“Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2013-cü il 8 iyul tarixli 939 nömrəli, “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 4 avqust tarixli 1007 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 24 dekabr 2020-ci il
Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş biliklərin qiymətləndirilməsi üçün müvafiq ixtisas üzrə test imtahanının keçirilməsi
Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bacarıq, səriştə və təcrübənin müvafiq ixtisasın təhsil proqramının (kurikulumun) bir modulu üzrə qiymətləndirilməsi
Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinin və tanınmasının nəticəsi olaraq verilmiş peşə təhsili sənədinin (diplom, sertifikat) itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi
1. 5 mart 2024-cü il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 mart 2024-cü il, “Xalq” qəzeti, 7 mart 2024-cü il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 295)