Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Patent müvəkkili

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Azərbaycan Respublikası ərazisində daimi yaşayan, ali təhsili olan, Azərbaycan Respublikasının dövlət dilini bilən, patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınan Azərbaycan Respublikasının vətəndaşı patent müvəkkili ola bilər.

Patent müvəkkili Azərbaycan Respublikasının ərazisində ixtira, faydalı model və sənaye nümunələrinə patentin alınması və onun qüvvədə saxlanılması işlərinin aparılmasında vəkalət verən şəxsə köməklik göstərir, ixtira, faydalı model və sənaye nümunələri üzrə hüquqların reallaşdırılmasında, lisenziya müqavilələrinin bağlanması zamanı onu təmsil edir, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda), məhkəmədə vəkalət verənin mənafelərini müdafiə edir və səlahiyyətləri çərçivəsində işləri yerinə yetirir.

2. Patent müvəkkillərinin fəaliyyəti bu Qanunla və müvafiq icra hakmiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.

3. Patent müvəkkili məsləhət verdiyi və ya ona verilən səlahiyyət daxilində həyata keçirdiyi fəaliyyətlə bağlı ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə müəllif və ya şərikli müəllif ola bilməz.

II fəsil

İxtİra, faydalı model və sənaye nümunələrİnİn patent qabİlİyyətİ şərtlərİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver