9.1. Toxumluq və texniki pambığın ilkin emalı pambıq emalı müəssisələrində müvafiq standartların və digər normativ sənədlərin tələblərinə və texnoloji normalara uyğun olaraq həyata keçirilir.
9.2. İlkin emal zamanı alınmış pambıq məhsulları müvafiq standartlara uyğun olaraq qablaşdırılır, etiketlənir (markalanır) və sertifikatlaşdırılır.
9.3. İlkin emaldan alınan mahlıc əyiricilik müəssisələrində təkrar emal olunur və əsasən toxuculuq sənayesi üçün iplik hazırlanır.
9.4. Pambıq məhsullarının keyfiyyət və texniki göstəriciləri müvafiq standartlara və digər normativ sənədlərə əsasən müəyyənləşdirilir.
9.5. İlkin emal müəssisələrindən ətraf mühitə atılan tullantıların miqdarı yol verilə bilən ekoloji norma həddini keçməməlidir.