Qanunvericilik › “Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.12.2012) › Tam mətn

“Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.12.2012)

“Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.12.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli 667 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

1. “Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. “Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında yemək qəbul etməkdən imtina edən məhkumların, həbsə alınmış şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”ın təsdiq edilməsi barədə” nazirlik üzrə 2004-cü il 2 fevral tarixli 2-T nömrəli əmr (19.02.2004-cü il tarixli 3033 nömrəli Şəhadətnamə) ləğv edilsin.

3. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 dekabr tarixli 32-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. Bu Təlimat Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 93.4-cü maddəsinə və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə müvafiq olaraq penitensiar müəssisələrində yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraitini və onların məcburi qaydada qidalandırılmasının həyata keçirilməsi qaydalarını tənzimləyir.

1.2. Yeməkdən imtina edən məhkumların, həbs edilmiş şəxslərin həyatı üçün təhlükə yarandıqda və onlar özləri haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə yeməkdən imtina edən şəxslərin səhhətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər, o cümlədən həmin şəxslərin ləyaqətini alçaltmamaq şərti ilə məcburi qaydada qidalandırılması həyata keçirilir.

2.1. Məhkumlar, həbs edilmiş şəxslər yemək qəbul etməkdən imtina etdikdə cəzaçəkmə müəssisəsinin, istintaq təcridxanasının rəisi və ya onu əvəz edən şəxs bunun səbəblərini aydınlaşdırmalı, o cümlədən bu barədə onunla söhbət etməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəhbərliyinə, Naxçıvan MR-nın ərazisində Naxçıvan MR ədliyyə nazirinə yazılı şəkildə məruzə etməli və həbs edilmiş şəxslər barədə isə cinayət prosesini həyata keçirən orqana yazılı formada məlumat verməlidir.

2.2. İlk söhbət və araşdırma həmin müəssisənin tibb sanitariya hissəsinin rəisi və ya həkiminin iştirakı ilə həyata keçirilir. Tibb sanitariya hissəsinin rəisi və ya həkimi yemək qəbul etməkdən imtina etmiş şəxs və şəxsin yemək qəbul etməməsinin səbəbləri barədə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə şifahi və yazılı məlumat verir.

2.3. Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, cəzaçəkmə müəssisəsinin, istintaq təcridxanasının rəisi məhkumlar, həbs edilmiş şəxslər tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün təcili tədbirlər görür.

2.4. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, məhkumlara, həbs edilmiş şəxslərə müvafiq izahat verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür.

2.5. Göstərilən səbəb əsassız olduqda, yemək qəbul etməkdən imtina edən şəxsə yeməyi qəbul etməməsinin səbəbinin əsassız olması haqqında tam və ixtisaslı izah verilir.

2.6. Konkret şəraitdən asılı olaraq, cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının müdiriyyəti tərəfindən müəyyən edilmiş vaxtda (məhkumun, həbs edilmiş şəxsin yeməkdən imtina etməsi anından 1 sutkadan çox keçməmək şərti ilə) yemək qəbulundan imtina edən şəxsin axırıncı psixi və ümumi somatik vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinə təyin edilir və bunun həyata keçirilməsinə müvafiq şərait yaradılır.

2.7. Yemək qəbulundan imtina xəstəliklə əlaqədar olmadıqda, bu şəxsə həkim tərəfindən belə hərəkətlərin orqanizm üçün zərərli olduğu izah edilməlidir.

2.8. Məhkum, həbs edilmiş şəxs yemək qəbulundan imtina etdikdən sonra, sutka ərzində cəzaçəkmə müəssisəsinin, istintaq təcridxanasının rəisinin və ya onu əvəz edən şəxsin həmçinin müəssisənin həkiminin əsaslandırılmış qərarı ilə digər şəxslərdən təcrid edilir və ya yemək qəbul etməkdən imtina etmiş şəxsin səhhətindən asılı olaraq cəzaçəkmə müəssisəsinin, istintaq təcridxanasının tibb sanitariya hissəsinə keçirilərək ayrıca palatada saxlanılır və ya ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrində — təcrid otaqlarında, xüsusi rejimli cəzaçəkmə müəssisələrində və həbsxanada isə digər məhkumlardan təcrid edilməklə kamerada tək saxlanılması təmin edilir. Məhkum, həbs edilmiş şəxs üzərində həkim nəzarəti təyin edilir.

2.9. Yemək qəbulundan imtina edən şəxsin işdən və ya cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının saxlanma rejimindən irəli gələn digər öhdəliklərdən azad edilməsi yalnız həkimin tibbi rəyi əsasında həyata keçirilir. Belə şəxsə, ambulator müalicə və təxirəsalınmaz tibbi yardım, onun saxlandığı otaqda göstərilir.

2.10. Yemək qəbul etməkdən imtina etmiş şəxs hər gün həkim tərəfindən müayinə edilir, onun psixi və somatik vəziyyəti, o cümlədən fizioloji göstəriciləri qeydə alınır. Bu məlumatlar tibbi kitablarda, xəstəlik tarixlərində və xüsusi qeydiyyat vərəqlərində (Əlavə 1) öz əksini tapmalıdır.

2.11. Şəxs yemək qəbul etməməsini dayandırdıqdan sonra xüsusi qeydiyyat vərəqləri xəstəlik tarixçəsinə və ya tibb kitabçasına tikilir.

2.12. Tibb-sanitariya hissəsinin palatalarında və təcrid otaqlarında saxlanılan şəxsə gün bölgüsündə nəzərdə tutulmuş vaxtda müəyyən edilmiş norma üzrə səhər, günorta və şam yeməyi verilir və ona yeməyi qəbul etmək təklif olunur.

2.13. Yemək qəbul etməkdən imtina olunduqda, iki saatdan sonra yemək yığışdırılır və məhkuma, həbs edilmiş şəxsə yemək gətirilməsinin qeydiyyatının aparıldığı vərəqədə yeməkdən imtina haqqında qeydiyyat aparılır (Əlavə 2).

2.14. Məhkumların, həbs edilmiş şəxslərin yemək qəbulundan imtina etməsi onun digər həbs yerlərinə göndərilməsinə, istintaq hərəkətlərində və məhkəmə iclaslarında iştirakına mane olmur. Yemək qəbulundan imtina edən həbs edilmiş şəxsin digər həbs yerlərinə göndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir.

2.15. Səhhətinə görə digər müəssisələrə keçirilməsi mümkün olmayan məhkumların göndərilməsi həkimin əsaslandırılmış tibbi rəyinə əsasən müvəqqəti dayandırılır.

2.16. Yemək qəbul etməkdən imtina etmiş şəxsin vəziyyəti ağırlaşdıqda tibbi rəyə əsasən o, Müalicə Müəssisəsinə göndərilir. Burada müalicə prosesi ilə yanaşı həmin şəxsə yemək qəbul etməmənin dayandırmasının vacibliyi bir daha ətraflı izah edilir. Yemək qəbul etməkdən imtina etmiş şəxslər barəsində görülən tibbi xarakterli tədbirlər xüsusi qaydalarla tənzimlənir (Əlavə 3).

2.17. Yemək qəbulundan imtina edən şəxsin müalicəsi qurtardıqdan sonra, o, Müalicə Müəssisəsindən yazılmaqla cəza çəkdiyi (həbsdə saxlanıldığı) yerə qaytarılır.

2.18. Yeməkdən imtina edən məhkumların, həbs edilmiş şəxslərin həyatı üçün təhlükə yarandıqda və o, özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə həkimin yazılı rəyinə (psixi pozğunluqdan əziyyət çəkən şəxslər yalnız həkim-psixiatr rəyi əsasında) əsasən və onun iştirakı ilə yeməkdən imtina edən məhkumların, həbs edilmiş şəxslərin səhhətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər, o cümlədən həmin şəxslərin ləyaqətini alçaltmamaq şərti ilə məcburi qaydada qidalandırılmalıdır.

2.19. Məhkumun, həbs edilmiş şəxsin sağlamlığının ümumi vəziyyətindən asılı olaraq, məcburi qidalandırılmanın başlanma vaxtı və aparılması ardıcıllığı həkim tərəfindən müəyyən edilir.

2.20. Qida qarışığı həkim tərəfindən tərtib olunmuş rasion üzrə müalicə müəssisələrində müalicə olunan həbs edilmiş şəxslərin və məhkumların gündəlik ərzaq normalarının siyahısındakı ərzaqlardan hazırlanır. Tibbi göstərişlər olduğu halda dərman preparatlarının təyin edilməsi həkim təyinatı əsasında həyata keçirilir.

3.1. Məhkumların, həbs edilmiş şəxslərin məcburi qidalandırılması kiçik tibb heyəti tərəfindən həkimin birbaşa iştirakı və təyinatı əsasında zond vasitəsilə (və ya dərman preparatları ilə), həmçinin müdiriyyətin nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

3.2. Məcburi qidalandırmadan qabaq tibb işçisi yemək qəbul etməkdən imtina etmiş şəxsə onu orqanizmində həyatı üçün təhlükəli dəyişikliklərin başladığını bildirir və qida qəbul etməsinin vacibliyini izah edir. Şəxs qida qəbulundan imtina edərək, məcburi qidalandırılmasına müqavimət göstərərsə, bu zaman daxili rejim qaydalarına uyğun olaraq onun hərəkəti məhdudlaşdırılır. Eyni zamanda, məcburi qidalandırılan şəxs qidalandırılma prosedurunu aparmaq üçün müvafiq vəziyyətə gətirilir.

3.3. Qidalandırma zamanı zondun dişlənməsinin qarşısını almaq üçün ağız mütləq açılır və ağız genəldən ilə saxlanılır. Sərbəst ucunda qıf olan zond qaynadılıb soyudulduqdan sonra, nəm halda ehtiyatla qida borusuna yeridilir. Məhkumun, həbs edilmiş şəxsin sərbəst, çətin olmayan tənəffüsü və səs çıxarması, mədə zondunun düzgün yeridildiyini göstərir. Buna əmin olan tibb işçisi qıfa əvvəl az miqdarda qaynadılmış su, sonra qida qarışığını tökür. Əgər hazırlanmış qida qarışığı öz konsistensiyasına görə nazik zonddan keçməzsə, onda qidalandırma burun vasitəsilə həyata keçirilir.

3.4. Hər bir məcburi qidalandırma haqqında məhkumun, həbs edilmiş şəxsin tibbi vərəqəsində tarix, qida borusuna tökülən qida qarışığının tərkibi və miqdarı, həmçinin qidalandırmanı həyata keçirən, o cümlədən orada iştirak edən şəxslərin soyadı, adı və vəzifəsi göstərilməklə qeydlər edilir.

3.5. Məcburi qidalandırma zamanı bədbəxt hadisələrin (dişlərin və çənənin zədələnməsi, zondun traxeyaya yeridilməsi, zondun yeridilməsi zamanı tənəffüsün və ürək fəaliyyətinin reflektor dayanması, diş protezlərinin çıxarılmadığı hallarda baş verə biləcək boğulmalar və s.) qarşısını almaq üçün məcburi qidalandırmanı həyata keçirən tibb işçisinin təcili tibbi yardım göstərməsi üçün zəruri tibbi vasitələri olmalıdır.

3.6. Məhkumun, həbs edilmiş şəxsin səhhətinin yaxşılaşması zamanı məcburi qidalandırmanın tətbiqi dayandırılır və bu barədə xəstəlik tarixində və ya tibbi kitabçasında qeyd aparılır. Lakin Təlimatın 2.18-ci bəndində nəzərdə tutulmuş hallarda məcburi qidalandırma təkrar edilir.

“Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”a Əlavə 1

Yemək qəbul etməkdən imtina edən şəxsin _________________________________________

“Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”a Əlavə 2

Yemək qəbul etməkdən imtina edən şəxsə _________________________________________

“Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”a Əlavə 3

Bu Qayda 1991-ci ilin noyabr ayında Maltada keçirilən həkimlərin 43-cü Ümumdünya sessiyasında aclıq elan etmiş şəxslər barədə qəbul edilmiş deklarasiya əsasında hazırlanmışdır.

1. Müəssisənin tibb sanitariya hissəsinin tibb işçisi tərəfindən yemək qəbul etməkdən imtina faktı aşkar edildikdən sonra yemək qəbul etməmənin formasını müəyyən etməlidir.

Quru formada: qida qəbulundan imtina edir, maye qəbul etmir.

Tam formada: qida qəbulundan imtina edir, adi və ya bəzən şəkərlə və ya balla kəmşirinləşdirilmiş su qəbul edir.

Natamam formada: qidanın bəzi formalarından, məsələn, yumurtadan imtina edir, mayenin bəzi formalarını, məsələn, süd, şirə qəbul etmir.

2. Həkim yemək qəbul etməkdən imtinanın qarşısını almaq məqsədilə yemək qəbul etməmənin yarada biləcək fiziki və əqli fəsadları barədə həmin şəxsi hər gün məlumatlandırmalıdır.

Bu zaman kifayət qədər mayenin qəbul edilməsinin həyati əhəmiyyəti ona başa salınmalıdır (gün ərzində 1,5 — 3,0 litr).

3. Həkim yemək qəbul etməmənin ilk günü pasiyenti diqqətlə və hərtərəfli müayinədən keçirməlidir.

3.1. Müayinə tam yemək qəbul etməmənin əks göstəriş olan şəkərli diabeti, kəskin qastriti, mədə və 12 barmaq bağırsaq xorasını, epilepsiyanı və başqa metobolitik xəstəliklərin mövcudluğunu aşkar etməyə yönəlməlidir.

4. Həkim gündəlik olaraq şəxsin yemək qəbul etməməsini davam etdirmək istəyini aydınlaşdırmalıdır.

5. Həkim gün ərzində ən azı 3 dəfə yemək qəbul etməməni elan etmiş şəxsə baş çəkməlidir. Bu zaman onu diqqətlə müayinə edərək, aşağıda qeyd edilmiş fizioloji göstəricilərə diqqət yetirməli və qiymətləndirməlidir:

5.2. Arterial təzyiq;

5.5. Qəbul etdiyi mayenin miqdarı və tezliyi;

5.6. Ümumi vəziyyəti və kliniki əlamətlər;

5.8. Psixi vəziyyəti.

Əgər yemək qəbul etməmə elan edən şəxsin psixi vəziyyəti tibb işçisində şübhə yaradırsa, onda o, psixiatrla konsultasiya edilməlidir.

Toplanmış göstəricilər şəxsin adına açılmış cədvəldə (Təlimata əlavə № 1) mütləq qaydada qeydə alınmalıdır. Cədvəl Təlimatın 2.10-cu bəndində göstərilən sənədlərə əlavə edilir.

6. Yemək qəbul etməmə əgər bir həftədən çox davam edirsə, müşahidə edilən kliniki simptomların təkrarlanmasından asılı olaraq laborator müayinələrin edilməsi barədə düşünülməlidir. Bu zaman tibb işçiləri belə şəxslərin qanının, sidiyinin ümumi analizinin və həmçinin qanın biokimyəvi analizinin aparılmasını təmin etməlidir.

7. Yemək qəbul etməməni könüllü dayandırmış şəxslərə gün ərzində 3000 (üç min) kilokaloridən az olmayaraq asan həzm olunan qidaların kiçik porsiyalarla qəbul edilməsi məsləhət görülür.

8. Məcburi qidalanma zamanı tibb işçisi tərəfindən hazırlanmış qida qarışığının rasionu Təlimatın 2.20-ci bəndinə uyğun olaraq hazırlanır. Qidanın hazırlanmasına, tərkibinə tələb olunan kilokalorisinə məsuliyyəti tibb işçiləri daşıyır.

9. Məcburi qidalandırma halları və qaydaları Təlimata uyğun həyata keçirilməlidir.

10. Həkim və tibb işçiləri yemək qəbul etməmə elan etmiş şəxsə, onun mənliyinə, anamnez toplanan zaman əldə edilmiş əlavə məlumatlara hörmətlə yanaşmalı, bu şəxsin şəxsiyyətinin alçaldılmasına yol verməməli, belə şəxs ilə, həkim-pasient münasibəti qurmalı və ona qayğı ilə, istəklərinə isə, hörmətlə yanaşmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver