Qanunvericilik › Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Onkoloji xəstələrin sosial müdafiəsi

Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Əmək qabiliyyətini itirmiş onkoloji xəstələr qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət tibb və sosial müdafiə müəssisələrində tibbi və sosial yardım alırlar.

9.2. Əlilliyimüəyyən edilmiş onkoloji xəstələrin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial müavinət və (və ya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası almaq hüququ vardır.

9.3. Onkoloji xəstəliklə əlaqədar işçilərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesablanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver