Qanunvericilik › Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Pambıqçılığın inkişafı üzrə dövlət proqramları

Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Pambıqçılığın inkişafı üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

18.2. Pambıqçılığın inkişafı üzrə dövlət proqramları aşağıdakıları nəzərdə tuta bilər:

18.2.1. yüksək keyfiyyətli pambıq sortlarının yetişdirilməsi sahəsində seleksiya və elmi-tədqiqat işlərinin aparılmasını və pambıq toxumçuluğu şəbəkəsinin təşkilini;

18.2.2. pambıqçılıqda müasir texnika və texnologiyanın tətbiq edilməsini, emal müəssisələrinin modernləşdirilməsini;

18.2.3. pambıqçılığa və pambıq emalı müəssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsini;

18.2.4. pambıqçılığın maddi-texniki bazasının yüksəldilməsini, pambıqçılıq zonalarında suvarma infrastrukturunun və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasını;

18.2.5. pambıqla əlverişli sələf bitkilərinin növbəli əkin sisteminin tətbiqini;

18.2.6. pambıqçılıqda kooperasiyanın inkişaf etdirilməsini;

18.2.7. pambıqçılığın inkişafı istiqamətində digər tədbirlərin həyata keçirilməsini.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver