4.1. İxtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:
4.1.1. ixtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;
4.1.2. ixtira, faydalı model və sənaye nümunələrinə hüquqların dövlət tərəfindən qorunması;
4.1.3. ixtira, faydalı model və sənaye nümunələri üçün patentin verilməsi;
4.1.4. ixtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinin aparılması;
4.1.5. ixtira, faydalı model və sənaye nümunələrindən istifadə sahəsində dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;
4.1.6. ixtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinə şərait yaradılması;
4.1.7. ixtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində digər tədbirlərin həyata keçirilməsi.