Qanunvericilik › Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. pambıqçılıq — pambıq bitkisinin becərilməsi və xam pambıq istehsalı ilə məşğul olan bitkiçilik sahəsi;

1.0.2. xam pambıq — çiyiddən ayrılmamış lifli kütlə;

1.0.3. pambıq məhsulları — xam pambığın (bundan sonra — pambıq) ilkin emalı zamanı alınan mahlıc, tiftik (lint), çiyid və lifli tullantılar;

1.0.4. mahlıc — ilkin emal zamanı pambıq çiyidindən ayrılmış lif kütləsi;

1.0.5. çiyid — ilkin emal zamanı lifdən ayrılmış pambıq toxumu;

1.0.6. toxumluq çiyid — toxumluq pambığın emalı zamanı alınmış və əkin üçün nəzərdə tutulmuş pambıq toxumu;

1.0.7. pambığın ilkin emalı — pambığın sənaye üsulu ilə qurudulması, təmizlənməsi, lifinin çiyiddən ayrılması ilə pambıq məhsullarının istehsalı prosesi;

1.0.8. pambığın və mahlıcın keyfiyyətinin ekspertizası — pambığın və mahlıcın faktiki keyfiyyət göstəricilərini müəyyən etmək üçün nümunələrin götürülməsi, təhlili və onların keyfiyyətinin sənədləşdirilməsi tədbirləri;

1.0.9. dövriyyə — pambıq və pambıq məhsullarının satışı, idxalı və ixracı.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver