6.1. Pambıq istehsalı mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən hüquqi şəxslər və fiziki şəxslər tərəfindən həyata keçirilir.
6.2. Pambıq bitkisinin əkilib-becərilməsi, pambığın yığılması, saxlanması və pambıq emalı müəssisəsinə daşınması normativ sənədlərin tələblərinə və texnoloji normalara uyğun olaraq həyata keçirilir.
6.3. Pambıq istehsalı toxumluq və texniki pambıq istehsalından ibarətdir.