“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 18 fevral 2019-cu il
Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi
Alsheymer xəstəliyi zamanı demensiya
Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı demensiya
Dəqiqləşdirilməmiş demensiya
Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu
Üzvi mənşəli şəxsiyyət pozuntusu
Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları
Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları
Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları
Kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları
Hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları
Xroniki sayıqlama pozuntuları
Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu
Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu
Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu
Bipolyar affektiv pozuntu, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu
Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod
Şəxsiyyətin paranoid pozuntusu
Şəxsiyyətin dissosial pozuntusu
Şəxsiyyətin emosional davamsız pozuntusu
Şəxsiyyətin isterik pozuntusu
Azartlı oyunlara patoloji meyil
Yanğına patoloji hərislik (piromaniya)
Oğurluğa patoloji hərislik (kleptomaniya)
Seksual seçimin pozuntusu
Kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla)
Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi (xüsusi təhsil müəssisələri istisna olmaqla)
Səs büküşlərinin və qırtlağın iflici
Binokulyar korluq (xüsusi təhsil müəssisələri, uşaq musiqi və incəsənət məktəbləri istisna olmaqla)
Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri, uşaq musiqi və incəsənət məktəbləri istisna olmaqla)
1. 20 yanvar 2022-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2022-ci il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 75)
2. 13 mart 2024-cü il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 330)