriyası sınaqların aparılması üçün nümunələrin və sənədlərin yararlılığını (yararsızlığını) müəyyən edir. Sınaq laboratoriyası ilə razılaşdırmaqla sifarişçi sınaqlar üçün zəruri olan avadanlıqları təqdim edə bilər.
4. Sınaq laboratoriyası tərəfindən ______________________________________________________
uyğun olaraq ___________________________________________________sınaqlar aparılmışdır.
5. Aparılmış sınaqlar nəticəsində laboratoriya müəyyən etmişdir ki, _________________________________________________________________________nümunələri
texniki tapşırığın və ________________________________________________________ müəyyən
etdiyi tələblərə uyğundur (və ya uyğun deyildir).
Sınaq laboratoriyası _________________________________________________________qeyd edir.
6. Sınaq prosesində aşağıdakı nöqsanlar aşkar edilmişdir:
____________________________________________________________________________________
7. Aparılmış sınaqların nəticələri əsasında sınaq laboratoriyası
____________________________________________________________________________________
_________________________________________________________________________ tövsiyə edir.
8. Sınaqlar zamanı aşkar edilmiş nöqsanları _______________________________________aradan
(işləyib hazırlayan təşkilatın adı)
qaldırmalı və 20___ilin “ “ tarixinədək nöqsanların aradan qaldırılması barədə sınaq laboratoriyasına hesabat təqdim etməlidir.
1. Sınaqlar zamanı qəbul edilmiş əlavələrlə sınaqların təsdiq edilmiş proqramı.
2. Ölçmə nəticələrinin ədədi hədd qiymətlərini və irəli sürülən tələblərlə müqayisədə onların qiymətləndirilməsini göstərməklə, proqramın hər bir bəndi üzrə sınaq nəticələrinin yekun cədvəli şəklində tərtib edilmiş sınaqdan keçmiş nümunələrin texniki tapşırığın və texniki normativ hüquqi aktların tələblərinə uyğunluq cədvəli.
_____________________________________________________________
Aktla tanış oldum ____________________________________
(sifarişçi təşkilatın rəhbərinin soyadı, adı və imzası)
1.1. Bu Qayda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci və 18.1.4-cü maddələrinə əsasən hazırlanmışdır və layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizası (bundan sonra – metroloji ekspertiza) qaydasını müəyyən edir.
1.2. Metroloji ekspertiza metroloji tələblərin müəyyənləşdirilməsinin və onlara riayət olunmasının təhlili və qiymətləndirilməsidir.
2.1. Metroloji ekspertiza “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq metroloji ekspertiza sahəsi üzrə akkreditasiya olunmuş fiziki və hüquqi şəxslər (bundan sonra - metroloji ekspertizanı həyata keçirən qurum) tərəfindən aparılır.
2.2. İşlənilib hazırlanma dövründə metroloji ekspertizası zəruri olan layihə-konstruktor sənədləri aşağıdakılardır:
2.2.1. Texniki təklif;
2.2.2. Eskiz layihəsi;
2.2.3. Texniki layihə;
2.2.4. Yığım çertyoju;
2.2.5. Qabarit çertyoju;
2.2.6. İzahedici qeyd;
2.2.7. Texniki şərait;
2.2.8. Sınağın proqramı və metodu;
2.2.9. İstismar sənədləri;
2.2.10. Təmir sənədləri;
2.2.11. Montaj çertyoju;
2.2.12. Texniki səviyyənin kartı.
2.3. İşlənilib hazırlanma dövründə metroloji ekspertizası zəruri olan texnoloji sənədlər aşağıdakılardır:
2.3.1. Marşrut kartı;
2.3.2. Əməliyyat kartı;
2.3.3. Eskizlər kartı;
2.3.4. Texnoloji təlimat;
2.3.5. Təchizat siyahısı.
2.4. Metroloji ekspertizaya layihə-konstruktor və texnoloji sənədlər, onları işləyib hazırlayan məsul şəxsin imzası ilə təsdiq edilməklə təqdim olunur. Təqdim olunmuş sənədlərdə nöqsanlar aşkar olunarsa, sənədlərin qaytarılmasının səbəbləri izah olunmaqla sənədlər 10 (on) gün müddətində geri qaytarılır. Düzəlişlər edildikdən sonra yenidən sənədlər metroloji ekspertizaya təqdim olunur.
2.5. Metroloji ekspertizanın keçirilməsi zamanı ekspert sənədləri işləyib hazırlayan şəxslərdən əlavə məlumatlar və sənədlər tələb edə bilər.
2.6. Metroloji ekspertiza zamanı ekspert yalnız həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının normativ hüquqi aktlarına istinad etməlidir.
2.7. Metroloji ekspertiza 1 (bir) ay müddətində aparılır və layihə-konstruktor və texnoloji sənədlərdə metroloji tələblərə uyğun qiymətləndirilir.
2.8. Metroloji ekspertizanın nəticəsində iki nüsxədə ekspert rəyi tərtib olunur (ekspert rəyinin forması əlavə olunur). Ekspert rəyinin bir nüsxəsi metroloji ekspertizanı həyata keçirən qurumda qalır, digəri isə sifarişçiyə təqdim edilir.
2.9. Metroloji ekspertizanın nəticəsində müsbət ekspert rəyi verildiyi halda layihə-konstruktor və texnoloji sənədlərin әslindә ekspert-metroloqun ekspertizanın müsbət rəyi barədə qeydi yazılır.
2.10. Metroloji ekspertizanın nəticəsində ekspertin rəyi əsasında layihə-konstruktor və texnoloji sənədlərdə müvafiq dəyişikliklər edilir.
3.1. Metroloji ekspertizanın rəyi ilə razı olmayan sifarişçi məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə (bundan sonra – Agentlik) müraciət edə bilər. Agentlik 1 (bir) ay müddətində müraciətə baxaraq, nəticəsi barədə sifarişçiyə və metroloji ekspertizanı həyata keçirən quruma məlumat verir. Agentlik metroloji ekspertizanın rəyinin əsassız olması halında dəqiq nöqsanları göstərməklə təkrar ekspertizanın keçirilməsi barədə metroloji ekspertizanı həyata keçirən quruma tapşırıq verir.
3.2. Sifarişçi və metroloji ekspertizanı həyata keçirən qurum Agentliyin vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
“____”______________ 20___ il
____________________________________________________________________________________
____________________________________________________________________________________
____________________________________________________________________________________
____________________________________________________________________________________
Ekspertiza nəticəsində müəyyən edilmişdir ki, ___________________________________________
____________________________________________________________________________________
Təklif olunur ki, sonrakı işlənilib hazırlanmada (yenidən işlənmədə) sənədlərdə aşağıdakı dəyişikliklər edilsin: _________________________________________________________________
____________________________________________________________________________________
____________________________________
(iş yeri, vəzifəsi, soyadı və adı göstərilməklə
ekspertizanı aparan şəxslərin imzaları)
1.1. Bu Qayda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən hazırlanmışdır və ölçmə vasitələrinin yararsızlıq nişanının forması və onun ölçmə vasitələrinə vurulma qaydasını müəyyən edir.
2.1. Ölçmə vasitələrinin yararsızlıq nişanının (bundan sonra - nişan) forması iki bərabər hissəyə ayrılmış düzbucaqlı təsvirdən ibarətdir (əlavə olunur).
2.2. Nişanın yuxarı hissəsində “ÖLÇMƏ VASİTƏSİ YARARSIZDIR” sözləri təsvir edilir.
2.3. Nişanın aşağı hissəsində soldan sağa aşağıdakı müvafiq məlumatlar qeyd edilir:
2.3.1. təsərrüfat subyektində dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxsin latın əlifbasının iki hərfi ilə ifadə olunmuş şərti şifrəsi (məsələn: ab, bc, cd və s.);
2.3.2. təsərrüfat subyektində dövlət nəzarətinin həyata keçirilməsinə sərəncam vermiş orqanın qısaldılmış adı;
2.3.3. nişanın vurulduğu ay (Roma rəqəmləri ilə) (məsələn: I, II, III, IV və s.);
2.3.4. nişanın vurulduğu il (məsələn: 2013 və s.).
2.4. Nişan yuxarı hissəsi qırmızı və aşağı hissəsi ağ fonda olan xüsusi yapışqanlı kağızdan hazırlanır.
3.1. Nişan ölçmə vasitələrinə etiket formasında vurulur.
3.2. Ölçmə vasitəsinin xüsusiyyəti və ya istismar şəraiti nişanın vurulmasına imkan vermirsə, nişan ölçmə vasitəsinin pasportuna (formulyarına) və ya yoxlama haqqında şəhadətnaməyə (əgər varsa) vurulur.
3.3. Nişan təsərrüfat subyektlərində ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində məcburi tələblərin pozulduğu hallar aşkar olunarsa, həmin ölçmə vasitələrinə vurulur.
3.4. Nişan ölçmə vasitəsinə dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən, aşağı hissəsinə bu Qaydanın 2.3-cü bəndində göstərilən məlumatlar qeyd olunmaqla vurulur.
1.1. Bu Qayda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən hazırlanmışdır və ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi qaydasını müəyyən edir.
1.2. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondu (bundan sonra - fond) ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatları, verilənlərin informasiya bazaları, dövlət kəmiyyət vahidi etalonları, standart nümunələrin və ölçmə vasitələrinin təsdiq edilmiş tipləri haqqında məlumatlar toplusu, attestasiya edilmiş ölçmə metodikaları (metodları), dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmələrin vahid siyahısı haqqında məlumatları özündə birləşdirir.
1.3. Fonda məlumatların daxil edilməsini və həmin məlumatların verilməsini Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) təşkil edir.
1.4. Fond informasiya ehtiyatlarının yaradılmasını, saxlanmasını, qeydiyyatını həyata keçirir və metrologiya sahəsi üzrə sənədlərdən vətəndaşların, cəmiyyətin və dövlətin mənafeyi üçün hərtərəfli istifadə olunmasını təmin edir.
2.1. Fonda aşağıdakı məlumatlar daxil edilir:
2.1.1. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının hüquqi aktları;
2.1.2. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr;
2.1.3. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində verilənlərin informasiya bazaları;
2.1.4. attestasiya edilmiş ölçmə metodikaları (metodları);
2.1.5. dövlət kəmiyyət vahidi etalonları;
2.1.6. standart nümunələrin və ölçmə vasitələrinin təsdiq edilmiş tipləri haqqında məlumatlar toplusu;
2.1.8. dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmələrin vahid siyahısı.
2.2. Agentliyin struktur bölmələri və tabeliyində olan qurumlar bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan məlumatlar yarandığı vaxtdan 3 (üç) gün müddətində həmin məlumatları (məlumatı təsdiq edən sənədlərlə birgə) fonda təqdim etməlidirlər. Təqdim olunmuş məlumatlar operativ şəkildə fonda daxil edilir.
2.3. Fondda məlumatlar bu Qaydanın 2.1-ci bəndinə uyğun sistemləşdirilmiş qaydada toplanır. Məlumatı verən qurumların, məlumatı təsdiq edən sənədlərin və məlumatların verilmə tarixinin qeydiyyatı aparılır.
2.4. Fondda məlumatların qeydiyyatı kağız və elektron formada aparılır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş açıqlanması məhdudlaşdırılan məlumatlar istisna olunmaqla digər məlumatlar Agentliyin internet saytında yerləşdirilir.
2.5. Fondun mühafizəsi və kənar şəxslərin fonda çıxışının qarşısının alınması Agentlik tərəfindən təmin edilir.
2.6. Fondun sənədləri barədə sorğu daxil olduğu halda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə və qaydada sorğuya cavab verilir, məlumat və sənədlər sorğuçuya təqdim olunur.
2.7. Fondun sənədləri barədə informasiya Agentliyin informasiya nəşrlərində rübdə bir dəfə dərc olunur.
1.1. Bu Tələblər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.6-cı maddəsinə əsasən hazırlanmışdır və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair tələbləri müəyyən edir.
1.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə tətbiq edilmək üçün nəzərdə tutulmayan ölçmə vasitələri idxal, istehsal, istismar edildiyi, icarəyə verildiyi, satıldığı zaman və təmirdən sonra kalibrlənə bilər. Ölçmə vasitələrinin kalibrlənməsinin nəticələri ölçmə vasitələrinin üzərinə kalibrlənmə nişanının vurulması və ya kalibrlənmə haqqında sertifikatla, həmçinin istismar sənədlərində aparılan qeydlə təsdiq edilir.
1.3. Ölçmə vasitələrinin kalibrlənməsi dövlət kəmiyyət vahidləri etalonları ilə izlənilən etalonlardan istifadə edilməklə aparılır.
1.4. Ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.
1.5. İstifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.5.1. ölçmə vasitələrinin kalibrlənməsi – ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətlərinin təyin edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusudur;
1.5.2.kalibrləmə vasitələri – təyin olunmuş qaydalar əsasında kalibrlənmə zamanı tətbiq edilən etalonlar, avadanlıqlar və ölçmə vasitələridir.
3.1. Kalibrlənmə fəaliyyətini həyata keçirən qurumlar kalibrləmə işlərini keyfiyyət üzrə rəhbəredici sənəd əsasında həyata keçirirlər. Keyfiyyət üzrə rəhbəredici sənəddə - keyfiyyət sahəsində siyasət, fəaliyyət sahəsi, kalibrləmə vasitələri, kalibrləmə vasitələrinin vəziyyətinə cavabdeh şəxs, kalibrlənən ölçmə vasitələri və kalibrləmə vasitələri, ölçmə vasitələrinin kalibrlənməsinə dair normativ sənədlər, kalibrlənməni həyata keçirən kadr heyəti, binaların vəziyyəti, kalibrlənmə üçün təqdim olunan ölçmə vasitələrinin qəbulu və qeydiyyatı və kalibrlənmənin nəticələrinin rəsmiləşdirilməsi haqqında məlumatlar əks olunmalıdır.
3.2. Keyfiyyət sahəsində siyasət:
3.2.1.məqsəd - keyfiyyət sahəsində siyasətin məqsədi;
3.2.2.təşkilat - kalibrləmə işlərinin keyfiyyətinin təmin edilməsində rəhbərliyin, icraedici və nəzarətedici heyətin səlahiyyətləri və qarşılıqlı əlaqəsi;
3.2.3. vəsaitlər - təyin olunmuş məqsədə nail olmaq üçün aşağıdakı vəsait, avadanlıq, normativ sənəd və heyətdən istifadə olunur:
3.2.3.1. vahidin ölçüsünün dövlət etalonundan kalibrlənən ölçmə vasitəsinə ötürülməsini təmin edən kalibrləmə vasitəsi;
3.2.3.2. kalibrləmə işlərinin aparılmasını və təşkilini tənzimləyən normativ sənədlər;
3.2.3.3. qanunvericiliyin tələblərinə cavab verən və istismar üçün yararlı binanın olması;
3.2.3.4. müvafiq işləri aparmaq bacarığı olan heyət barədə məlumat.
3.3. Fəaliyyət sahəsi:
3.3.1. ölçmə vasitələrinin kalibrlənməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.
3.4. Kalibrləmə vasitələri:
3.4.1. kalibrlənmə fəaliyyətini həyata keçirən qurum fəaliyyət sahəsinə uyğun və kalibrləmə üzrə normativ sənədlərin tələblərinə cavab verən kalibrləmə vasitələrinə malik olmalıdır;
3.4.2. kalibrləmə vasitələri müvafiq dövlət etalonlarından vahidin ölçüsünün ölçmə vasitələrinə ötürülməsini təmin etməlidir;
3.4.3. kalibrləmə vasitələri onları vaxtından əvvəl köhnəlmədən və zədələnmədən qoruyan və mühafizəsini təmin edən yerdə saxlanılmalıdır. Vaxtaşırı qulluq tələb edən kalibrləmə vasitələri üçün Agentlik tərəfindən texniki qulluq və yoxlama qrafiki təsdiq edilir;
3.4.4. hər bir kalibrləmə vasitəsi vahidi yoxlama haqqında şəhadətnaməyə və ya yoxlama damğasının izinə malik olmalıdır və qeydiyyatı aparılmalıdır;
3.4.5. hər bir kalibrləmə vasitəsinin vahidi üçün qeydiyyat sənədləri aşağıdakı məlumatı özündə əks etdirməlidir:
3.4.5.2. istehsalçı müəssisə (firma), tipi (markası), zavod və inventar nömrəsi;
3.4.5.3. istehsal, qəbul, istismara buraxılma tarixi;
3.4.5.4. nasazlıq, təmir, texniki xidmət haqqında məlumat;
3.4.5.5. sonuncu yoxlama tarixi və yoxlama protokolu;
3.4.5.6. yoxlamalararası interval;
3.4.5.7. kalibrləmə vasitələrinin vəziyyətinə cavabdeh şəxs.
3.5. Kalibrləmə vasitələrinin vəziyyətinə cavabdeh şəxs:
3.5.1. kalibrləmə vasitələrinin vəziyyətinə cavabdeh şəxs kalibrləmə işlərini həyata keçirən orqanın rəhbəri tərəfindən təyin olunur. Kalibrləmə vasitələrinin vəziyyətinə cavabdeh şəxs aşağıdakı funksiyaları yerinə yetirir:
3.5.1.1. kalibrləmə vasitələrinə profilaktik baxış, texniki xidmət və təmir qrafikini tərtib edir və onun yerinə yetirilməsinə nəzarət edir;
3.5.1.2. kalibrləmə vasitələrinin qeydiyyatını aparır;
3.5.1.3. kalibrləmə vasitələrinin texniki xidmət və istismarı barədə təlimatını saxlayır və heyətə çatdırır;
3.5.1.4. kalibrləmə vasitələrinin yoxlama qrafikini tərtib edir və onun yerinə yetirilməsinə nəzarət edir;
3.5.1.5. kalibrləmə vasitələrinin yoxlamasını həyata keçirir və ya yoxlama hüququ olan digər bir təşkilata verir;
3.5.1.6. kalibrləmə vasitəsi düzgün istismar olunmadıqda və yüklənmə rejimində işləyən hallarda nöqsanların aradan qaldırılması üçün heyətə göstəriş verir.
3.6. Kalibrlənən ölçmə vasitələri və kalibrləmə vasitələri haqqında məlumat.
3.7. Ölçmə vasitələrinin kalibrlənməsinə dair normativ sənədlər:
3.7.1. kalibrlənmə fəaliyyətini həyata keçirən qurumlar aşağıdakı sənədlərə malik olmalıdırlar:
3.7.1.1. kalibrləmə vasitələrinə və fəaliyyət sahəsi üzrə ölçmə vasitələrinə texniki tələbləri təyin edən sənədlər;
3.7.1.2. tətbiq edilən kalibrləmə vasitələrinin istismar sənədləri;
3.7.1.3. qeydiyyatın aparılması, məlumatın və kalibrləmənin nəticələrinin (protokol, işçi jurnalları, hesabatlar və s.) saxlama qaydalarını təyin edən sənədlər.
3.8. Ölçmə vasitələrinin kalibrlənməsini həyata keçirən kadr heyəti:
3.8.1. kalibrlənmə fəaliyyətini həyata keçirən qurumun mütəxəssisləri peşəkar hazırlığa və qurumun fəaliyyət sahəsi üzrə istifadə olunan ölçmə vasitələrinin kalibrlənməsi sahəsində müəyyən təcrübəyə malik olmalıdırlar. Hər bir mütəxəssis üçün funksiya, vəzifə, hüquq və cavabdehlik, təhsilinə tələblər, texniki biliklərinə və iş təcrübəsinə tələblər müəyyən edilməlidir.
3.9. Binaların vəziyyəti haqqında məlumat:
3.9.1 kalibrləmə işlərinin həyata keçirilməsi üçün müvafiq şəraitin (temperatur, rütubət, havanın təmizliyi, işıqlanma, səs və vibroizolyasiya, maqnit, elektrik və digər fiziki şüalanmalardan qorunma, elektrik enerjisi, su, hava, istilik və s. ilə təchizat) təmin olunması məqsədi ilə kalibrlənmə fəaliyyətinin həyata keçirildiyi bina kalibrlənməyə tətbiq olunan normativ sənədlərin, sanitar norma və qaydaların tələblərinə cavab verməlidir.
3.10. Kalibrlənmə üçün təqdim edilən ölçmə vasitələrinin qəbulu və qeydiyyatı barədə məlumat.
3.11. Kalibrlənmənin nəticələrinin rəsmiləşdirilməsi:
3.11.1. kalibrlənmənin nəticələrinə dair protokol tərtib olunur və növbəti kalibrlənmə dövrünə qədər saxlanılır. Növbəti kalibrlənmə müddəti təyin olunmamış ölçmə vasitələrinin kalibrlənməsinin nəticələrinə dair protokol 1 (bir) ildən az olmayaraq saxlanılır;
3.11.2. ölçmə vasitələrinin kalibrlənməsinin nəticələri ölçmə vasitələrinin üzərinə vurulan kalibrlənmə nişanı və ya kalibrlənmə sertifikatları ilə eləcə də istismar sənədlərində qeydiyyatlarla rəsmiləşdirilir (kalibrlənən ölçmə vasitələri və kalibrləmə vasitələri, ölçmə vasitələrinin kalibrlənməsinə dair normativ sənədlər, ölçmə vasitələrinin kalibrlənməsini həyata keçirən kadr heyəti və binaların vəziyyəti haqqında məlumat formaları və kalibrlənmə sertifikatının forması əlavə olunur (1 və 2 nömrəli əlavələr). Kalibrlənmə haqqında sertifikatın (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla) yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilir. Kalibrlənmə haqqında sertifikat hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.
3.11.3. Kalibrlənmə haqqında sertifikatın (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla) və kalibrlənmə nişanının qeydiyyatı Agentlik tərəfindən aparılır.
____________________________________________________________________________________
Owner of the enterprise:
Ölçmə vasitəsinin adı:
The name of the measurement instruments:
Ölçmə vasitəsinin tipi:
Type of the measurement instruments:
Ölçmə vasitəsini istehsal edən ölkə:
The instruments of measurement producing country:
Zavod (seriya ) nömrəsi:
Kalibrlənən ölçmə vasitəsinin təsdiqi:
Affirmation of the calibration measurement instruments:
Sertifikatın səhifə sayı:
Page number of the certificate:
Ölçmənin nəticəsi və yoxlama metodu ilə sertifikatın tamamlayıcı hissəsi sonrakı səhifədə verilmişdir.
Result of the measurement and method of the checking with completive part of the certificate have been given in the next page:
DDİ Kalibrlənməni aparan şəxs Laboratoriya müdiri
QR kod The state stamp track Calibration person Head of the laboratory
Növbəti kalibrlənmə tarixi:
Date of next calibration:
_____________________________________________________________
Sertifikat verən orqanın ünvanı və telefon nömrəsi
Adress an the telephone numbur of the giving certifikate organ
1. Kalibrlənən ölçmə vasitəsi / Calibration mesurement instruments.
Ölçmə vasitəsinin adı: _______. Ölçmə həddi/Nominal capacity:
The name of the measurement instruments:
Marka/Brand: _______ Tipi / Type:
Seriya (zavod) nömrəsi/Servis number: __________
2. Cihazın laboratoriyaya qəbul tarixi / Aceeptance date of the apparatus to the laboratory:_______________
3. Kalibrlənmədə istifadə olunan avadanlıq / Using equpment in calibration:
4. Kalibrlənmənin aparıldığı şərait / Carry aut of the calibration condition:
Temperatur / Temparature (ºC): Rütubət / Rel. humudity (%):
Laboratoriyaya qoyulan tələblər:
Putcing demanols to the laboratory:
Başlanğıc temperatur / Start temparature: ______ ºC
Son temperatur / Finish temparature: ______ºC
5. Ölçmədə istifadə olunan nümunə
Using exampee in measurement:
6. Kalibrlənmə metodu / Calibration method:
7. Xarici baxış /External view:
Hər hansı bir qüsur aşkar olunmayıb.
Any defect has not been revealed:
8. Nəzarət funksiyası / Control function:
Ölçmə zamanı hər hansı bir maneəyə rast gəlinmədi.
Time of measurement did not meet any obstocle:
9. Kalibrlənmənin nəticəsi / Result of the calibration:
Bu sertifikatda göstərilən nəticələr cihazın kalibrlənmə tarixinə aiddir və nəticənin dayanıqlıq (sabitliyi) müddəti bilinmir.
Shown results in this certificate coneerus to the calibration date of the device and resielence time does not become known:
1. 21 dekabr 2017-ci il tarixli 581 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2528)
2. 30 avqust 2018-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2018-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1816)
3. 2 fevral 2021-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2021-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 192)
4. 8 may 2021-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 524)
5. 15 aprel 2022-ci il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 407)
6. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)
7. 22 sentyabr 2025-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 879)
8. 12 may 2026-cı il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 may 2026-cı il, “Xalq” qəzeti, 16 may 2026-cı il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 465)