“Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 21 noyabr 2006-cı il
Döş qəfəsinin rentgeni
bütün xəstəliklər üçün, 6 aydan tez olmamaq şərtilə
bütün xəstəliklər üçün
bütün xəstəliklər üçün
həzm taktı və sidik-ifrazat yollarının şişləri
qırtlaq və ağciyər şişləri
udlaq, qırtlaq, qida borusu, mədə, 12 barmaq bağırsaq, yoğun bağırsaq, sidik kisəsi və cinsiyyət üzvlərinin şişləri
Kompüter tomoqrafiyası
beyin, ağciyər və qarın boşluğu üzvlərinin şişləri
Nüvə-maqnit rezonansı
sümük sistemi və digər üzvlərin şişləri
Radioizotop müayinəsi
qalxanvarı vəzi və sümük sisteminin şişləri
Qanın ümumi müayinəsi
bütün xəstəliklər üçün
Sidiyin ümumi müayinəsi
bütün xəstəliklər üçün
Nəcisin ümumi müayinəsi
bütün xəstəliklər üçün
Əsnəkdən yaxmanın götürülməsi
bütün xəstəliklər üçün
bütün xəstəliklər üçün
Qanda RW, VİÇ, vərəm anticisimlərinə və epatitlərə aid müayinələr
bütün xəstəliklər üçün
Qanın biokimyəvi müayinəsi
bütün xəstəliklər üçün
Qanda şiş markerlərinin müayinəsi
şişin lokalizasiyasına müvafiq və CEA-markeri bütün xəstəliklər üçün
bütün xəstəliklər üçün
bütün əməliyyat və endoskopiya olunmuş xəstələr üçün
Estrogen və progesteron reseptorlarının təyini
hormon asılı şişlər üçün
Qanın ümumi müayinəsi
Qanın biokimyəvi müayinəsi
Qanda şiş markerinin təyini
Döş qəfəsinin rentgeni
Radioizotop müayinəsi
Kompüter tomoqrafiyası
Nüvə-maqnit rezonansı
Təkrar sitoloji və ya histoloji müayinə
Qeyd. Onkoloji xəstələrə tibbi yardım cərrahi və yaxud qeyri-cərrahi (dərman, şüa terapiyası), digər hallarda isə həmin üsulların kombinə və kompleks formalarında ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçirilir.
3.1. Onkoloji xəstələrə göstərilən tibbi yardımın keyfiyyət standartları beynəlxalq tələblərə uyğun aparılır.
3.2. Onkoloji xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin əsas tələbləri aşağıdakılardır:
3.2.1. keyfiyyətin idarə edilməsi;
3.2.2. ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrinin (lisenziyanın əlavəsinə uyğun olaraq) olması;
3.2.3. tibb müəssisələrinin müvafiq avadanlıqlarla təchizatı;
3.2.4. həkim-onkoloqların və orta tibb işçilərinin hazırlanması və ixtisaslarının artırılması;
3.2.5. ümumi təyinatlı müalicə-profilaktika müəssisələrində 25 yaşından yuxarı qadınların sitoloji müayinəsinin təşkili və aparılması;
3.2.6. uçot və qeydiyyatın lazımi qaydada aparılması;
3.2.7. onkoloji xəstələrin dispanser müşahidəsinin və ambulator müalicəsinin təşkil edilməsi;
3.2.8. yüksək effektli dərman vasitələrinə, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatlara olan tələbatın tam ödənilməsi;
3.2.9. keyfiyyətə nəzarət və peşə səriştəliyinin yoxlanılması;
3.2.10. onkoloji müalicə-profilaktika tədbirləri nəticəsində baş vermiş səhvlərin və hadisələrin araşdırılması.
1. 8 sentyabr 2026-cı il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 10 sentyabr 2026-cı il, № 164)