Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən qərara alıram:
1. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2013-cü il
1.1. Bu Əsasnamə “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşlarına pasportların verilməsi və pasportların dəyişdirilməsi qaydasını müəyyən edir.
3.1. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra - daxili işlər orqanı) tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
3.2. Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:
3.2.1. ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (bundan sonra - ərizə-anket) (1 və 2 nömrəli əlavələr);
3.2.2. vətəndaşın şəxsiyyət vəsiqəsi (bu Əsasnamənin 3.2.6-cı yarımbəndi nəzərə alınmaqla);
3.2.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;
3.2.4. pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə - bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər;
3.2.5. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə ─ valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd;
3.2.6. xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Əsasnamənin 3.2.1-ci, 3.2.3-cü, 3.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlərlə yanaşı:
1. ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə ─ vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə ─ doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış.
3.2-1. Bu Əsasnamənin 3.2.6-cı yarımbəndində nəzərdə tutulmuş hallarda şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilir. Sorğuya baxılma nəticəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada ümumvətəndaş pasportu verilir.
3.3. Ölkədən gedən vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallar ərizə-anketlərə növbədənkənar baxılma üçün əsasdır. Həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:
3.3.1. təcili olaraq müalicə olunma zərurətini təsdiq edən tibb müəssisəsinin məktubu;
3.3.2. təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);
3.3.3. qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.
3.3-1. Bu Əsasnamənin 3.2-ci və 3.3-cü bəndlərində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
3.4. 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.
3.5. 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
3.5-1. 15 yaşı tamam olmamış vətəndaşa pasport verilərkən, onun ərizə-anketini təqdim edən valideyninə və ya digər qanuni nümayəndəsinə, 15 yaşından 18 yaşınadək olan vətəndaşın isə özünə, yaxud valideyninə və ya digər qanuni nümayəndəsinə daxili işlər orqanının məsul əməkdaşı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası barədə məlumat verməlidir.
3.5-2. 18 yaşına çatmamış vətəndaşa pasport verilərkən valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı tələb olunur.
3.6. Vətəndaşa ümumvətəndaş pasportu verilərkən daxili işlər orqanının məsul əməkdaşı ərizə-anketin düzgün doldurulduğunu yoxlayır. Daxili işlər orqanının məsul əməkdaşı ərizə-anket üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın üz təsviri və əl-barmaq izləri üzrə biometrik məlumatları ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
3.7. Ümumvətəndaş pasportunun fərdi olaraq doldurulması İAMAS vasitəsilə həyata keçirilir. Verilmiş ümumvətəndaş pasportları, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir.
3.8. Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
3.9. Fotoşəklə dair tələblər, fotoşəklin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) sənədlərində təsvir edilmiş nümunələri, daxili işlər orqanının iş qrafiki haqqında məlumatlar, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə-anketin formaları və ödənilməli olan dövlət rüsumunun məbləğləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet saytında və daxili işlər orqanının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həftələrarası istirahət günlərində də pasportun verilməsini və ya dəyişdirilməsini təmin etmək məqsədi ilə ümumvətəndaş pasportu verən yerli orqanları üçün optimal iş qrafiki tərtib edir.
3.10. Ümumvətəndaş pasportuna elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar, pasport sahibinin üz təsviri və 15 yaşı tamam olmuş vətəndaşın hər əlindən bir barmaq izi daxil edilir.
3.11. Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasportun dəyişdirilməsi vətəndaşın fotoşəkli pasportu verən orqanda çəkilməklə, lakin qan qrupu haqqında tibbi arayış tələb edilmədən bu Əsasnamənin 3.1-3.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Dəyişdirilən pasportdakı vizanın etibarlılıq müddəti həmin pasportun etibarlılıq müddətindən çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport təhvil verilir.
Qeyd. Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən 15 yaşı tamam olmuş vətəndaşın əl-barmaq izləri götürülür.
3.12. Vətəndaş və ya onun qanuni nümayəndəsi etibarlılıq müddəti bitməmiş ümumvətəndaş pasportunun da dəyişdirilməsi üçün müraciət edə bilər. Bu halda pasport bu Əsasnamənin 3.1-3.7-ci və 3.11-ci bəndlərində nəzərdə tutulmuş qaydada dəyişdirilir.
3.13. Ümumvətəndaş pasportu vətəndaş və ya onun qanuni nümayəndəsi müraciət etdikdən sonra on iş günü müddətində, bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda isə iki iş günü müddətində verilir və ya dəyişdirilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində verilir və ya dəyişdirilir.
3.14. Ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumunun məbləğləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
3.15. Ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
3.16. Bu Əsasnamənin 3.1-3.8-ci, 3.11-ci və 3.12-ci bəndləri ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə müvəqqəti və daimi yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında (bu Əsasnamənin 3.13-cü bəndində nəzərdə tutulmuş müddətlər sənədlər daxil olduğu andan hesablanır) fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir. Bununla əlaqədar bu Əsasnamənin 3.5-1-ci, 3.6-cı və 3.9-cu bəndlərinin tələbləri Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna da şamil olunur.
3.17. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa ümumvətəndaş pasportunun verilməsi üçün sənədləri onun qanuni nümayəndəsi təqdim edir.
3.18. Xidməti və diplomatik pasportlar yalnız “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun vəsatəti (3, 4, 5 və 6 nömrəli əlavələr) əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən ən geci beş iş günü müddətində verilir.
3.19. Bu Əsasnamənin 3.18-ci bəndində nəzərdə tutulmuş vəsatətə vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti əlavə edilir.
3.20. Xidməti və ya diplomatik pasport almaq hüququ olan vəzifəli şəxsin uşaqlarına müvafiq pasport verildikdə, yalnız 15 yaşı tamam olmuş uşaqlar vəzifəli şəxslə birlikdə vəsatətdə şəxsi imzalarını qeyd edirlər.
3.21. Vətəndaşa xidməti və ya diplomatik pasport verilərkən, müvafiq dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun vəsatətində qeyd olunan məlumatları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı yoxlayır.
3.22. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı xidməti və ya diplomatik pasportun verilməsi ilə bağlı məlumatları yoxladıqdan sonra vəsatətdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın üz təsviri və əl-barmaq izləri üzrə biometrik məlumatları ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
3.23. Azərbaycan Respublikası vətəndaşının xidməti və ya diplomatik pasportunun fərdi olaraq doldurulması İAMAS vasitəsilə həyata keçirilir. Verilmiş pasportlar, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir.
3.24. Xidməti və ya diplomatik pasport üçün vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəklinin çəkilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
3.25. Fotoşəklə dair tələblər, fotoşəklin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) sənədlərində təsvir edilmiş nümunələri, iş qrafiki haqqında məlumatlar, xidməti və ya diplomatik pasportun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və vəsatətin formaları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi internet saytında və həmin nazirliyin binasının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhədə yerləşdirilməlidir. İş qrafiki tərtib edilərkən xidməti və ya diplomatik pasportun verilməsi və ya dəyişdirilməsi üçün iş həftəsinin istənilən günü nazirliyin iş saatında müraciət etmək imkanı təmin edilməlidir.
3.26. Xidməti və diplomatik pasporta elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar, pasport sahibinin üz təsviri və 15 yaşı tamam olmuş vətəndaşın hər əlindən bir barmaq izi daxil edilir.
3.27. Xidməti və ya diplomatik pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasportun dəyişdirilməsi vətəndaşın fotoşəkli pasportu verən orqanda çəkilməklə, lakin qan qrupu haqqında tibbi arayış tələb edilmədən bu Əsasnamənin 3.18-3.23-cü bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Dəyişdirilən pasportdakı vizanın etibarlılıq müddəti həmin pasportun etibarlılıq müddətindən çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport təhvil verilir.
Qeyd. Elektron daşıyıcısı olmayan xidməti və ya diplomatik pasportlar dəyişdirilərkən 15 yaşı tamam olmuş vətəndaşın əl-barmaq izləri götürülür.
3.28. Etibarlılıq müddətinin bitməsinə yeddi ay qaldıqda da xidməti və ya diplomatik pasportun dəyişdirilməsi üçün vəsatət verilə bilər. Bu halda pasport bu Əsasnamənin 3.18-3.23-cü və 3.27-ci bəndlərində nəzərdə tutulmuş qaydada dəyişdirilir.
3.29. Xidməti və ya diplomatik pasportda, o cümlədən pasportun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
3.30. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş hallarda pasportun verilməsindən və ya dəyişdirilməsindən imtina edilir.
3.31. Xidməti və ya diplomatik pasportun verilməsi üçün əsas aradan qalxdıqda, əgər qanunda başqa qayda nəzərdə tutulmayıbsa, müvafiq dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun rəhbəri həmin pasportu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təhvil verməli və ya bu mümkün olmadıqda, həmin nazirliyə bu barədə məlumat təqdim etməlidir.
4.1. Pasport itirildikdə pasport sahibi və ya onun qanuni nümayəndəsi onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, pasportu verən orqana yazılı məlumat verməlidir.
4.2. Pasportunu itirdiyini bildirən pasport sahibi və ya onun qanuni nümayəndəsi həmin pasportu taparsa və ya itirilmiş pasport yeni pasport verildikdən sonra tapılarsa, tapılmış pasport dərhal pasportu verən orqana təhvil verilməlidir.
4.3. Pasport sahibi və ya onun qanuni nümayəndəsi pasportunu itirdiyi barədə pasportu verən orqana rəsmi müraciət etdikdə və pasport sahibinin şəxsiyyəti müəyyənləşdirildikdə, bu barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür. İtirilmiş pasport barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edildikdən sonra həmin sənəd qüvvədən düşmüş hesab edilir, İAMAS-da aktiv statusu dəyişdirilir. Pasportun itirilməsi ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra qan qrupu haqqında tibbi arayış tələb edilmədən, bu Əsasnamə ilə müəyyən edilmiş qaydada vətəndaşa yeni pasport verilir.
4.4. Pasport oğurlandıqda, pasport sahibi və ya onun qanuni nümayəndəsi cinayətin baş verdiyi yerin polis orqanına bu barədə yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış pasportun qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və bunun əsasında pasport sahibinin və ya onun qanuni nümayəndəsinin müraciəti ilə yeni pasportun verilməsi üçün əsas götürülür.
_____________________________________________________________________________
1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, ümumvətəndaş pasportu verilməsini xahiş edirəm:
_____________________________________________________________________________
1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)
1.1.1.3. Atasının adı
1.1.1.3-1. Fərdi identifikasiya nömrəsi
1.1.1.4. Doğulduğu yer
1.1.1.5. Doğulduğu tarix
1.1.1.6. Yaşayış yeri
1.1.2. Ərizə vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun:
1.1.2.3. Atasının adı
1.1.2.4. Şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi
1.1.2.5. Xüsusi qeydi
____________________________________________________________________________
2.1. Dövlət orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:
2.1.1. Dövlət orqanının adı
2.1.2. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi
2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
2.1.3.1. Şəxsiyyət vəsiqəsi
2.1.3.2. Ərizə vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd
2.1.3.3. Pasportun verilməsi xaricə gedən vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənədlər
2.1.3.4. Ümumvətəndaş pasportu (xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu dəyişdirildikdə)
2.1.4. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd:
2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:
2.1.6. Məlumatları yoxlamış məsul işçinin:
2.1.6.1. Soyadı, adı, atasının adı
2.2. Pasportun doldurulması ilə əlaqədar qeydlər:
2.2.1. Pasportu dolduran regional mərkəzin adı
2.2.2. Sənədlərin göndərildiyi tarix
2.2.3. Doldurulmuş pasportun daxil olduğu tarix
2.3. Pasportun ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:
2.3.1. Pasportun verildiyi tarix
2.3.2. Pasportu aldığına dair ərizəçinin imzası
2.3.3. Xüsusi qeydlər:
_____________________________________________________________________________
1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, ümumvətəndaş pasportu verilməsini xahiş edirəm:
_____________________________________________________________________________
1.1.1. 18 yaşı tamam olmamış vətəndaşın:
1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)
1.1.1.3. Atasının adı
1.1.1.3-1. Fərdi identifikasiya nömrəsi
1.1.1.4. Doğulduğu yer
1.1.1.5. Doğulduğu tarix
1.1.1.6. Yaşayış yeri
1.1.1.9. İmzası (vətəndaş 15 yaşdan 18 yaşadək olduqda)
1.1.2. Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verildikdə, onun:
1.1.2.3. Atasının adı
1.1.2.4. Şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi
1.1.2.5. Xüsusi qeydi
_____________________________________________________________________________
2.1. Dövlət orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:
2.1.1. Dövlət orqanının adı
2.1.2. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi
2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
2.1.3.1. şəxsiyyət vəsiqəsi
2.1.3.3. Ərizə vətəndaşın övladlığa götürəni, himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd
2.1.3.4. Pasportun verilməsi xaricə gedən vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənədlər
2.1.3.5. Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşına pasport ilk dəfə verildikdə
1. doğum haqqında şəhadətnamə
2. qan qrupu haqqında tibbi arayış
2.1.3.6. Ümumvətəndaş pasportu (xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu dəyişdirildikdə)
2.1.4. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd:
2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:
2.1.6. Məlumatları yoxlamış məsul işçinin:
2.1.6.1. Soyadı, adı, atasının adı
2.2. Pasportun doldurulması ilə əlaqədar qeydlər:
2.2.1. Pasportu dolduran regional mərkəzin adı
2.2.2. Sənədlərin göndərildiyi tarix
2.2.3. Doldurulmuş pasportun daxil olduğu tarix
2.3. Pasportun ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:
2.3.1. Pasportun verildiyi tarix
2.3.2. Pasportu aldığına dair ərizəçinin imzası
2.3.3. 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi üçün valideyninin və ya digər qanuni nümayəndəsinin razılığının tələb olunduğuna dair qanunvericiliyin müddəaları barədə mənə məlumat verildiyini imzamla təsdiq edirəm
2.3.4. Müvafiq məlumatın verildiyinə dair ərizəçinin imzası
2.3.5. Xüsusi qeydlər:
_____________________________________________________________________________
1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, xidməti pasport verilməsini xahiş edirəm:
_____________________________________________________________________________
1.1.1. Vəzifəli şəxsin:
1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)
1.1.1.3. Atasının adı
1.1.1.4. Doğulduğu yer
1.1.1.5. Doğulduğu tarix
1.1.1.8. Yaşayış yeri
1.1.2. Vəsatət verən dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun:
1.1.2.3. Rəhbərinin soyadı, adı, atasının adı
1.1.3. Vəsatətin verilməsinə əsas
1.1.4. Vəsatət verən dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun:
1.1.4.1. Rəhbərinin imzası
__________________________________________________________________________
2.1. Pasportu verən dövlət orqanının məsul əməkdaşı tərəfindən vəsatətin yoxlanılması ilə bağlı qeydlər:
2.1.1. Dövlət orqanının adı
2.1.2. Vəsatətin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi
2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
2.1.3.1. Şəxsiyyət vəsiqəsinin surəti
2.1.4. Vəsatətdə vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd
2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:
2.1.6. Məlumatları yoxlamış məsul işçinin:
2.1.6.1. Soyadı, adı, atasının adı
2.2. Pasportun verilməsi ilə əlaqədar qeydlər:
2.2.1. Pasportun verildiyi tarix
2.2.2. Pasportu aldığına dair onun sahibinin imzası
2.2.3. Xüsusi qeydlər:
_____________________________________________________________________________
1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, xidməti pasport verilməsini xahiş edirəm:
_____________________________________________________________________________
1.1.1. Vəzifəli şəxsin:
1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)
1.1.1.3. Atasının adı
1.1.1.5. Şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi
1.1.2. Vəzifəli şəxsin arvadının (ərinin), 18 yaşı tamam olmamış uşağının və ya 18 yaşı tamam olmuş əmək qabiliyyəti olmayan övladının:
1.1.2.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)
1.1.2.3. Atasının adı
1.1.2.4. Doğulduğu yer
1.1.2.5. Doğulduğu tarix
1.1.2.8. Yaşayış yeri
1.1.2.10. İmzası (15 yaşı tamam olmuş vətəndaşın)
1.1.3. Vəsatət verən dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun:
1.1.3.3. Rəhbərinin soyadı, adı, atasının adı
1.1.4. Vəsatətin verilməsinə əsas
1.1.5. Vəsatət verən dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun:
1.1.5.1. Rəhbərinin imzası
_____________________________________________________________________________
2.1. Pasportu verən dövlət orqanının məsul əməkdaşı tərəfindən vəsatətin yoxlanılması ilə bağlı qeydlər:
2.1.1. Dövlət orqanının adı
2.1.2. Vəsatətin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi
2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
2.1.3.1. Şəxsiyyət vəsiqəsinin surəti
2.1.4. Vəsatətdə vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd
2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:
2.1.6. Məlumatları yoxlamış məsul işçinin:
2.1.6.1. Soyadı, adı, atasının adı
2.2. Pasportun verilməsi ilə əlaqədar qeydlər:
2.2.1. Pasportun verildiyi tarix
2.2.2. Pasportu aldığına dair barəsində vəsatət verilən şəxsin və ya onun qanuni nümayəndəsinin imzası
2.2.3. 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi üçün valideyninin və ya digər qanuni nümayəndəsinin razılığının tələb olunduğuna dair qanunvericiliyin müddəaları barədə mənə məlumat verildiyini imzamla təsdiq edirəm
2.2.4. Müvafiq məlumatın verildiyinə dair barəsində vəsatət verilən şəxsin və ya onun qanuni nümayəndəsinin imzası
2.2.5. Xüsusi qeydlər:
_____________________________________________________________________________
1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, diplomatik pasport verilməsini xahiş edirəm:
_____________________________________________________________________________
1.1.1. Vəzifəli şəxsin:
1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)
1.1.1.3. Atasının adı
1.1.1.4. Doğulduğu yer
1.1.1.5. Doğulduğu tarix
1.1.1.8. Yaşayış yeri
1.1.2. Vəsatət verən dövlət orqanının:
1.1.2.3. Rəhbərinin soyadı, adı, atasının adı
1.1.3. Vəsatətin verilməsinə əsas
1.1.4. Vəsatət verən dövlət orqanının:
1.1.4.1. Rəhbərinin imzası
__________________________________________________________________________
2.1. Pasportu verən dövlət orqanının məsul əməkdaşı tərəfindən vəsatətin yoxlanılması ilə bağlı qeydlər:
2.1.1. Dövlət orqanının adı
2.1.2. Vəsatətin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi
2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
2.1.3.1. Şəxsiyyət vəsiqəsinin surəti
2.1.4. Vəsatətdə vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd
2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:
2.1.6. Məlumatları yoxlamış məsul işçinin:
2.1.6.1. Soyadı, adı, atasının adı
2.2. Pasportun verilməsi ilə əlaqədar qeydlər:
2.2.1. Pasportun verildiyi tarix
2.2.2. Pasportu aldığına dair onun sahibinin imzası
2.2.3. Xüsusi qeydlər:
_____________________________________________________________________________
1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, diplomatik pasport verilməsini xahiş edirəm:
_____________________________________________________________________________
1.1.1. Vəzifəli şəxsin:
1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)
1.1.1.3. Atasının adı
1.1.1.5. Şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi
1.1.2. Vəzifəli şəxsin arvadının (ərinin), 18 yaşı tamam olmamış uşağının, 18 yaşı tamam olmuş əmək qabiliyyəti olmayan övladının və ya ərdə olmayan qızının:
1.1.2.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)
1.1.2.3. Atasının adı
1.1.2.4. Doğulduğu yer
1.1.2.5. Doğulduğu tarix
1.1.2.8. Yaşayış yeri
1.1.2.10. İmzası (15 yaşı tamam olmuş vətəndaşın)
1.1.3. Vəsatət verən dövlət orqanının:
1.1.3.3. Rəhbərinin soyadı, adı, atasının adı
1.1.4. Vəsatətin verilməsinə əsas
1.1.5. Vəsatət verən dövlət orqanının:
1.1.5.1. Rəhbərinin imzası
_____________________________________________________________________________
2.1. Pasportu verən dövlət orqanının məsul əməkdaşı tərəfindən vəsatətin yoxlanılması ilə bağlı qeydlər:
2.1.1. Dövlət orqanının adı
2.1.2. Vəsatətin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi
2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
2.1.3.1. Şəxsiyyət vəsiqəsinin surəti
2.1.4. Vəsatətdə vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd
2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:
2.1.6. Məlumatları yoxlamış məsul işçinin:
2.1.6.1. Soyadı, adı, atasının adı
2.2. Pasportun verilməsi ilə əlaqədar qeydlər:
2.2.1. Pasportun verildiyi tarix
2.2.2. Pasportu aldığına dair barəsində vəsatət verilən şəxsin və ya onun qanuni nümayəndəsinin imzası
2.2.3. 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi üçün valideyninin və ya digər qanuni nümayəndəsinin razılığının tələb olunduğuna dair qanunvericiliyin müddəaları barədə mənə məlumat verildiyini imzamla təsdiq edirəm
2.2.4. Müvafiq məlumatın verildiyinə dair barəsində vəsatət verilən şəxsin və ya onun qanuni nümayəndəsinin imzası
2.2.5. Xüsusi qeydlər:
1. 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 may 2015-ci il, № 093, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 520)
2. 10 may 2018-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 may 2018-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 928)
3. 12 iyun 2021-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 567)
4. 29 dekabr 2021-ci il tarixli 1553 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1418)
5. 11 mart 2022-ci il tarixli 1629 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 mart 2022-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 217)
6. 12 avqust 2025-ci il tarixli 475 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 avqust 2025-ci il, “Xalq” qəzeti, 13 avqust 2025-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 760)