20.1. Azərbaycan Respublikasında pambıq və pambıq məhsullarının istehsalı aşağıdakı istiqamətlər üzrə dövlət tərəfindən dəstəklənir:
20.1.1. pambıq istehsalına və emalına investisiyalar qoyulması, bu sahədə sahibkarlığın inkişafının dəstəklənməsi və stimullaşdırılması;
20.1.2. müasir texnika və texnologiyaların alınıb pambıq və pambıq məhsulları istehsalçılarına lizinq yolu ilə güzəştli şərtlərlə verilməsi;
* (20.1.2-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
20.1.3. pambıq sahələrinin sığortalanmasına dövlət tərəfindən maliyyə yardımının göstərilməsi;
20.1.4. pambıqçılıq sahəsində informasiya-məsləhət xidmətinin dəstəklənməsi;
20.1.5. ekoloji təmiz pambıq istehsalının dəstəklənməsi və stimullaşdırılması;
20.1.6. pambıqçılıq sahəsində assosiasiyaların, ittifaqların yaradılmasının və fəaliyyətinin dəstəklənməsi.
20.2. Pambıq və pambıq məhsulları istehsalçılarına dövlət tərəfindən müvafiq güzəştlər müəyyən edilə bilər.