Qanunvericilik › Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi sahəsində dövlətin səlahiyyətləri

Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır:

7.1.1.ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək, müvafiq normativ hüquqi aktlar qəbul etmək, dövlət proqramlarını hazırlayıb təsdiq etmək;

7.1.2.ovçuluq və ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzərində idarəetməni və dövlət nəzarətini həyata keçirmək;

7.1.3.dövlət ov fondunun artırılması üçün ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması qaydasını müəyyən etmək;

7.1.4.respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarını müəyyən etmək, onların təşkili və ləğv edilməsi barədə qərar qəbul etmək;

7.1.5.ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemlərini təsdiq etmək;

7.1.6.ov obyektinə aid edilmiş vəhşi heyvanların dövlət uçotunun, ovçuluq təsərrüfatlarının dövlət qeydiyyatının, dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması qaydalarını müəyyən etmək;

7.1.7.ovçuluq biletinin formasını, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydalarını müəyyən etmək;

7.1.8.əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi qaydasını müəyyən etmək;

7.1.9.ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitlərini, istifadəyə görə ödəmə məbləğini müəyyən etmək, ovçuluq işlərinin tənzimlənməsini həyata keçirmək;

7.1.10.ovçuluq təsərrüfatlarının mühafizəsi üzrə tədbirlərə yardım göstərmək;

7.1.11.təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarının və ov yerlərinin bərpasını təşkil etmək;

7.1.12.ovçuluq və ovçuluq təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.

7.2. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

7.3. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ovçuluq təsərrüfatlarının təşkili, mühafizəsi, istifadəsi və bərpası işlərində hüquqi və fiziki şəxslərin, o cümlədən ictimai birliklərin rəy və təkliflərinə baxmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver