Qanunvericilik › Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Peşə təhsili sahəsində dövlətin vəzifələri

Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.0. Peşə təhsili sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. peşə təhsili sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

4.0.2. peşə təhsili və təlimi sisteminin inkişaf istiqamətlərini müəyyənləşdirmək;

4.0.3. peşə təhsilinə dair normativ hüquqi aktlar qəbul etmək, bu sahənin inkişafı üzrə səriştələrə əsaslanan, nəticəyönlü dövlət təhsil standartlarını və kvalifikasiyalara uyğun təhsil proqramlarını (kurikulumları) təsdiq etmək və icrasına nəzarəti həyata keçirmək;

4.0.4. müvafiq peşə üzrə təhsil standartları və proqramlarının (kurikulumların) hazırlanması üçün sahibkarlar, onların birlikləri, peşə assosiasiyaları ilə əməkdaşlıq etmək;

4.0.5. peşə təhsili müəssisələrinə qəbul qaydasını təsdiq etmək, dövlət sifarişini və ödənişli əsaslarla təhsil haqqının məbləğini müəyyən etmək;

4.0.6. peşə təhsilinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini, maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarəti təmin etmək;

4.0.7. dövlət peşə təhsili müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək;

4.0.8. ali təhsil müəssisələrində peşə təhsili və təlimi sistemi üçün kadr hazırlığının həyata keçirilməsinə nail olmaq və peşə təhsili və təlimi sisteminə yüksək ixtisaslı mütəxəssisləri cəlb etmək;

4.0.9. dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl peşə təhsili müəssisələrinin nizamnamələrinə rəy vermək;

4.0.10. əmək bazarının tələblərinə və dövlət-özəl tərəfdaşlıq mexanizminə uyğun olaraq, peşə təhsili müəssisələrində kadr hazırlığına dair sifarişlərin formalaşdırılmasını təmin etmək və proqnozları tərtib etmək;

4.0.11. peşə təhsilinin qeyri-dövlət sektorunun dəstəklənməsi və rəqabət mühitinin inkişafı məqsədilə özəl və bələdiyyə peşə təhsili müəssisələri ilə əməkdaşlıq etmək və onlara metodik kömək göstərmək;

4.0.12. peşə təhsili müəssisələrində mühəndis-pedaqoji işçilərin və təhsilalanların təhlükəsizliyini təmin edən tədbirlərin (sığorta, əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin qorunması, sanitariya-gigiyena qaydaları və s.) yerinə yetirilməsinə nəzarət etmək;

4.0.13. peşə təhsili müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə məlumat bazasını yaratmaq və onun digər təhsil pillələri və səviyyələrinin məlumat infrastrukturuna inteqrasiyasını təmin etmək;

4.0.14. müasir təhsil mühitinin yaradılması məqsədilə yeni təhsil texnologiyalarından istifadə etməklə, tədris prosesində innovasiyaların tətbiqinə şərait yaratmaq;

4.0.15. peşə təhsili müəssisələrinə elmi-metodik rəhbərliyi və təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;

4.0.16. işəgötürənlərin və təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iş yerlərində və peşə təhsili müəssisələrində təcrübə proqramlarını hazırlamaq;

4.0.17. insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemləri araşdırmaq, bu istiqamətdə analitik və metodik materiallar hazırlamaq;

4.0.18. peşə təhsili müəssisəsinin (dövlət peşə təhsili müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək;

4.0.19. peşə təhsili müəssisəsinin akkreditasiyası və təhsilverənlərinin attestasiyası (sertifikatlaşdırılması) qaydasını müəyyən etmək, akkreditasiyanı və attestasiyanı (sertifikatlaşdırılmanı) həyata keçirmək;

4.0.19-1. dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq etmək;

4.0.19-2. peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada hazırlanmasını təmin etmək;

4.0.20. dövlət peşə təhsili müəssisəsinin maddi-texniki və tədris bazasının yenilənməsi məqsədilə ümumtəhsil və ixtisas dərslikləri, tədris vəsaitləri, ədəbiyyatlar, əyani və texniki vəsaitlərlə təmin etmək;

4.0.21. dövlət peşə təhsili müəssisəsində pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək;

4.0.22. yaşlılar üçün peşə təlimini və ixtisasartırmanı təmin etmək;

4.0.23. əlilliyi olan şəxslərin, eləcə də sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili almaq hüququnu təmin etmək və onların ixtisasına uyğun işlə təmin olunmasına yardımçı olmaq;

4.0.24. peşə təhsili müəssisələrinə olan tələbatı müəyyənləşdirmək, peşə təhsili müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlayıb həyata keçirmək;

4.0.25. peşə təhsili sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin etmək;

4.0.26. büdcədənkənar vəsaitin cəlb edilməsi məqsədilə dövlət peşə təhsili müəssisələrində profilinə uyğun istehsalat infrastrukturunun yaradılmasını təmin etmək;

4.0.27. Azərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə təhsili müəssisələrində bərabər şərtlərlə təhsil almaq hüququnu təmin etmək;

4.0.28. peşə təhsili müəssisəsinin məzunlarına peşə təhsilinin növbəti səviyyəsinə keçid zamanı üstünlük vermək;

4.0.29. dövlət peşə təhsili müəssisələrində təhsilalanları xüsusi iş geyim formaları ilə təmin etmək;

4.0.30. peşə təhsili sahəsinin inkişafına dəstək verən müəssisə və təşkilatların, sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq;

4.0.31. peşə təhsili müəssisələrinin və peşə təhsili müəssisələri məzunlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün şərait yaratmaq.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver