“Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2009-cu il 29 oktyabr tarixli 01/2009 nömrəli Qərarının normativ hüquqi aktlarda edilmiş dəyişikliklərə uyğunlaşdırılmasını təmin etmək məqsədilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
“Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2009-cu il 29 oktyabr tarixli 01/2009 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulanın birinci abzasının ikinci cümləsində “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin.
2. 2-ci bəndin birinci abzasında birinci halda “Mülki Prosessual Məcəllənin” sözləri “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)” sözləri ilə, həmin abzasda ikinci halda və həmin bəndin ikinci abzasında isə “Mülki Prosessual Məcəllənin” sözləri “MPM-in” sözü ilə əvəz edilsin.
3. 3-cü bəndin birinci abzasının birinci cümləsində “Mülki Prosessual Məcəllənin 347.1.1-347.1.6-cı” sözləri “MPM-in 347.1.1-347.1.7-ci” sözləri ilə əvəz edilsin, həmin cümlədən “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı” sözləri çıxarılsın və həmin cümləyə “barədə rəyi,” sözlərindən sonra “həmin ölkələrdə məhkumluğuna və barəsində cinayət təqibinin olmamasına dair sənəd,” sözləri əlavə edilsin.
4. 4-cü bəndin üçüncü abzasında “Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – ƏƏSMN)” sözləri ilə əvəz edilsin.
5.1. birinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizələri əsasında hakim işi məhkəmə baxışına hazırlayarkən uşaq onun qohumları olmayan, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldükdə, habelə Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülərkən, övladlığa götürülənin və övladlığa götürənin (götürənlərin) ƏƏSMN-in vahid elektron uçotunda olmasını, habelə vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq, uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri mümkünlüyünü təsdiq edən sənədi yoxlamalıdır.”.
5.2. ikinci abzasa birinci halda “uşağın” sözündən sonra “, habelə Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) uyğun olaraq vahid uçota alınmış uşağın” sözləri əlavə edilsin və həmin abzasda ikinci halda “uşağın,” sözü “onların” sözü ilə əvəz edilsin.
6.1. birinci abzasa “iclasında,” sözündən sonra “ögey ata (ögey ana) tərəfindən övladlığa götürülmə halları istisna olmaqla,” sözləri əlavə edilsin və həmin abzasda “qəyyumluq və himayəçilik orqanı nümayəndəsinin, Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin” sözləri “müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN)” sözü ilə əvəz edilsin;
6.2. ikinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Övladlığa götürülmə ilə əlaqədar sağlamlıq vəziyyəti məhkəməyə gəlməyə imkan verməyən on yaşına çatmış uşağın rəyi (yeddi yaşına çatmış uşağın rəyi isə pedaqoji işçi və ya psixoloqun iştirakı ilə təmin edilməklə), onların maraqları nəzərə alınaraq bilavasitə həmin uşaqların olduğu yerdə öyrənilməlidir.”.
7. 7-ci bəndin ikinci abzasının beşinci cümləsindən “; övladlığa götürmənin ləğv edilməsi ilə əlaqədar uşağın adı və soyadı dəyişdirildikdə (Ailə Məcəlləsi, maddə 134.11)” sözləri çıxarılsın.
8. 9-cu bəndin birinci cümləsində “hər bir halda uşağın yaşadığı (olduğu) yerin qəyyumluq və himayəçilik orqanının övladlığa götürmənin əsaslılığı və onun uşağın mənafeyinə xidmət edib-etməməsi barədə əsaslandırılmış rəyini tələb etməlidir” sözləri “ərizəyə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə ƏƏSMN-in rəyinin əlavə olunub-olunmadığını yoxlamalıdır” sözləri ilə əvəz edilsin.
9.1. birinci abzasda “Qəyyumluq və himayəçilik orqanının” sözləri “ƏƏSMN-in” sözü ilə, “Mülki Prosessual Məcəllənin” sözləri isə “MPM-in” sözü ilə əvəz edilsin;
9.2. üçüncü abzasın birinci və ikinci cümlələrində “Mülki Prosessual Məcəllənin” sözləri “MPM-in” sözü ilə əvəz edilsin, həmin abzasın birinci cümləsinə “valideynin” sözündən sonra “və qəyyumun (himayəçinin)” sözləri əlavə edilsin və həmin abzasın ikinci cümləsində “qəyyumluq və himayəçilik orqanı” sözləri “ƏƏSMN” akronimi ilə əvəz edilsin;
9.3. dördüncü abzasda “Mülki Prosessual Məcəllənin” sözləri “MPM-in” sözü ilə əvəz edilsin;
9.4. beşinci abzasda “Qəyyumluq və himayəçilik orqanı” sözləri “ƏƏSMN” akronimi ilə əvəz edilsin;
9.5. altıncı abzasda “qəyyumluq və himayəçilik orqanının” sözləri “ƏƏSMN-in” sözü ilə, “qəyyumluq və himayəçilik orqanından” sözləri isə “ƏƏSMN-dən” sözü ilə əvəz edilsin.
10. 13-cü bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Ailə Məcəlləsinin 120-ci maddəsində uşağı övladlığa götürmək hüququna malik olmayan şəxslərin dairəsi qəti müəyyən edilmiş və həmin şəxslərin uşağı övladlığa götürmə imkanı qanunvericiliklə birmənalı olaraq istisna edilmişdir. Ailə Məcəlləsinin 121.1 və 121.2-ci maddələrinin tələblərinə uyğun olan digər şəxslərin uşağı övladlığa götürmək hüququ vardır. Bununla yanaşı, məhkəmələr övladlığa götürmə barədə ərizələrə baxarkən hər bir konkret iş üzrə uşağın üstün mənafelərini, onun normal ailə mühitində böyüməsi və tərbiyə olunması imkanlarını hərtərəfli qiymətləndirməlidirlər. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən üzrlü hesab edilən hallarda bu Məcəllənin 121.1-ci maddəsində müəyyən edilən yaş həddi, habelə 121.2-ci maddəsində müəyyən edilən övladlığa götürən ilə uşaq arasındakı yaş fərqi azaldıla bilər. Bu zaman məhkəmələr üzrlü halların mövcudluğunu müəyyən edərkən işin konkret hallarını, xüsusilə uşağın faktiki olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində uzun müddət yaşamasını, həmin şəxslə uşaq arasında artıq formalaşmış ailə və emosional bağlılığın olmasını, uşağın həmin ailədə böyüməsinin onun maraqlarına daha uyğun olmasını, övladlığa götürən şəxsin uşağın yaxın qohumu olmasını, habelə uşağın sabit və təhlükəsiz ailə mühitində tərbiyə olunmasının təmin edilməsi kimi digər mühüm halları nəzərə almalıdırlar. Bundan əlavə, məhkəmələr övladlığa götürmə barədə müraciətlərə baxarkən, xüsusilə övladlığa götürmək istəyən şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli ərinin (arvadının) olmasının uşağın üstün mənafelərinə və gələcək taleyinə mümkün təsirini hərtərəfli qiymətləndirməlidirlər. Eyni zamanda aralarında nikah münasibətləri olmayan şəxslərin eyni uşağı birgə övladlığa götürməsi qanunvericiliyə uyğun olaraq yolverilməzdir və məhkəmələr tərəfindən bu hal mütləq qaydada nəzərə alınmalıdır.”.
11. 14-cü bəndə “övladlığa götürməyə” sözlərindən sonra “və himayədar ailə olmağa” sözləri, “Övladlığa götürməyə,” sözlərindən sonra isə “himayədar ailə olmağa,” sözləri əlavə edilsin.
12.1. birinci abzasın birinci cümləsində “Uşağın” sözü “Ailə Məcəlləsinin 123.1-ci maddəsinin tələbi nəzərə alınmaqla uşağın” sözləri ilə əvəz edilsin;
12.2. ikinci – altıncı abzaslar müvafiq olaraq üçüncü – yeddinci abzaslar hesab edilsin aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Eyni zamanda Ailə Məcəlləsinin 123.2-ci maddəsinə əsasən, müəyyən hallarda uşağın övladlığa götürülməsi valideynlərin razılığı olmadan da həyata keçirilə bilər. Belə ki, valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamır, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırır, habelə uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, məhkəmə uşağın üstün mənafelərini rəhbər tutaraq övladlığa götürmənin valideynlərin razılığı olmadan həyata keçirilməsinə yol verə bilər. Bu zaman məhkəmələr valideynlərin uşaqla faktiki münasibətlərini, onların uşağın saxlanılmasında və tərbiyəsində real iştirak edib-etmədiklərini, qəyyumluq və himayə orqanları tərəfindən valideynlərə müvafiq qaydada xəbərdarlıq edilib-edilmədiyini, habelə valideynlərin davranışlarının davamlı xarakter daşıyıb-daşımadığını hərtərəfli araşdırmalı və qəbul ediləcək qərarın uşağın üstün mənafelərinə uyğun olub-olmadığını qiymətləndirməlidirlər.”;
12.3. ikinci abzasının birinci cümləsində “qəyyumluq və himayəçilik orqanı” sözləri “ƏƏSMN” akronimi ilə əvəz edilsin.
13.1. ikinci abzasda “Mülki Prosessual Məcəllənin” sözləri “MPM-in” sözü ilə əvəz edilsin;
13.2. üçüncü abzasın ikinci cümləsindən “, valideyn himayəsindən məhrum olan uşağın yerləşdiyi müəssisənin rəhbəri və ya övladlığa götürmənin həyata keçdiyi yer, yaxud ərin (arvadın) yaşadığı yer üzrə qəyyumluq və himayə orqanı tərəfindən” sözləri çıxarılsın.
14. 18-ci bəndə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“7 yaşına çatmış uşaq övladlığa götürüldükdə, məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır (Ailə Məcəlləsi, maddə 124.5).”.
15.1. birinci abzasın birinci cümləsində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 sentyabr tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydaları, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydası və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydası”nın” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın sözləri ilə əvəz edilsin;
15.2. üçüncü abzasda “Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri “ƏƏSMN” akronimi ilə əvəz edilsin.
16. 22-ci bəndin ikinci abzasında “Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən” sözləri “ƏƏSMN-dən” sözü ilə əvəz edilsin.
17.1. birinci abzasın birinci cümləsində “yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanı” sözləri “ƏƏSMN” akronimi ilə əvəz edilsin;
17.2. ikinci abzasda “qəyyumluq və himayə orqanının və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin” sözləri “ƏƏSMN-in” sözü ilə əvəz edilsin.
18. 29-cu bənddə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci” sözləri “Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.4-cü” sözləri ilə əvəz edilsin.
19. 30-cu bənddə “tərəflərin, vəzifəli və digər şəxslərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətlərin əlamətlərini aşkar edərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265-ci,” sözləri “proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, MPM-in 265.4-cü” sözləri ilə, “prokurora xəbər verməlidir” sözləri isə “materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 6 aprel 2026-cı il