AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
“Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci, 8.5-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası
1. “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və daxili nəzarət sektoru müdirinin vəzifəsini icra edən E.Əzizov, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Qərarın icrasına nəzarət nazir müavini Abbas Vəlibəyova həvalə edilsin.
Kollegiyanın məsul katibi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 6 fevral 2015-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları” (bundan sonra - sanitariya qaydaları) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış və radiorabitə, 3-30 MHz tezlikli həvəskar radiorabitəsi, radio yayım, televiziya və radiolokasiya ötürücü radiotexniki obyektlərin yaratdığı radiotezlik diapazonlu elektromaqnit sahələrinin insan sağlamlığına göstərdiyi mənfi təsirinin qarşısının alınmasına yönəldilir.
1.2. Sanitariya qaydaları Azərbaycan Respublikasının bütün ərazisində qüvvədədir və 30 kHz-300 GHz tezlik diapazonunda işləyən stasionar, o cümlədən xüsusi sınaq poliqonlarında yerləşən, ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair gigiyenik tələbləri müəyyən edir, habelə nəqliyyat vasitələrində (hava nəqliyyatı, dəniz və çay gəmiləri, qatarlar) quraşdırılmış daimi və ya müvəqqəti dayanacaqlarda istismar edilən ötürücü radiotexniki obyektlərə şamil edilir.
1.3. Sanitariya qaydalarının tələbləri yerdə hərəkət edən radiorabitə vasitələrinə, o cümlədən hərəkət edən obyektlərdə yerləşdirilmiş peyk rabitəsinin abonent terminallarına, hava və su radiorabitəsi vasitələrinə şamil edilmir.
1.4. Sanitariya qaydaları ötürücü radiotexniki obyektlərin layihələndirilməsini, quraşdırılmasını, yenidənqurulmasını və istismarını həyata keçirən hüquqi və fiziki şəxslərə, həmçinin dövlət sanitariya nəzarətini həyata keçirən orqanlar və idarələr üçün nəzərdə tutulur.
1.5. Ötürücü radiotexniki obyektlərin ötürücü avadanlıqlarının istehsalı, idxalı və istismarı avadanlığın konkret növünə (modelinə) verilmiş sanitariya-epidemioloji rəyin olduğu halda həyata keçirilir.
2.0. Sanitariya qaydalarında istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:
2.0.1. Aktiv mühafizə (elektromaqnit sahələrdən mühafizənin aktiv üsulları və vasitələri) - şüalanma mənbəyinin şüalanma gücünün azaldılmasını, antena sistemlərinin şüalandırma xüsusiyyətlərinin dəyişdirilməsini, texniki vasitələrin iş rejimlərinin dəyişdirilməsini nəzərdə tutan tədbirlər.
2.0.2. Antena - radiodalğaları qəbul edən və ötürən avadanlıq.
2.0.3. Elektromaqnit sahələr (bundan sonra - EMS) - müxtəlif qapalı sahə və yerlərə nisbətən xaricdə olan elektromaqnit sahələr.
2.0.4. İkincili şüalanma - ötürücü radiotexniki obyektin yaratdığı elektromaqnit sahələrin təsiri ərazisində yerləşən müxtəlif əşya və konstruksiyalardan elektromaqnit enerjinin təkrar şüalanması.
2.0.5. Elektromaqnit sahələrdən mühafizə - insanları və ətraf mühiti EMS təsirindən qoruyan təşkilati, texniki və müalicə-profilaktik tədbirlər kompleksi.
2.0.6. Passiv mühafizə - EMS təsirinə məruz qalan şüalandırıcı obyektə bitişik ərazilərdə və ya konkret obyektlərdə təşkilati və (və ya) texniki tədbirlərin həyata keçirilməsi.
2.0.7. Passiv mühafizə üsulları - məsafə ilə mühafizə (sanitariya mühafizə zonalarının təşkili), vaxtla mühafizə (elektromaqnit sahələrin təsiri zonasında qalma vaxtının məhdudlaşdırılması), ekranlaşdırma (uducu-hopdurucu və ekranlaşdırıcı materiallarının tətbiqi) və s.
2.0.8. Radioötürücü (ötürücü) - şüalandırıcı radiosiqnal formalaşdıran avadanlıq.
2.0.9. Ötürücü radiotexniki obyekt - bir meydançada (ərazidə) yerləşən bir və ya bir neçə antena ilə işləyən bir və ya bir neçə radioötürücü.
2.0.10. Sanitariya-mühafizə zonası - ötürücü radiotexniki obyekt ilə yaşayış binası arasında əhalinin sağlamlığının qorunması məqsədi ilə xüsusi ayrılmış zona.
2.0.11. Sanitariya-epidemioloji rəy – ötürücü radiotexniki obyektlərin, onların yerləşdirilməsinin, istismarının, quraşdırılma layihələrinin, istismar sənədlərinin, yaşayış mühitində yaratdığı fiziki faktorlarının sanitariya norma və qaydalarına uyğun olub olmamasını təsdiq edən sənəd.
2.0.12. Sanitariya-epidemioloji ekspertiza - ötürücü radiotexniki obyektlərin, onların istismarının, layihə sənədlərinin sanitariya norma və qaydalarına uyğun olub olmamasının təyin edilməsinə dair qanunla müəyyən olunmuş qaydada akkreditasiya olunmuş təşkilatların və ekspertlərin fəaliyyəti.
2.0.13. Seliteb ərazi - yaşayış və qeyri yaşayış binalarının, qurğuların, habelə sanitariya-mühafizə zonası tələb olunmayan kommunal və sənaye müəssisələrinin yerləşdirilməsi, şəhərdaxili nəqliyyat yollarının, küçələrin, meydanların, parkların, bağların, bulvarların və digər ictimai yerlərin salınması üçün nəzərdə tutulmuş ərazi.
2.0.14. Effektiv şüalandırma gücü - antena güclənməsi əmsalı ilə fider traktının faydalı iş əmsalının hasilinə vurulmuş ötürücünün gücü.
2.0.15. Fider traktı - elektromaqnit dalğaların mənbədən istifadəçiyə istiqamətli yayılmasını təmin edən ötürücü xətt, qurğu.
3.1. Ötürücü radiotexniki obyektin radiotezlik diapazonlu elektromaqnit sahələrinin əhaliyə təsiri aşağıdakı kimi qiymətləndirilir:
3.1.1. 30 kHz-300 MHz tezlik diapazonunda – elektrik sahənin gərginliyinin effektiv qiymətlərinə görə (E), V/m;
3.1.2. 300 MHz-300 GHz tezlik diapazonunda – enerji selinin sıxlığının orta qiymətlərinə görə (ESS), mkVt/sm.
3.2. Ötürücü radiotexniki obyektlərə xidmət edən işçi heyətə elektromaqnit sahələrin təsiri elektrik sahənin enerji ekspozisiyasına (EEE), maqnit sahənin enerji ekspozisiyasına (EEM) və enerji selinin sıxlığının enerji ekspozisiyasına (EEESS) görə qiymətləndirilir.
3.3. 30 kHz-300 MHz tezlik diapazonunda enerji ekspozisiyası aşağıdakı düsturlarla hesablanır:
E-elektrik sahənin gərginliyi;
M-maqnit sahənin gərginliyi.
3.4. 300 MHz-300 GHz tezlik diapazonunda enerji ekspozisiyası aşağıdakı düsturlarla hesablanır:
T-təsir müddəti, saat.
4.1. Ötürücü radiotexniki obyektlərin avadanlıqları işçi personalın iş yerlərində 1 saylı əlavədə göstərilən (cədvəl 1) yolverilən səviyyələrdən (YVS) artıq elektromaqnit sahələr yaratmamalıdır.
4.2. Əmək fəaliyyəti prosesində istənilən təsir xarakterli və müxtəlif tezlik diapazonlu elektromaqnit sahələrin təsirinə məruz qalan işçilərin əmək şəraitinə dair sanitariya-gigiyenik tələblər istehsalat şəraitində elektromaqnit sahələrə dair sanitariya qaydalarının tələblərinə uyğun olmalıdır.
4.3. Xarici radiotezlik diapazonlu elektromaqnit sahələrin təsirinə məruz qalan seliteb ərazilərdə, kütləvi istirahət yerlərində, yaşayış və qeyri-yaşayış binalarının daxilində ötürücü radiotexniki obyektlərin yaratdığı elektromaqnit sahələrin səviyyələri 1 saylı əlavədə (cədvəl 2) göstərilən yol verilən səviyyələrdən artıq olmamalıdır.
2 saylı cədvəldə əhali üçün göstərilən yol verilən səviyyələr digər radiotezlik diapazonlu elektromaqnit sahələrin mənbələrinə də aid edilir.
4.4. Yol verilən səviyyələri eyni təyin olunan bir neçə mənbələrdən eyni vaxtda şüalanma hallarında aşağıdakı şərtlər gözlənilməlidir:;
i - EMS mənbəyinin nömrəsi
Ei - i nömrəli EMS mənbəyinin yaratdığı elektrik sahəsinin gərginliyi;
ESSi - i nömrəli EMS mənbəyinin yaratdığı enerji selinin sıxlığı;
EYVS - normallaşdırılan diapazonun elektrik sahəsinin gərginliyinin yol verilən səviyyəsi;
ESSYVS - normallaşdırılan diapazonun enerji selinin sıxlığının yol verilən səviyyəsi;
n - EMS mənbələrinin sayı.
Yol verilən səviyyələri müxtəlif təyin olunan bir neçə mənbələrdən eyni vaxtda şüalanma hallarında aşağıdakı şərtlər gözlənilməlidir:
i - elektrik sahəsi (E) normallaşdırılan diapazon;
ECJ - normallaşdırılan j-diapazonlu EMS mənbələrinin yaratdığı elektrik sahəsinin gərginliyinin cəmi;
EYVSJ - normallaşdırılan j-diapazonlu elektrik sahəsinin gərginliyinin yol verilən səviyyəsi;
k - enerji selinin sıxlığı (ESS) normallaşdırılan diapazon
ESSCK - normallaşdırılan j-diapazonlu EMS mənbələrinin yaratdığı enerji selinin sıxlığının cəmi;
ESSYVSK - normallaşdırılan k-diapazonlu enerji selinin sıxlığının yol verilən səviyyəsi;
m - elektrik sahəsi (E) normallaşdırılan diapazonlarının sayı;
q - enerji selinin sıxlığı (ESS) normallaşdırılan diapazonlarının sayı.
4.5. Ötürücü radiotexniki obyektlərin avadanlıqlarının yaşayış və qeyri-yaşayış binalarının daxilində yaratdığı 50 Hz tezlikli elektrik və maqnit sahələrinin gərginlik səviyyələri əhali üçün təyin olunan yol verilən səviyyələrdən artıq olmamalıdır.
4.6. Ötürücü radiotexniki obyektlərin xidmət personalı istisna olmaqla digər insanların girişinin qadağan olduğu sahələrdə (çardaqlarda) elektromaqnit sahələrin istehsalat şəraitində olan təsirlərinə dair tələblər gözlənilməlidir.
4.7. Ötürücü radiotexniki obyektlərin quraşdırılması, yenidənqurulması, texniki gücləndirilməsi və genişləndirilməsinə dair layihə sənədlərinin təsdiqinə, quraşdırılmış və yenidənqurulmuş obyektin istismara verilməsinə yalnız onların hazırkı sanitariya qaydalarına uyğunluğu barədə sanitariya-epidemioloji rəylərinin olduğu halda yol verilir.
4.8. Sanitariya-epidemioloji rəylər dövlət sanitariya-epidemioloji nəzarəti orqanları tərəfindən sanitariya-epidemioloji ekspertizanın nəticəsinə əsasən verilir.
Sanitariya-epidemioloji ekspertiza dövlət sanitariya-epidemioloji nəzarəti orqanlarının akkreditasiya olunmuş qurumları tərəfindən həyata keçirilir.
4.9. Xüsusi təyinatlı ərazilərdə və obyektlərdə yerləşən ötürücü radiotexniki obyektlərə sanitariya-epidemioloji rəylər həmin ərazilərə və obyektlərə nəzarət edən sanitariya-epidemioloji xidmət orqanının müsbət rəyi olduğu halda ərazi üzrə dövlət sanitariya-epidemioloji nəzarəti orqanları tərəfindən verilir.
4.10. Sanitariya-epidemioloji rəyə və onun əlavəsinə daxil olunacaq məlumat və sənədlərin siyahısı 2 saylı əlavədə göstərilir. Bu məlumatların və sənədlərin təqdim edilməsi, həmçinin elektromaqnit sahələrin səviyyələrinin ölçülməsinin, sanitariya-mühafizə zolaqlarının və məhdudiyyət zonalarının sərhədlərinin müəyyənləşdirilməsi üçün hesablamaların aparılmasının təşkili ötürücü radiotexniki obyektin mülkiyyətçisinin (istifadəçisinin) üzərinə düşür.
4.11. Ötürücü radiotexniki obyektin ərazisində bir neçə antenaların (ötürücülərin) yerləşdiyi halda bütün obyektin sanitariya-epidemioloji ekspertizası aparılır. Sanitariya-epidemioloji rəy bütün ötürücü radiotexniki obyektə verilir.
4.12. Ötürücülərin və antenaların gücünün azaldılması, demontajı və tamamilə istismardan çıxarılması işlərinə sanitariya-epidemioloji rəy tələb olunmur. Bu halda ötürücü radiotexniki obyektin mülkiyyətçisi (istifadəçisi) müvafiq sanitariya-epidemioloji nəzarəti orqanına məlumat verməlidir.
4.13. Effektiv şüalanma gücü (Vt) aşağıda göstərilənlərdən artıq olmayan ötürücü radiotexniki obyektin (antenalar binanın xaricində yerləşdiyi halda) istismara verilməsi və istismarı zamanı sanitariya-epidemioloji rəyin alınması tələb olunmur:
30kHz-3MHz tezlikdə – 200 Vt
3MHz-30MHz tezlikdə – 100 Vt
30MHz-300GHz tezlikdə – 10 Vt,
Ötürücü qurğusunun maksimal gücü 2 Vt və antenasının diametri 2,4 metrə qədər olan peyk rabitəsinin yer stansiyalarına, həmçinin 3 nömrəli əlavədə göstərilən tələblərə riayət edilməsi şərti ilə yerləşdirilən müəyyən tipli peyk rabitəsinin yer stansiyalarına sanitariya-epidemioloji rəyin alınması tələb olunmur. Belə peyk rabitəsinin yer stansiyasının sanitariya-epidemioloji ekspertizası zamanı enerji selinin sıxlığı səviyyəsinə nəzarət maksimal şüalandırma gücündə, şüalandırıcının səviyyəsində şüalanmanın istiqamət xətti nisbətində 90° dərəcə bucağında və 1,5 metr məsafədə yerləşən nöqtədə aparılır. Onun kəmiyyəti 10mkVt/sm artıq olmamalıdır.
Qeyd: Binanın xaricində yerləşdirilmiş antenalara eyvanlarda, pəncərə altında və ya binanın xarici divarlarında quraşdırılmış antenalar istisna olmaqla otaqların xaricində yerləşən antenalar aiddir.
4.14. Effektiv şüalanma gücü 100-1000 Vt olan 3-30 MHz diapazonlu radiohəvəskar radiostansiyalarının və 26,5-27,5 MHz tezlikli mülki diapazonlu radiostansiyaların antenalarının yerləşdirilməsi halında antenanın quraşdırıldığı zonadan ən azı 10 metr məsafədə insanların girişinin məhdudlaşdırılması təmin edilməlidir. Binanın üstündə yerləşdirildikdə antena çardaqdan ən azı 1,5 metr hündürlükdə quraşdırılmalıdır, antenanın növündən və şüalanma istiqamətindən asılı olmayaraq onun istənilən nöqtəsindən qonşu tikililərlə ən azı 10 metr məsafənin saxlanılması təmin olunmalıdır.
4.15. Effektiv şüalanma gücü 1000-5000 Vt olan radiohəvəskar və mülki diapazonlu radiostansiyaların antenalarının yerləşdirilməsi halında növündən və şüalanma istiqamətindən asılı olmayaraq onun istənilən nöqtəsindən ən azı 25 metr məsafədə insanların girişinin məhdudlaşdırılması və yaxınlıqda tikililərin olmaması şərti təmin edilməlidir. Binanın üstündə yerləşdirilən antena ən azı 5 metr hündürlükdə quraşdırılmalıdır.
4.16. Ötürücü radiotexniki obyektin antenalarının (həmçinin radiohəvəskar radiostansiyalarının və mülki diapazonlu radiostansiyalarının) ayrıca dayaqlarda quraşdırılması tövsiyə olunur.
Bu qaydaların 4.3-4.4-cü, 4.14-4.15-ci bəndlərində göstərilən şərtlərə riayət edildikdə ötürücü antenaların yaşayış və qeyri-yaşayış binalarının çardaqlarında və digər yerlərdə yerləşdirilməsinə yol verilir.
Qəbuledici antenaların yerləşdirilməsi məhdudlaşdırılmır və onlara sanitariya-epidemioloji rəyin alınması tələb olunmur.
4.17. Ötürücü radiotexniki obyektin yaratdığı elektromaqnit sahələrin təsirindən əhalinin mühafizəsi məqsədi ilə obyektin və yaşayış məntəqəsinin perspektiv inkişafı nəzərə alınmaqla sanitariya-mühafizə zonaları və məhdudiyyət zonaları) müəyyənləşdirilir.
Sanitariya-mühafizə zonasının sərhədləri yer səthindən 2 metr hündürlükdə elektromaqnit sahələrin yol verilən səviyyələri ilə təyin olunur.
Sərhədlərində yer səthindən 2 metrdən çox hündürlükdə elektromaqnit sahələrin səviyyələrinin yol verilən həddən artıq olan ərazi məhdudiyyət zonasıdır.
Məhdudiyyət zonasının sərhədləri mövcud və ya tikilməsi nəzərdə tutulan binaların maksimal hündürlüyünə görə təyin olunur və onların ən yüksək mərtəbəsində elektromaqnit sahələrin səviyyələri yol verilən səviyyələrdən artıq olmamalıdır.
Yaşayış ərazisində yerləşən 100 kVt artıq gücü olan ötürücü radiotexniki obyektlərin sanitariya mühafizə zonaları sanitariya-epidemioloji ekspertizanın nəticələri əsasında baş dövlət sanitariya həkimi və ya onun müavininin qərarı ilə müəyyənləşdirilir.
4.18. Dövlət sanitariya-epidemioloji nəzarət orqanları ilə razılaşdırılmadan ötürücü radiotexniki obyektlərin (həmçinin radiohəvəskar radiostansiyalarının və mülki diapazonlu radiostansiyalarının) iş şəraiti və rejiminə seliteb ərazidə elektromaqnit sahələrin səviyyələrinin artmasına gətirə biləcək dəyişikliklərin edilməsinə yol verilmir.
4.19. Sanitariya-mühafizə zonasının və məhdudiyyət zonasının seliteb ərazi statusu ola bilməz, bu zonalar nəqliyyat vasitələrinin dayanacağı meydançalarının, avtomobillərə texniki xidmət və yanacaqdoldurma məntəqələrinin, neft məhsullarının saxlanması anbarlarının və digər analoji müəssisələrin yerləşdirilməsi üçün istifadə oluna bilməz.
Sanitariya-mühafizə zonası və məhdudiyyət zonası və ya onların hər hansı hissəsi orada yerləşən ötürücü radiotexniki obyektin ehtiyat (rezerv) ərazisi deyil və obyektin genişləndirilməsi məqsədi ilə istifadə oluna bilməz.
Sanitariya-mühafizə zonasının ərazisi kollektiv və ya fərdi bağ sahələrinin salınması üçün istifadə oluna bilməz.
4.20. Sanitariya-mühafizə zonası və məhdudiyyət zonası, ötürücü radiotexniki obyektin tərkibində olan bütün mənbələrin yaratdığı elektromaqnit sahələrin cəmləşdirilməsi nəzərə alınmaqla (4.4-cü bənd), Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş metodik göstərişlərə əsasən təyin olunur.
Elektromaqnit şəraitin (elektrik sahənin gərginliyinin - E, V/m) təxmini qiymətləndirilməsi üçün hesablama üsulu ilə tənlikdən istifadə oluna bilər:
E = -------------------- x 1.3 x Fv x Fh,
P - antena-fider traktının girişində güc, Vt;
G - antenanın maksimal şüalanma istiqamətində izotrop şüalandırıcıya nisbətən güclənmə əmsalı (ölçüsüz kəmiyyət);
Kf - antena-fider traktında itkilərin əmsalı (ölçüsüz kəmiyyət);
R - antenanın geometrik mərkəzindən nəzarət nöqtəsinə qədər məsafə (mailli uzaqlıq), metr;
Fv - nəzarət nöqtəsi və üfüq səthi istiqamətində əmələ gələn bucaq üçün şaquli səthdə normalaşdırılmış istiqamət diaqramı (ölçüsüz kəmiyyət);
Fh - nəzarət nöqtəsinin azimutu üçün üfüqi səthdə normalaşdırılmış istiqamət diaqramı (ölçüsüz kəmiyyət).
Sanitariya-mühafizə zonalarının və məhdudiyyət zonalarının sərhədləri hesablama metodu ilə müəyyən edilir və elektromaqnit sahələrin səviyyələrinin ölçülməsinin nəticələrinə görə dəqiqləşdirilir.
4.21. Sanitariya-mühafizə zonalarının və məhdudiyyət zonalarının sərhədlərinin müəyyən olunması zamanı binaların konstruksiyalarından, kommunikasiyalardan, elektrik xətlərindən və digər elementlərdən əks oluna bilən ikincili elektromaqnit sahələrin təsirindən qorunmasının zəruriliyi nəzərə alınmalıdır.
5.1.1. Ötürücü radiotexniki obyektlərin yaratdığı elektromaqnit sahələrin səviyyələri üzərində nəzarətin aparılması zamanı müəyyən edilmiş metodik göstərişlərə uyğun hesablama və laboratoriya nəzarəti üsullarından istifadə edilir.
5.1.2. Hesablama üsulu layihələşdirilən, yenidənqurulan və fəaliyyətdə olan ötürücü radiotexniki obyektin yanında elektromaqnit vəziyyətin qiymətləndirilməsində istifadə olunur. Hesablama üsulunun istifadəsində ötürücü vasitələrin növləri, iş tezlikləri, rejimləri və gücü, antenaların növləri, onların parametrləri və yerləşdirilməsi, yerin relyefi, dalğaları əksetdirən səthlərin mövcudluğu barəsində məlumatların əldə edilməsi zəruridir. Radiolokasiya stansiyalarına aid əlavə olaraq impulsların tezliyi və müddəti, antenanın fırlanma tezliyi barədə məlumatlar göstərilməlidir.
5.1.3. Layihə sənədlərinin ekspertizası dövründə ötürücü radiotexniki obyektin yaratdığı elektromaqnit sahələrin səviyyələrinin təyini üçün yalnız hesablama üsulundan istifadə olunur.
5.1.4. Laboratoriya nəzarəti üsulu ötürücü radiotexniki obyektlərin və onların avadanlıqlarının yaratdığı elektromaqnit sahələrin səviyyələrinə nəzarətin aparılması üçün istifadə olunur. Laboratoriya nəzarəti üsulu ilə nəzarətin aparılmasında şüa yaradan avadanlıqların iş rejimlərinin və maksimal gücünün sabitliyi təmin olunmalıdır.
5.1.5. Elektromaqnit sahələrin səviyyələrinə nəzarətin aparılması üçün istiqamətləndirilmiş və ya istiqamətləndirilməmiş qəbul sensorları ilə təchiz olunmuş ölçmə vasitələri istifadə oluna bilər.
5.1.6. Laboratoriya nəzarəti üsulu yoxlama nişanı və (və ya) yoxlama haqqında şəhadətnaməsi olan ölçmə vasitələri ilə aparılmalıdır. Ölçmə vasitəsinin nisbi xətasının həddi ±30% çox olmamalıdır.
Ölçmələrin nəticələrinin gigiyenik qiymətləndirilməsi zamanı ölçmə vasitəsinin xətası nəzərə alınmalıdır.
5.1.7. 30 kHz - 300 MHz tezlik diapazonunda elektromaqnit sahələrin səviyyələrinin ölçülməsi üçün elektrik (maqnit) sahəsinin gərginliyinin orta kvadrat qiymətini təyin edə bilən ölçmə cihazlardan istifadə olunur.
5.1.8. 300 MHz - 300 GHz tezlik diapazonunda elektromaqnit sahələrin səviyyələrinin ölçülməsi üçün enerji selinin sıxlığının orta qiymətini təyin edə bilən ölçmə cihazlardan istifadə olunur. Elektrik sahəsinin gərginliyinin orta kvadrat qiymətini təyin edən ölçmə vasitələrinin istifadəsinə o halda yol verilir ki, sonradan elektrik sahəsinin gərginliyinin orta kvadrat qiyməti müvafiq metodik göstərişlərə uyğun hesablanaraq enerji selinin sıxlığının orta qiyməti kimi ifadə olunsun.
5.2.1. Elektromaqnit sahələrin elektrik (maqnit) sahəsinin gərginliyinin və enerji selinin sıxlığının səviyyələrinin ölçülməsi avadanlıqların müəyyən edilmiş metodik göstərişlərə uyğun olan maksimal şüalanma gücündə işə salınması vəziyyətində aparılmalıdır.
5.2.2. Elektromaqnit sahələrin səviyyələri üzərində laborator nəzarət aşağıdakı hallarda aparılır:
5.2.2.1. ötürücü radiotexniki obyekt istismara verildikdə;
5.2.2.2. ötürücü radiotexniki obyektə verilmiş sanitariya-epidemioloji rəyin müddəti uzadıldıqda;
5.2.2.3. ötürücü radiotexniki obyektin elektromaqnit sahələrinin səviyyələrinə təsir edə biləcək iş şəraitinin və rejiminin dəyişdirilməsi zamanı (antenaların istiqamətinin dəyişdirilməsi, ötürücülərin gücünün artırılması və s.);
5.2.2.4. ötürücü radiotexniki obyektə bitişik olan ərazinin planı dəyişdirildikdə;
5.2.2.5. elektromaqnit sahələrin səviyyələrinin aşağı salınmasına yönəldilən tədbirlər aparıldıqdan sonra;
5.2.2.6. ötürücü radiotexniki obyektin avadanlıqlarının sanitariya-epidemioloji ekspertizası keçirildikdə;
5.2.2.7. ən azı ildə bir dəfə (ölçmələrin aparılmasının dövriliyi 3 ildən çox olmaması şərti ilə müvafiq dövlət sanitariya-epidemioloji nəzarət orqanının qərarı ilə artırıla bilər);
5.2.2.8. hüquqi şəxslərə məxsus radiohəvəskar radiostansiyalar və mülki diapazonlu radiostansiyalar yerləşdirildikdə;
5.2.2.9. fiziki şəxslərə məxsus radiohəvəskar radiostansiyaların və mülki diapazonlu radiostansiyaların bu Qaydaların 4.14-cü bəndində göstərilən şərtlərin pozulması ilə yerləşdirildikdə;
5.2.2.10. Radiohəvəskar radiostansiyalarının və mülki diapazonlu radiostansiyalarının parametrlərinin bu Qaydaların 4.15-ci bəndində göstərilənlərə uyğun olduğu halda.
5.2.3. Sahibkarlıq subyektlərinə münasibətdə nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılmalıdır.
6.1. İşçi heyətin elektromaqnit sahələrin mənfi təsirindən qorunmasının təmin edilməsi təşkilati, mühəndis-texniki və müalicə-profilaktik tədbirlərinin aparılması yolu ilə həyata keçirilir.
6.2. Təşkilati tədbirlər aşağıdakıları nəzərdə tutur: səmərəli iş rejiminin seçilməsi, işçi heyətin elektromaqnit sahələrin təsiri şəraitində olması müddətinin məhdudlaşdırılması, iş yerlərinin elektromaqnit sahələri mənbələrindən normativ tələblərə və elektromaqnit sahələri mənbələrinin təhlükəsiz istismarı qaydalarına uyğun məsafələrdə təşkil edilməsi.
6.3. Mühəndis-texniki tədbirlərə elektromaqnit sahələri mənbələrinin səmərəli yerləşdirilməsi, kollektiv və fərdi mühafizə vasitələrinin tətbiq edilməsi, həmçinin elektromaqnit sahələri mənbələrinin və iş yerlərinin ekranlanması daxildir.
6.4. Ötürücü radiotexniki obyektin elektromaqnit sahələri mənbələrinin təsir etdiyi peşələrdə işləyən şəxslər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tərəfindən müəyyən edilmiş qaydada ilkin və dövri tibbi müayinədən keçməlidirlər.
6.5. Ötürücü radiotexniki obyektlərin və onların yerləşdiyi binaların, qurğuların və ərazilərin mülkiyyətçiləri (istifadəçiləri) əhalinin və işçilərin elektromaqnit təhlükəsizliyinə dair sanitariya-epidemioloji tələblərinin təmin olunması sahəsində təlim keçməlidirlər.
6.6. Ötürücü radiotexniki obyektin layihələşdirmə, quraşdırılma, yenidənqurma və istismar dövründə onun mülkiyyətçisi (istifadəçisi) yaşayış və qeyri yaşayış binalarının elektromaqnit sahələrinin təsirindən qorunması üçün müxtəlif mühafizə üsullarının (passiv və aktiv) tətbiqinin mümkünlüyünü nəzərə almalıdır.
6.7. Əhalinin ikincili radiotezlikli elektromaqnit sahələrdən mühafizəsinə dair tövsiyələrdə ikincili şüalanma mənbələrinə (binaların konstruksiyalarının elementləri, kommunikasiyalar, müxtəlif şəbəkələr) birbaşa daxil olmasının məhdudlaşdırılması sahəsində tədbirlər nəzərdə tutulmalıdır.
6.8. Elektromaqnit sahələrin səviyyələri əhali üçün yol verilən həddən artıq olan ərazilər (çardaqların sahələri), həmçinin ötürücü radiotexniki obyektin fəaliyyəti ilə birbaşa əlaqəli olmayan şəxslərin daxil olması mümkün olan ərazilər hasarlanmalıdır və ya xüsusi xəbərdaredici nişanlarla işarələnməlidir. Belə ərazilərdə işlərin aparılması zamanı (işçi heyətdən başqa) ötürücü radiotexniki obyektin ötürücüləri söndürülməlidir.
6.9. Radiohəvəskar radiostansiyaların və mülki diapazonlu radiostansiyaların yerləşmə zonalarında kənar şəxslərin bu Qaydaların 4.14-cü və 4.15-ci bəndlərində müəyyən edilən məsafədən yaxın (stansiyaların xidməti ilə əlaqəli olmayan) olduqları halda ötürücülər söndürülməlidir.
7.1. Ötürücü radiotexniki obyektlərin mülkiyyətçiləri (istifadəçiləri) olan fiziki və hüquqi şəxslər obyektlərin istismarı zamanı bu Qaydaların tələblərinə riayət edilməsi ilə bağlı və sanitariya-əksepidemik (profilaktik) tədbirlərin aparılması üzərində istehsalat nəzarəti həyata keçirirlər.
7.2. Sanitariya qaydalarının tələblərinə riayət edilməsi üzərində istehsalat nəzarəti “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
Yol verilən hədd EEE, (V/m) · saat
Yol verilən hədd EEM, (A/m) · saat
Yol verilən hədd EEESS, (mkVt/sm) · saat
Maksimal YVS ESS, mkVt/sm
Qeyd: Cədvəldə göstərilən diapazonlar tezliyin aşağı həddini istisna edir, yuxarı həddini daxil edir.
Normallaşdırılan parametr
Yol verilən səviyyələr
* - dairəvi yayım rejimində işləyən antenalardan olan şüalanma hallarında.
1. Cədvəldə göstərilən diapazonlar tezliyin aşağı həddini istisna edir və yuxarı həddini daxil edir.
3. Kosmik məkanın nəzarəti üçün nəzərdə tutulmuş xüsusi təyinatlı radiolokasiya stansiyalarının, kosmik məkanında rabitə yaratmaq üçün nəzərdə tutulmuş, şüaların elektron şüalanma rejimində 150-300 MHz tezliyində işləyən radiostansiyaların elektrik sahələrinin gərginliyi şüalanmanın yaxın zonasında yerləşən yaşayış yerlərində 6 V/m, şüalanmanın uzaq zonasında yerləşən yaşayış yerlərində isə 19 V/m artıq olmamalıdır.
Stansiyaların şüalanmalarının uzaq zonasının sərhədləri aşağıdakı kimi təyin olunur:
r - antenadan olan məsafə, m;
D - antenanın maksimal uzunluq ölçüsü, m;
λ - dalğanın uzunluğu, m.
Sanitariya-epidemioloji rəyə və onun əlavəsinə aşağıdakı məlumatlar və sənədlər daxil edilir:
1. Ötürücü radiotexniki obyektin mülkiyyətçisi (istifadəçisi) fiziki şəxs olduqda adı, soyadı və atasının adı, hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti.
2. Ötürücü radiotexniki obyektin adı, yerləşdirmə yeri (ünvanı) və istismara verilməsi tarixi.
3. Ötürücü radiotexniki obyektin yenidənqurulması barədə məlumat.
4. Antenaların quraşdırma yerlərini, ötürücü radiotexniki obyektə bitişik olan ərazini, mərtəbəliliyi göstərilməklə binaları, həmçinin sanitariya mühafizə zonasının sərhədlərini (stasionar qurğular üçün) özündə əks etdirən 1:2000 miqyasında plan.
5. Ötürücülərin sayı və gücü, hər bir ötürücünün işləmə tezlikləri (tezliklərin diapazonu), modulyasiya növü.
6. Hər antena üzrə məlumatlar: antenanın növü, yer səthindən quraşdırma hündürlüyü, maksimal şüalanma bucağı, şaquli və üfüqi səthlərdə istiqamət diaqramı, güclənmə əmsalı, antenanın işlədiyi ötürücünün növü. Radiolokasiya stansiyaları üzrə əlavə olaraq impulsların tezliyi və müddəti, antenanın fırlanma tezliyi.
7. Ötürücülərin şüalandırma fəaliyyətinin müvəqqəti xüsusiyyətləri.
8. Sanitariya mühafizəsi zonasının və məhdudiyyət zonasının sərhədləri göstərilməklə ötürücü radiotexniki obyektə bitişik olan ərazidə elektromaqnit sahələrin səviyyələrinin paylaşdırılmasının hesablama materialları.
9. Ötürücü radiotexniki obyektə bitişik olan ərazidə elektromaqnit sahələrin səviyyələrinin ölçülməsi nəticələri (protokolları) (layihələşdirilən obyektlər istisna olmaqla).
Qeyd. Nəqliyyat vasitələrində quraşdırılmış ötürücü radiotexniki obyektin daimi və ya müvəqqəti dayanacaqlarda işlədiyi halda, sanitariya-epidemioloji rəy nəqliyyat vasitələrinin yerləşdiyi obyektə və ya yalnız nəqliyyat vasitəsinə verilir.
Bu halda sanitariya-epidemioloji rəyə daxil olacaq məlumatlar ötürücü radiotexniki obyektin yerləşdiyi ərazinin (çardağın, dayağın) mülkiyyətçisi (istifadəçisi) tərəfindən təqdim olunur və sanitariya-epidemioloji ekspertizanın aparılması üçün əsas hesab olunur. Bu əlavənin 4-9-cu bəndlərində göstərilən məlumatlar sanitariya-epidemioloji rəyin əlavəsinə daxil edilir.
Bu əlavə ötürücü qurğusunun iş gücü 20 Vt qədər, antenasının diametri 3,5 metrə qədər olan, 5775-6525 və 13750-14500 MHz iş tezlikli peyk rabitəsinin yer stansiyalarına şamil olunur (obyektdə sanitariya-epidemioloji nəzarəti orqanları ilə razılaşdırılması tələb olunan digər ötürücü radiotexniki vasitələrin olmaması şərti ilə).
1. Əgər ötürücü radiotexniki obyektin texniki ərazisinin sərhədləri bu əlavənin 1 və 2 nömrəli cədvəllərində göstərilən məsafələrdən az deyilsə peyk rabitəsinin yer stansiyasının yerləşdirilməsinin razılaşdırılması tələb olunmur. Ötürücü radiotexniki obyektin texniki ərazisinin sərhədləri - ötürücü antenanın şüalandırma mərkəzindən qabağa, antenanın güzgüsünün qırağından 90° dərəcə bucağında kənarlara və antenanın qıraq nöqtəsindən arxaya tərəf istiqamətlərdə hesablanır.
Şüalanma istiqamətinin üfüqə nisbətən bucağı (yer bucağı),dərəcə.
Şüalanma mərkəzinin hündürlüyü 2,9/3,5 <*> m
Şüalanma mərkəzinin hündürlüyü 3,9/4,5 <*> m
Şüalanma mərkəzinin hündürlüyü > 4,9/5,5 <*> m
Şüalanma istiqamətinin üfüqə nisbətən bucağı (yer bucağı),dərəcə.
Şüalanma mərkəzinin hündürlüyü 2,9/3,5 <*> m
Şüalanma mərkəzinin hündürlüyü 3,9/4,5 <*> m
Şüalanma mərkəzinin hündürlüyü > 4,9/5,5 <*> m
------------------------------
<*> - diametri 2,4m/3,5m qədər olan antenalar üçün.
2. Antenalar iki və daha çox mərtəbəli binaların çardağında quraşdırıldığı halda binanın ətrafında ötürücü radiotexniki obyektin texniki ərazisinin müəyyənləşdirilməsi tələb olunmur. Antenalar istehsalat, yaşayış və qeyri yaşayış binalarının çardağında quraşdırıldığı halda onlar aşağıdakı şərtlərin birinə riayət edilməklə divarların kənarından 2 metrdən az olmayan məsafədə yerləşdirilməlidir:
- yuxarı mərtəbənin dəmir-beton örtüyünün olması;
- metal dam örtüyünün olması və ya ötürücü radiotexniki obyektin texniki ərazisinin ekranlaşdıran metal təbəqə ilə örtülməsi;
- texniki mərtəbənin olması.
3. Antenanın şüalandırma oxundan ən yaxın tikiliyə qədər məsafə ən azı 7 metr olmalıdır.
Peyk rabitəsinin yer stansiyasının mülkiyyətçisi (istifadəçisi) obyektin istismara buraxılması barədə dövlət sanitariya-epidemioloji nəzarət orqanını xəbərdar etməli və stansiyanın parametrlərini (quraşdırma hündürlüyü, ötürücünün iş gücü, şüalanma istiqamətinin üfüqə nisbətdə bucağı və şüalanma azimutu), quraşdırma ünvanını, texniki ərazinin ölçülərini və antenanın şüalandırma oxundan ən yaxın tikiliyə qədər məsafəni, antena avadanlıqlarının yerləşdirmə parametrlərini göstərməlidir.