Qanunvericilik › Pensiya hesablanması üçün 1996-cı ilin yekununa görə respublika üzrə orta aylıq əmək haqqının məbləğinin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 13.08.1997) › Tam mətn

Pensiya hesablanması üçün 1996-cı ilin yekununa görə respublika üzrə orta aylıq əmək haqqının məbləğinin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 13.08.1997)

Pensiya hesablanması üçün 1996-cı ilin yekununa görə respublika üzrə orta aylıq əmək haqqının məbləğinin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 13.08.1997) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Pensiya hesablanması üçün 1996-cı ilin yekununa görə respublika üzrə orta aylıq əmək haqqının məbləğinin təsdiq edilməsi barədə

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununa və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 625 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

2. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 89-cu maddəsinə əsasən əmək haqqı barədə sənəd təqdim edə bilməyən qaçqın və məcburi köçkünlərin pensiya hesablanması üçün işləmiş olduqları xalq təsərrüfatının sahələri üzrə orta aylıq əmək haqqı məbləği barədə cəədvəl təsdiq edilsin (əlavə olunur).

Kənd təsərrüfatında çalışmış məcburi köçkünlərin pensiya hesablanması üçün orta aylıq əmək haqqı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi tarixdən əvvəlki hər hansı beş il müddətində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən rayon göstəriciləri əsasında da hesablana bilər.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi pensiyaların yenidən hesablanması dövründə (azı 3 ay) pensiyaların hesablanması və ödənilməsi işinin təşkili ilə bilavasitə məşğul olan əmək və əhalinin sosial müdafiəsi orqanları işçilərinin əmək haqqının üzərinə 50 faiz əlavə və bir aylıq əmək haqqı məbləğində mükafat verilməsi məsələsini müəyyən olunmuş qaydada həll etsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvəsini itirmiş hesab edilən bəzi qərarlarının siyahısı təsdiq edilsin (əlavə olunur).

6. Bu qərar 1997-ci il avqustun 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 avqust 1997-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 13 avqust tarixli 91 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

7. Onlardan tikinti təşkilatları

8. Ticarət, ictimai iaşə, maddi texniki təchizat və satış tədarükü

9. Məcəllə lumat hesablama xidməti

10. Mənzil-kommunal təsərrüfatı, əhaliyə məişət xidmətinin qeyri istehsalat növü

11. Səhiyyə, bədən tərbiyəsi və sosial-təminat

15. Elm və elmi xidmət

16. Kreditləşmə və dövlət sığortası

17. Dövlət və təsərrüfat idarəetmə orqanlarının, kooperativ və ictimai təşkilatların idarəetmə orqanlarının aparatı

18. Elektroenergetika

19. Maddi istehsal sahələri

20. Qeyri-istehsal sahələri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 13 avqust tarixli 91 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

1. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar pensiyaların yenidən hesablanması üçün əsas götürülmüş əmək haqqının müasirləşdirilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 24 may tarixli 255 nömrəli qərar (5-ci bənd istisna olmaqla).

2. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar pensiyaların yenidən hesablanması üçün əsas götürülmüş əmək haqqının müasirləşdirilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 24 may tarixli 255 saylı qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 11 yanvar tarixli 7 nömrəli qərar.

3. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əlavə edilməsi ilə əlaqədar pensiyaların yenidən hesablanması qaydası barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 13 avqust tarixli 301 nömrəli qərar (2-ci və 3-cü bəndləri istisna olmaqla).

4. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əlavə edilməsi ilə əlaqədar pensiyaların yenidən hesablanması qaydası barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 13 avqust tarixli 301 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 noyabr tarixli 25 nömrəli qərar (2-ci bənd istisna olmaqla).

5 may 1998-ci il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 5, maddə 347)

2. 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 830)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver