Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.13-cü bəndinə və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 12 dekabr 2019-cu il
1.1. Bu Qaydalar peşə və kvalifikasiya standartının (bundan sonra – standart) hazırlanmasının, yenidən hazırlanmasının, təsdiq edilməsinin, qeydiyyatının aparılmasının və müddətinin uzadılmasının əsaslarını müəyyən edir.
1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyası (bundan sonra – sahə komissiyası) – iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, standartın hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması ilə bağlı müzakirələrin keçirilməsi, təkliflərin verilməsi və qərarların qəbul edilməsi istiqamətində dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, işəgötürənlər və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi qrupdur;
1.2.2. layihə qrupu – standartın layihəsinin hazırlanmasına cəlb olunan müvafiq sahə üzrə müəssisə, idarə və təşkilatların nümayəndələrindən, müstəqil mütəxəssislərdən ibarət işçi qrupdur;
1.2.3. ekspertlər – standartın layihəsinin struktur və məzmununu yoxlayan və müvafiq sahə üzrə ən azı 5 (beş) il iş təcrübəsinə malik müstəqil mütəxəssislərdir.
2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının “Məşğulluq haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunları, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.
3. Standartın hazırlanması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən əlaqələndirilir.
2.1. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, habelə fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri (bundan sonra – işəgötürənlər) standartın hazırlanması və ya yenidən hazırlanması üçün tələb olunan məlumatları Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi üzərindən yaradılmış Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə (bundan sonra – reyestr) bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun “Müraciətərizə”ni dolduraraq daxil edirlər.
2.2. Standartın hazırlanması ilə bağlı “Müraciətərizə” bilavasitə hüquqi şəxsin rəhbəri, fiziki şəxs və ya onların səlahiyyət verdiyi şəxslər tərəfindən reyestrə daxil edilir.
2.3. Standartın hazırlanmasına dair məlumatlar reyestrə Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ aktlarına uyğun olaraq daxil edilir.
2.4. Nazirlik reyestrə daxil olan müraciətə 1 (bir) ay müddətində baxır, məqsədəmüvafiq hesab etdiyi təqdirdə standartın hazırlanması ilə bağlı bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun sahə komissiyasına müraciət edir.
2.5. Hazırlanması üçün müraciət olunan standart barəsində sahə komissiyası səsvermə yolu ilə müvafiq qərar qəbul edir. Sahə komissiyasının qərarı Nazirliyə təqdim olunur. Standartın hazırlanması ilə bağlı sahə komissiyasının müsbət qərarı olmazsa, həmin standart hazırlanmır.
2.6. Nazirlik sahə komissiyası tərəfindən hazırlanmasına qərar verilən standartın statusu haqqında məlumatı reyestrə daxil edir və mütəmadi olaraq yeniləyir.
2.7. Standartın layihəsi müvafiq sahə üzrə mütəxəssislərdən ibarət layihə qrupu tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanır.
2.8. Layihə qrupunun tərkibində müvafiq sahə üzrə ən azı 3 (üç) il iş təcrübəsinə malik üç nəfərədək mütəxəssis iştirak edir.
2.10. Standartın hazırlanması ilə bağlı müraciət edənlər Nazirliyin bununla bağlı müsbət qərarı olduqda, onun hazırlanmasında layihə qrupunun tərkibində ictimai əsaslarla iştirak edə bilərlər.
2.11. Layihə qrupu tərəfindən hazırlanmış standartın layihəsi ekspertlər tərəfindən yoxlandıqdan sonra müvafiq rəylərlə birgə Nazirliyə təqdim olunur.
2.12. Bu Qaydaların 3 və 4 nömrəli əlavələrinə uyğunluğu yoxlanıldıqdan sonra Nazirlik standartın layihəsini ekspert rəyləri ilə birgə baxılması və qərar qəbul edilməsi məqsədilə müvafiq sahə komissiyasına, əlavə rəy və təklif bildirilməsi zərurəti yarandıqda aidiyyəti qurumlara təqdim edir.
2.13. Standartın layihəsi sahə komissiyasına təqdim olunduqdan sonra 30 (otuz) iş günü müddətində ona baxılır. Bu müddət ərzində standartın layihəsi ilə bağlı qurumlardan daxil olmuş rəy və təklifləri Nazirlik sahə komissiyasına təqdim edir.
2.14. Sahə komissiyası müəyyən edilmiş müddətdə standartın layihəsinə baxdıqdan sonra səsvermə yolu ilə müvafiq qərar qəbul edir.
2.15. Sahə komissiyasının qərarı 3 (üç) iş günü müddətində Nazirliyə təqdim edilir.
2.16. Sahə komissiyası tərəfindən qəbul edilməyən standart Nazirliyə təqdim olunur. Nazirlik həmin standartı təkmilləşdirilməsi üçün layihə qrupuna göndərir.
2.17. Müvafiq sahə komissiyasının qərarı Nazirliyin Kollegiyasında təsdiq olunduqdan sonra standart qüvvəyə minir və reyestrə yerləşdirilir.
2.18. Nazirliyin Kollegiyası tərəfindən təsdiq olunmuş standartın qüvvədəolma müddəti 5 (beş) ildir.
3.1. Standartın qüvvədəolma müddəti başa çatdığı zaman onun əmək bazarının tələbatına uyğun yenidən hazırlanması və ya müddətinin növbəti 5 (beş) il müddətinə uzadılması məqsədilə Nazirlik ən azı 3 (üç) ay əvvəl bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq müvafiq sahə komissiyasına müraciət edir.
3.2. Sahə komissiyası standartın yenidən hazırlanmasını və ya müddətinin uzadılmasını məqsədəmüvafiq hesab etmədiyi təqdirdə, standart qüvvədən düşür.
3.3. Standartın yenidən hazırlanması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
3.4. Standartın müddətinin uzadılması haqqında qərar müvafiq sahə komissiyasında səsvermə yolu ilə qəbul edilir.
4.1. Standartın hazırlanmasının və ya yenidən hazırlanmasının maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və 20-ci maddələrinə uyğun olaraq İşsizlikdən Sığorta Fondunun vəsaitləri və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
Müraciət edən işəgötürənin (müəssisə, idarə və təşkilat) adı __________________________________________
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi ___________________________________________________________________________________
Hüquqi şəxsin rəhbəri, fiziki şəxs və ya onların səlahiyyət verdiyi şəxsin adı, soyadı ______________________
_____________________________________________________________________________________________________
Standartın hazırlanması və ya yenidən hazırlanması təklif olunan peşə (peşələr), fəaliyyət sahəsi (sahələri) göstərilməklə
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
Mədənçıxarma sənayesi
Elektrik enerjisi, qaz, hava və buxar təchizatı
Su təchizatı və tullantıların təmizlənməsi
Ticarət və avtonəqliyyat vasitələrinin təmiri
Nəqliyyat və anbar təsərrüfatı
Yaşayışın təşkili və ictimai iaşə
İnformasiya və rabitə
Maliyyə və sığorta fəaliyyəti
Peşə, elmi və texniki fəaliyyət
İnzibati və yardımçı xidmətlər
Dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat
Səhiyyə və sosial xidmətlər
İstirahət, əyləncə və incəsənət
İctimai birliklərin fəaliyyəti, məişət mallarının təmiri və fərdi xidmətlər
Ev təsərrüfatlarının fəaliyyəti
Standartın hazırlanması və ya yenidən hazırlanması üçün əsaslar və ya zəruri sənədlər əlavə oluna bilər.
Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının adı _________________________________________________________
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin adı, soyadı____________________
____________________________________________________________________________________________________________________
Müraciətin məzmunu: aşağıda göstərilən standartın hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması təklif olunur.
Standartın hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması üçün əsas.
Peşə standartının Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi
İstinad Kodu: (reyestrdə sıra nömrəsi, peşə standartı sözünün abreviaturu - PS, Məşğulluq Təsnifatında kodu, AzMKÇ-də səviyyəsi)
Sahə komissiyasının adı
Peşə standartının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasında təsdiq olunması barədə qərarın tarixi və nömrəsi
Təklif olunan yenilənmə tarixi
_______________peşə standartı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin əlaqələndirməsi və sosial tərəfdaşlıq vasitəsilə hazırlanmış, əlaqəli təşkilat və müəssisələrin rəyləri nəzərə alınaraq dəyərləndirilmiş, Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyası _______________________________tərəfindən
(sahə komissiyasının adı)
təsdiq edilərək, reyestrdə yerləşdirilmişdir.
1. Terminlər, simvollar və ixtisarlar (istifadə olunmuş terminlər, simvollar, ixtisarlar və onların izahı)
2. Peşəyə dair xüsusi məlumat
2.1. Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri ________
_____________________________________________________________________________
_____________________________________________________________________________
2.2. Məşğulluq Təsnifatında və ISCO 08-də peşənin kodu (dördrəqəmli kod və uyğun peşənin təsnifatdakı adı)
3. İşə qəbula dair ümumi tələblər
3.1. Əmək münasibətləri və işə qəbulla bağlı qanunvericiliyin tələbləri
3.2. Peşəyə dair xüsusi tələblər (peşə üzrə işləmək üçün peşənin xüsusiyyətlərindən irəli gələn tələblər qeyd olunur)
4.1. Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf-mühit (SƏTƏM) qaydalarına əməl olunması tələbləri (işin xüsusiyyətindən asılı olan əmək şəraiti, iş rejimi, sağlamlığa zərərli hallar, işçinin peşə xəstəliyinə, yoluxucu xəstəliklərə tutulmağı ehtimalı olan iş yerləri, tələb olunan fiziki xüsusiyyətlər, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları qeyd olunur)
5. Məsuliyyət və müstəqillik səviyyələri (aşağıdakı sütunda uyğun səviyyə işarə olunur (R))
İlkin biliklərə malikdir. Sadə əmək bacarıqlarını nümayiş etdirir. Nəzarət altında fəaliyyət göstərir
Sadə biliklərə malikdir. Metod və təlimatlara riayət etməklə müasir texnologiyaların tətbiq edildiyi şəraitdə nəzarət altında fəaliyyət göstərir
Peşəsi ilə bağlı qaydalarla, metodlarla tanışdır və problemləri həll edə bilir. Müxtəlif xidməti tapşırıqları müstəqil şəkildə icra edə bilir və fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürür
Peşəsi ilə bağlı nəzəri bilik və məlumatlara malikdir, mənimsənilmiş bilikləri əmək fəaliyyətində tətbiq edə bilir. Ən azı bir xarici dildə danışa bilir. Mürəkkəb və müxtəlif praktiki tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir. Bəzi səlahiyyətlərə malikdir, digərlərinin işinə nəzarət edə bilir və məsuliyyəti öz üzərinə götürür
Peşəsi ilə bağlı əsas nəzəri biliklərə malikdir, fəaliyyəti ilə bağlı informasiyaları təhlil edir, çətin problemlərin yaradıcı şəkildə həlli üçün mənimsənilmiş biliklərdən istifadə edir. Gözlənilməz şəraitlərdə müstəqil fəaliyyət göstərir, kiçik kollektivin fəaliyyətini istiqamətləndirir və məsuliyyəti öz üzərinə götürür. Kollektivin işinə nəzarət edə bilir. Ən azı bir xarici dildə fikirlərini izah edir
Peşəsi ilə bağlı əsas nəzəri biliklərə malikdir, yeni yanaşma tətbiq etməklə mürəkkəb tapşırıqları yerinə yetirir. Problemləri aşkar edir, onların müxtəlif həll yollarını təhlil edir və qiymətləndirə bilir. Əvvəlcədən məlum olan vəzifə və fəaliyyətlər çərçivəsində işçilərə rəhbərlik edir. İşçilərin əmək fəaliyyətini qiymətləndirir, işin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir. Ən azı bir xarici dildə fəaliyyət sahəsi ilə bağlı fikirlərini izah edir, müzakirələrdə iştirak edə bilir
Peşəsi və fəaliyyət sahəsi ilə bağlı dərin biliyə, tədqiqat metodları haqqında ümumi təsəvvürə malikdir. Fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll edir. Yeni və çox vaxt yaradıcı metodlar tələb edən məsələlərlə məşğul olur. Əmək fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir. Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə məsuliyyət daşıyır. Biliklərini başqalarına ötürə bilir. Xarici dildə fikirlərini əsaslandıra bilir, müzakirələrdə iştirak edir
Peşəsi və fəaliyyət sahəsi ilə bağlı dərin və müasir biliklərə malikdir. Elmi metodologiyanı mənimsəyir və tədqiqatlarda istifadə yollarını dərk edir. Elm və bilik sahəsini genişləndirən strateji tədqiqatları və inkişafla bağlı tədbirləri təklif edir və həyata keçirir. Müvafiq elm sahəsinin inkişafı üçün nailiyyət hesab edilə bilən yeni nəzəri müddəalar işləyib hazırlayır. Təşkilatın və ya böyük kollektivin strateji fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə qadirdir
6.1. Vəzifə, fəaliyyətlər, bilik, bacarıqlar, işə yanaşma və davranış
(vəzifələr ən azı işin planlaşdırılması, yerinə yetirilməsi, müşahidənin aparılması və lazım gəldikdə düzəlişlərin edilməsi, işin yekunlaşdırılması və hesabat verilməsi mərhələlərini əhatə etməlidir)
(əsas fəaliyyətlər işin görülmə alqoritminə uyğun ardıcıllıqla sıralanmalıdır)
(iş üzrə vəzifə və fəaliyyətləri yerinə yetirmək üçün tələb olunan minimum biliklərin siyahısı)
Bacarıqlar, işə yanaşma və davranış
(iş üzrə vəzifə və fəaliyyətləri yerinə yetirmək üçün tələb olunan minimum bacarıqların, həmçinin işlə bağlı çətinlik, həvəsləndirmə və mükafatlara fərdin adekvat cavab reaksiyalarının, həmçinin işi icra edərkən nümayiş etdirməli olduğu rəftar və hərəkətlərin minimum siyahısı)
6.3. Tövsiyə olunan avadanlıq və alətlər:
6.3.1. peşə üzrə fəaliyyətlərin icra edilməsi üçün tövsiyə edilən avadanlıq və alətlərin siyahısı;
6.3.2. əlilliyi olan şəxslər üçün avadanlıq və alətlərin siyahısı.
7. Qiymətləndirmə metodları
7.1. Peşə standartları üzrə qiymətləndirmənin məqsədi fərdin müvafiq peşə standartını fəaliyyətlər, vəzifələr və ya tapşırıqlar üzrə həyata keçirə bilməsini müəyyən etməkdir. Sözügedən tapşırıqlar peşə standartında müəyyən edilən texniki bacarıqları, planlaşdırma və problemləri həlletmə biliklərini, gözlənilməz vəziyyətlərdə hərəkət etmək bacarığını, digər şəxslərlə işləmək bacarığını və ünsiyyət bacarıqlarını əhatə etməlidir.
7.2. Peşə standartı üzrə qiymətləndirmənin məqsədlərinə aşağıdakılar daxildir:
7.2.2. karyera yüksəlişi;
7.2.3. bilik və bacarıqlarda olan boşluqların və təlim ehtiyaclarının müəyyən edilməsi;
7.2.4. işçi heyətin qiymətləndirilməsi.
7.3. Qiymətləndirmə aşağıdakı metodlardan 2-ni və ya 3-nü əhatə etməlidir:
7.3.1. əmək fəaliyyətinin müşahidə edilməsi;
7.3.2. işin nəticəsinin qiymətləndirilməsi;
7.3.4. suallar (şifahi və ya yazılı);
7.3.6. portfel əsasında qiymətləndirilmə;
7.3.7. dinləmə meyarlarının qiymətləndirilməsi;
7.3.8. fərdi araşdırmalar;
7.3.9. sorğuların keçirilməsi;
7.3.10. ekspert və şəxsi qiymətləndirmə və s.
7.4. Qiymətləndirməni planlaşdıran zaman onun xarakterik cəhətlərinə xüsusi diqqət yetirmək lazımdır: qiymətləndirmə hansı interval çərçivəsində həyata keçirilməlidir, hansı hədəflər müəyyən edilməlidir, hansı qiymətləndirmə metodları daha məqsədəuyğundur.
8. Peşə standartının hazırlanmasında (yenidən hazırlanmasında) iştirak edənlər:
8.1. hazırlayan şəxslər (adı, soyadı, iş yeri, vəzifəsi)_________
8.2. ekspertlər (adı, soyadı, iş yeri, vəzifəsi) _______________
8.3. təşkilat və müəssisələr (müəssisənin adı) _____________
9. Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının sədri, üzvləri və mütəxəssislər (adı, soyadı, iş yeri, vəzifəsi) ___________________________
Kvalifikasiya standartının Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi
İstinad kodu: (reyestrdə sıra nömrəsi, kvalifikasiya standartı sözünün abreviaturu - KS, Məşğulluq Təsnifatında kodu, AzMKÇ-də səviyyəsi)
Sahə komissiyasının adı
Kvalifikasiya standartının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasında təsdiq olunması barədə qərarın tarixi və nömrəsi
Təklif olunan yenilənmə tarixi
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlaqələndirməsi və sosial tərəfdaşlıq vasitəsilə hazırlanmış, əlaqəli təşkilat və müəssisələrin rəyləri nəzərə alınaraq dəyərləndirilmiş, Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyası__________________________________ tərəfindən təsdiq edilərək, reyestrdə
(sahə komissiyasının adı)
1. Terminlər, simvollar və ixtisarlar (istifadə olunmuş terminlər, simvollar, ixtisarlar və onların izahı)
2. Peşəyə dair xüsusi məlumat
2.1. Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri__________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
3. Peşə sahibi üçün tələb olunan səriştələr
3.1. Əsas səriştələr (əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxs üçün əsas, həmçinin əmək bazarında əlavə və ümumi dəyəri formalaşdıran bilik, bacarıq, işə yanaşma və davranış formasıdır)
Azərbaycan dilində ünsiyyət
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
Xarici dildə ünsiyyət
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
Hesablama əməliyyatlarını yerinə yetirmə
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
İnformasiya texnologiyaları (İT)
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
Şəxsi inkişaf və karyera planlaşdırılması
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
Estetika və mədəni özünüifadə
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
3.2. Ümumi səriştələr (əmək bazarında rəqabətədavamlı olmağa imkan yaradan səriştələr, peşəyə görə səriştələr arta və ya azala bilər)
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
3.3. Spesifik səriştələr (peşə üzrə tələb olunan səriştələr, peşəyə görə arta və ya azala bilər)
Təlim (öyrənmə) nəticələri
Qiymətləndirmə meyarları
4. Kvalifikasiya standartının hazırlanmasında (yenidən hazırlanmasında) iştirak edənlər:
4.1. Hazırlayan şəxslər (adı, soyadı, iş yeri, vəzifəsi) ___________
4.2. Ekspertlər (adı, soyadı, iş yeri, vəzifəsi)___________________
4.3. Təşkilat və müəssisələr _________________________________
5. Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının sədri, üzvləri və mütəxəssislər (adı, soyadı, iş yeri, vəzifəsi) ___________________________
1. 24 noyabr 2020-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1403)
2. 21 sentyabr 2022-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1101)
3. 1 avqust 2023-cü il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1238)