Qanunvericilik › Orta ixtisas dövlət təhsili müəssisələrində fənn (fənn birləşmə) komissiyaları haqqında Əsasnamə (Elm və Təhsil Nazirliyi, 25.02.1997) › Tam mətn

Orta ixtisas dövlət təhsili müəssisələrində fənn (fənn birləşmə) komissiyaları haqqında Əsasnamə (Elm və Təhsil Nazirliyi, 25.02.1997)

Orta ixtisas dövlət təhsili müəssisələrində fənn (fənn birləşmə) komissiyaları haqqında Əsasnamə (Elm və Təhsil Nazirliyi, 25.02.1997) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Orta ixtisas təhsili müəssisələri haqqında əsasnaməyə uyğun olaraq hər bir tədris müəssisəsində və onun filiallarında fənn (fənn birləşmə) komissiyaları təşkil edilir.

1.2. Fənn komissiyasına bir fənndən olan, fənn birləşmə komissiyasına isə bir neçə yaxın fənlərdən olan müəllimlər daxil edilirlər.

QEYD: Bədən tərbiyəsi və hərbi hazırlıq fənnləri müəllimlərinin sayı 3 nəfərdən az olmayan halda fənn birləşmə komissiyası yaradıla bilər.

1.3. Fənn (fənn birləşmə) komissiyaları tədris müəssisələrinin əyani, axşam və qiyabi şöbələrində tədris işi aparan bütün müəllimləri, istehsalat təlimi ustalarını və eyni zamanda əvəzçiliklə və saat hesabı işləyən müəllimləri özündə birləşdirir.

1.4. Fənn (fənn birləşmə) komissiyalarının sayı, tərkibi və onun Sədri hər tədris ili üçün tədris müəssisəsinin direktoru tərəfindən əmrlə təsdiq edilir.

1.5. Fənn (fənn birləşmə) komissiyalarının işinin planlaşdırılması və təşkilinə bilavasitə rəhbərliyi müvafiq fənn və ixtisas üzrə dərin biliyi, təşkilatçılıq bacarığı, pedaqoji təcrübəsi və səriştəsi olan müəllimlər arasından seçilmiş Sədr icra edir. Fənn (fənn birləşmə) Komissiyalarının Sədrlərinin seçilmə qaydası pedaqoji şura tərəfindən müəyyənləşdirilir və direktorun əmri ilə təsdiq edilir.

1.6. Fənn (fənn birləşmə) komissiyalarının işinə ümumi rəhbərlik və nəzarət tədris müəssisəsinin tədris işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.

1.7. Fənn (fənn birləşmə) komissiyalarının hesabatı pedaqoji şurada dinlənilir.

1.8. Fənn (fənn birləşmə) komissiyaları 1 tədris ili müddətinə seçilir.

2.1. Fənn (fənn birləşmə) komissiyalarının strukturu, funksiyası, Sədri və üzvlərinin səlahiyyətləri, qarşısında duran əsas vəzifələri bu Əsasnamə və təhsil müəssisəsinin Nizamnaməsi ilə müəyyənləşdirilir.

2.2. Fənn (fənn birləşmə) komissiyalarının işi semestr üzrə planlaşdırılır və tədris hissəsi üzrə direktor müavini tərəfindən təsdiq edilir.

2.3. Fənn (fənn birləşmə) komissiyalarının iclaslarının ayda bir dəfə keçirilməsi məqsədə uyğundur.

2.5. Fənn (fənn birləşmə) komissiyaları öz işini pedaqoji kollektivin marağı əsasında elmi prinsipləri və aşkarlığı nəzərə almaqla qurur.

2.5. Fənn (fənn birləşmə) komissiyasına daxil olan hər kəs pedaqoji şurada çıxış etmək, tədris məşğələsinin keçirilmə formasını müstəqil müəyyən etmək, tələbələrin təlim-tərbiyəsində təcrübi dərsdemə metodikasından istifadə etmək və öz komissiya üzvləri arasında dərs yükü bölgüsü təklifini vermək hüququna malikdir.

2.6. Fənn (fənn birləşmə) komissiyaları ictimai əsaslarla yaradılır.

3.1. Fənn (fənn birləşmə) Komissiyasının funksiyası və başlıca vəzifəsi aşağıdakılardır:

- kiçik mütəxəssis hazırlığının keyfiyyətini təmin etmək məqsədilə tədris prosesinin təkmilləşdirilməsi və elmi təşkilini təmin edəcək səmərəli tədbirlər işləyib həyata keçirmək;

- tədrisin fəallaşdırıcı metodlarından istifadə edərək tələbələr tərəfindən proqram materiallarının mənimsənilmə səviyyəsini yüksəltmək;

- tədris plan və proqramının düzgün yerinə yetirilməsini təmin etmək;

- tədris ilinin əsas metodik vəzifələrinin müəyyənləşdirilməsi;

- kiçik mütəxəssisə verilən tələblər və istehsalatın əsas tələbi nəzərə alınmaqla mütəmadi olaraq tədris planı və proqramlarının təkmilləşdirilməsini təmin etmək;

- mövcud tədris plan və proqramlarında dəyişiklik aparılması üzrə tövsiyələr vermək;

- istedadlı və təcrübəli müəllimləri dərslik, dərs vəsaiti, ayrı-ayrı fənlərin tədrisi metodikasına dair vəsaitlərin, laboratoriya işlərinin, praktik məşğələlərinin, tədris və istehsalat təcrübələrinin, kurs işi və diplom layihələrinin yerinə yetirilməsinə dair metodik göstərişlər, metodik tövsiyələr, tərcümələr işləyib hazırlanmasına cəlb etmək;

- gənc müəllimlərin metodiki və pedaqoji ustalığını artırmaq məqsədilə onların açıq və qarşılıqlı dərslərini təşkil edib müzakirəsini keçirmək;

- qabaqcıl müəllimlərinin təcrübəsini öyrənib ümumiləşdirmək və yaymaq;

- tədris prosesində əyani və texniki vasitələrdən səmərəli istifadə edilməsini təşkil etmək;

- tələbələrin bilik və bacarığının düzgün qiymətləndirilməsi metodikasının təhlili və təşkili;

- müəllimlərin pedaqoji və peşə ustalığının təkmilləşdirilməsini təmin etmək məqsədilə xüsusi seminarlar təşkil etmək, elmi-praktiki konfranslar keçirmək, müəllimləri qabaqcıl müəssisələrə, təkmilləşmə və ixtisasartırma kurslarına göndərmək;

- tədris ilinin sonunda müəllimlərin planlaşdırdıqları fərdi iş planlarının bütün bölmələrinin icrası üzrə təhlilini keçirərək hər bir müəllimin bir illik pedaqoji fəaliyyətinə qiymət vermək və qarşıda duran il üçün onun vəzifələrini müəyyənləşdirmək.

3.3. Fənn (fənn birləşmə) komissiyasının üzvləri (fənn birləşmə) komissiyası qarşısında hesabat verir.

4.1. hər bir fənn (fənn birləşmə) komissiyası aşağıdakı sənədləri tərtib edir:

4.1.2. Cari tədris ili üçün fənn (fənn birləşmə) komissiyasının fəaliyyət dairəsinə aid olan tədris-metodik sənədlərin nəzarət nüsxələri.

4.1.3. Müzakirə protokolları, qərarları və fənn (fənn birləşmə) komissiyasının fəaliyyətini əks etdirən başqa sənədlər.

4.2. Digər sənədlərin hazırlanması və ondan istifadə edilməsi fənn (fənn birləşmə) komissiyası tərəfindən sərbəst müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver