Qanunvericilik › Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya

Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək səlahiyyətlərinin rəsmi tanınması məqsədi ilə həyata keçirilir. Bu işlərə və (və ya) xidmətlərə aşağıdakılar aiddir:

18.1.1. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası;

18.1.2. tipin təsdiqi məqsədi ilə standart nümunələrin və ölçmə vasitələrinin sınaqları;

18.1.3. ölçmə vasitələrinin yoxlanılması;

18.1.4. layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizası.

18.2. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

18.3. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver