Qanunvericilik › Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. onkoloji yardım – bədxassəli şişlərin vaxtında aşkar olunmasına, profilaktikasına, müayinəsinə və müalicəsinə yönəldilmiş elmi-tibbi tədbirlər;

1.0.2. onkoloji xəstə – tam müayinə olunmuş və morfoloji üsullarla bədxassəli şiş diaqnozu təsdiq edilmiş şəxs;

1.0.3. onkologiya – bədxassəli şişlərin əmələ gəlmə səbəblərini, inkişaf mexanizmlərini, klinikasını, diaqnostikasını, müalicəsini və profilaktikasını öyrənən tibb və biologiya sahəsi;

1.0.4. bədxassəli şiş – infiltrativ surətdə böyüyən, ətraf toxumalara sirayət edərək onları dağıdan, metastaz verməyə qadir olan törəmə;

1.0.5. həkim-onkoloq – onkologiya ixtisası üzrə hazırlıq keçmiş həkim-mütəxəssis;

1.0.6. terminal mərhələ – onkoloji xəstənin bioloji ölümündən əvvəl orqanizminin funksiyalarının tükənməsi;

1.0.7. sitoloji müayinə – orqan və toxumalardan alınmış preparatlarda olan hüceyrə elementlərinin mikroskopik üsullarla tədqiqi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver