Qanunvericilik › “Pestisidlərdən nümunələrin götürülməsi, qablaşdırılması, etiketlənməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın və “Gübrələrdən nümunələrin götürülməsi, qablaşdırılması, etiketlənməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 30.01.2023) › Tam mətn

“Pestisidlərdən nümunələrin götürülməsi, qablaşdırılması, etiketlənməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın və “Gübrələrdən nümunələrin götürülməsi, qablaşdırılması, etiketlənməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 30.01.2023)

“Pestisidlərdən nümunələrin götürülməsi, qablaşdırılması, etiketlənməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın və “Gübrələrdən nümunələrin götürülməsi, qablaşdırılması, etiketlənməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 30.01.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 –2025-ci illər üçün Dövlət Proqramı”nın “Tədbirlər Planı” hissəsinin 10.6.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci və 4.0.1-ci yarımbəndlərini və 5.10 – 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Kollegiyası

1. Agentliyin fəaliyyət istiqamətləri üzrə aşağıdakı texniki normativ hüquqi aktlar təsdiq edilsin:

1.1. “Pestisidlərdən nümunələrin götürülməsi, qablaşdırılması, etiketlənməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” (Əlavə 1);

1.2. “Gübrələrdən nümunələrin götürülməsi, qablaşdırılması, etiketlənməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” (Əlavə 2).

2. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2023-cü il 30 yanvar tarixli 29 nömrəli iclas protokolu.

Azərbaycan Respublikasının

Qida Təhlükəsizliyi Agentliyinin sədri

1.1. Bu Təlimat “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 13.5.2 və 28.1.5-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində istehsal və istifadə edilən, habelə ölkəyə idxal edilən və ya ölkədən aparılması (ixracı) nəzərdə tutulan pestisidlərdən dövlət fitosanitar nəzarəti tədbirlərinin həyata keçirilməsi məqsədilə nümunələrin götürülməsi, qablaşdırılması, etiketlənməsi və laboratoriyaya göndərilməsi məsələlərini tənzimləyir.

1.2. Sahibkarlıq subyektlərində aparılan planlı və plandankənar yoxlamalarla bağlı pestisidlərdən nümunələrin götürülməsi zamanı, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməlidir.

2.0. Bu Təlimatda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. pestisidlər - zərərli orqanizmlərə qarşı mübarizə məqsədilə istifadə edilən zəhərli kimyəvi maddələr;

2.0.2. partiya - tərkibi, mənşəyi və s. eyniliyi ilə seçilən və yükün bir hissəsini təşkil edən eyni bir mal vahidlərinin məcmusu;

2.0.3. nöqtəvi nümunə - ilkin nümunənin hazırlanması məqsədi ilə bir partiyadan birbaşa seçilmiş məhsul;

2.0.4. ilkin nümunə (birləşdirilmiş nümunə) - bir məhsul partiyasından götürülən nöqtəvi nümunələrin cəmi;

2.0.5. orta nümunə (laborator nümunə) - ilkin nümunələrdən laboratoriya ekspertizası üçün ayrılmış hissə;

2.0.6. şahid nümunə - müayinə məqsədi ilə götürülmüş nümunə ilə eyni partiyadan olan, etiraz və mübahisəli hallar üçün laboratoriyada uyğun şəraitdə saxlanılan nümunə;

2.0.7. ixtisar - qalan hissəsi kənarlaşdırılmaqla, pestisidin kütləsindən daha kiçik kütlənin əldə edilməsi prosesi;

2.0.8. səlahiyyətli orqan - fitosanitar nəzarəti sahəsində qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edən mərkəzi icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi.

3.1. Pestisidlərdən nümunələrin götürülməsi və laboratoriya analizləri onların qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi məqsədilə aparılır.

3.2. Pestisid nümunələri qablaşdırılmış, etiketlənmış və əvvəllər açılmamış taralardan, dəmiryolu və avtomobil sisternləri və konteynerlərdən, habelə istehsal yerində istifadəyə hazır olan qablaşdırılmamış partiyadan götürülür.

Pestisidlərdən partiyanın bütün hissələrini əhatə etməklə bərabər miqdarda nöqtəvi nümunələr götürülür. Pestisidlər dəmiryolu sisternləri, avtosisternlər və konteynerlər vasitəsilə daşındığı zaman hər sistern və konteyner bir partiya hesab edilir.

3.3. Pestisidlərin mal partiyasının eyniliyi aşağıdakı meyarlar üzrə müəyyən edilir:

3.3.1. pestisidin adı və təsiredici maddənin miqdarı;

3.3.2. mənşə ölkə və istehsalçının adı;

3.3.3. partiyanın istehsal tarixi (gün, ay, il);

3.3.4. partiyanın miqdarı, kq/l;

3.3.5. qablaşdırmanın növü və partiyada qablaşdırma vahidinin sayı;

3.3.6. sınaq nəticələri.

3.4. Qablaşdırılmış pestisid partiyasından, partiyada olan qablaşdırmaların miqdarından asılı olaraq nöqtəvi nümunə götürülən vahidin sayı aşağıdakı cədvələ uyğun müəyyən edilir:

3.5. Pestisidlər dəmiryolu sisternləri, avtosisternlər və konteynerlər vasitəsilə daşındığı zaman nümunələr hər bir sisterndən və konteynerdən götürülür.

3.6. Bütün növ qablaşdırma materiallarından, sisternlərdən və konteynerlərdən maye, pasta, dənəvər və toz şəklində olan pestisid nümunələrinin götürülməsi üçün istifadə edilən alətlər bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmişdir. Düzgün nümunə götürülməsinə imkan verən digər alətlərdən də istifadə oluna bilər.

3.7. Nümunə götürücülər təmiz, quru və götürülən pestisidlərin xüsusiyyətlərinə təsir etməyən materiallardan hazırlanmalıdır.

4.1. Nöqtəvi nümunələr üçün seçilmiş qablaşdırma vahidlərinin üzəri nümunə götürmədən öncə təmizlənməlidir.

4.2. Maye pestisidlərdən nöqtəvi nümunələr preparat bircinsli vəziyyət alana qədər qarışdırıldıqdan sonra götürülür. Bu zaman çəlləklər düz bir səthdə onu 2-3 dəqiqə diyirlətməklə, bidon, butulka, kanistr və balonlar isə əllə çalxalamaqla qarışdırılır.

4.3. Müxtəlif növ qablaşmalarda olan maye pestisidlərdən nümunələri nümunəgötürücü alətlər şaquli olaraq qabın tam dərinliyinə daxil etməklə götürülür.

4.4. Pastaşəkilli pestisidlərdən nümunələr preparat bircinsli olana qədər qarışdırıldıqdan sonra bu Təlimatın 4.3-cü bəndində göstərilən qaydada, əgər qatılıq qarışdırmağa imkan verməzsə 4.5-ci bəndində göstərilən qaydada götürülür.

4.5. Pastaşəkilli və bərk halda olan pestisidlərdən nümunəgötürmə aləti şaquli istiqamətdə taraya tam daxil edilərək götürülür.

4.6. Tozşəkilli və dənəvərşəkilli pestisidlərdən nümunələr şupun şaquli ox üzrə qablaşdırma vahidinin 2/3 dərinliyinə daxil edilməsi yolu ilə götürülür.

4.7. Eyni partiyadan olan pestisidin istehsal yerində taralara yığılması zamanı bərabər aralıqlarla ən azı 10 nöqtəvi nümunə götürülür.

4.8. Avtosistern, dəmiryolu sisterni və konteynerlərdə daşınan pestisidlərdən nümunələr hər sistern və konteynerdən nümunəgötürənin taraların 2/3 dərinliyinə daxil edilməsi yolu ilə götürülür. Bu zaman sistern və ya konteynerə şaquli istiqamətdə daxil edilə bilən və istənilən dərinlikdə açılmağa imkan verən borudan istifadə edilir. Bu, nümunə götürücünün sistern və ya konteynerin dibinə hərəkət edərkən, tədricən doldurulmasını təmin edir.

4.9. Preparat maye şəklində və qablaşmanın tutumu bir litr və daha çox olduqda bir nöqtəvi nümunənin miqdarı 200 ml, tutumu bir litrə qədər olan qablaşmalardan isə ümumi çəkinin dörddə birdən (1/4) çox olmamaqla götürülür.

4.10. Preparat bərk və ya pastaşəkilli, qablaşmanın tutumu 2 kq və daha çox olduğu halda nöqtəvi nümunənin miqdarı 600 qr, qablaşmanın həcmi 2 kq-dan az olduğu halda isə çəkinin dörddə birdən (1/4) çox olmamaqla götürülür.

4.11. Nöqtəvi nümunələr (maye forma üçün ən azı 200 ml və bərk forma üçün ən azı 600 q) hermetik qapaqlarla bağlanmış qablarda saxlanılmalıdır.

4.12. Nümunə götürüldükdən sonra götürülmüş nümunənin kütləsi (həcmi) göstərilməklə qablaşdırma vahidi nümunə götürən tərəfindən hermetik bağlanaraq plomblanmalıdır.

4.13. Götürülmüş nöqtəvi nümunələr qarışdırılır və ilkin nümunə əldə edilir.

4.14. İlkin nümunənin dörd hissəyə bölünməsindən (toz və ya dənəvərşəkilli pestisidlər üçün) və ya seçmə üsulu ilə (maye və pastaşəkilli pestisidlər üçün) orta nümunələr alınır.

4.15. Orta nümunə 2 hissəyə bölünür. Orta nümunələr səlahiyyətli orqanın müfəttişi tərəfindən plomblanır və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalara göndərilmək üçün hazırlanır. Həmin laboratoriyalar onlara göndərilən orta nümunələrdən birini analiz üçün istifadə edir, digərini isə şahid nümunə kimi ən azı 3 ay müddətində saxlanılmasını təmin etməlidir.

4.16. Sahibkar laboratoriya nəticələrindən narazı olduğu təqdirdə, şahid nümunəni təkrar analizlərin aparılması məqsədilə müfəttişin iştirakı ilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş digər istinad laboratoriyalarına təqdim edə bilər.

5.1. Orta nümunələr pestisidin keyfiyyətinin qorunmasını təmin edəcək təmiz, quru və kip bağlanan konteynerlərə (qablara) yerləşdirilir.

5.2. Saxlanma konteynerləri təmiz, quru və nəmə davamlı olmalı, şüşədən, plastikdən, habelə nümunəni olduğu şəkildə qoruyub saxlayan və pestisidlə hər hansı reaksiyaya girməsi mümkün olmayan materialdan hazırlanmalıdır. Konteynerlər hermetik qapaqla təchiz olunmalıdır.

5.3. Hər bir saxlanma konteyneri hermetik bağlanılmalı, etiketlənməli, plomblanmalı və yalnız plombun qırılması yolu ilə açılması mümkün olmalıdır.

5.4. Bütün nümunələr pestisidlərin keyfiyyətlərinin qorunduğu şəraitdə saxlanılmalıdır. Nümunələr konteynerdə kip bağlandıqdan sonra pestisidin etiket məlumatlarında göstərilən temperaturda saxlanılmalıdır. Aşağı temperaturda saxlanılarkən nümunələrin donmasına yol verilməməlidir.

6.1. Orta nümunənin yığıldığı qabın üzərinə aşağıdakı məlumatlar əks olunmuş etiket yapışdırılır:

6.1.1. pestisidin adı;

6.1.2. istehsalçı müəssisə;

6.1.3. preparatın təsiredici maddəsinin adı və miqdarı;

6.1.4. saxlanılma şəraiti;

6.1.5. partiyanın nömrəsi;

6.1.6. nümunənin götürülmə tarixi;

6.1.7. nümunə götürənin adı və soyadı;

6.1.8. "ZƏHƏRLİDİR!" yazısı.

6.2. Pestisid yanğın təhlükəliliyi xüsusiyyətlərinə malikdirsə, etiket üzərində "Oddan təhlükəlidir" xəbərdarlıq sözləri yazılmalıdır.

7.1. Nümunə götürülmə prosesi başa çatdıqdan sonra müfəttiş tərəfindən götürülən hər bir nümunə üçün bu Təlimatın 2 nömrəli əlavəsində göstərilən formaya uyğun olaraq nümunəgötürmə aktı tərtib edilməlidir. Nümunə bir neçə bərabər hissəyə bölünübsə, nümunənin hər birinə nümunəgötürmə aktının bir surəti əlavə edilməlidir.

7.2. Akt üç nüsxədən ibarət olur ki, bu nüsxələrdən biri nümunə ilə birlikdə aktla təsvir edilmiş məhsul nümunələrinin parametrlər üzrə sınağının və digər sənədləşmə işlərinin aparılması məqsədilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyaya göndərilir. Aktın 2-ci nüsxəsi səlahiyyətli orqanda, 3-cü nüsxəsi isə sahibkarda saxlanılır.

7.3. Nümunələr səlahiyyətli orqanın müfəttişinin nəzarəti ilə müşayiət edilir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması” Qaydalarının tələblərinə uyğun olaraq, səlahiyyətli orqanın nəqliyyat vasitələri və ya logistika xidməti ilə müvafiq laboratoriyalara çatdırılır.

7.4. Sahibkarlıq subyektlərində aparılan planlı və plandankənar yoxlamalarla bağlı pestisidlərdən nümunələrin götürülməsi zamanı nümunələrin götürülməsi aktı “Məhsulun tədqiqi (sınağı) məqsədi ilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş nümunəvi forma əsasında tərtib edilir.

Şəkil 1. Nümunə götürülməsi üçün silindr

Şəkil 2. Bir borudan ibarət nümunə götürmə aləti

Şəkil 3. İki konsentrik borudan ibarət alət

Şəkil 4. Klapanlı boru

Şəkil 5. Novşəkilli boru

Şəkil 6. Porşenli şup

Şəkil 7. Qoruyucu metal daxilində butulka

Şəkil 12. Uzununa kəsikli şup

Şəkil 13. Uzununa kəsikli şup

Şəkil 14. Burğuşəkilli şup

“ ____”_____________20___il “ _________________________________”

Yük sahibinin adı, soyadı, atasının adı və onun təsərrüfat obyektinin adı, yerləşdiyi ünvan:

___________________________________________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

Pestisid nümunələrini götürən müfəttişin vəzifəsi, soyadı, adı və atasının adı: _________

____________________________________________________________________________

Pestisid nümunələrinin götürülməsində iştirak edən yük sahibinin (səlahiyyətli nümayəndəsinin) soyadı, adı və atasının adı: _____________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

Məhsulun saxlanıldığı yer (nəzarət məntəqəsi, anbar, nəqliyyat vasitəsi və s.):

_____________________________________________________________________________

_____________________________________________________________________________

Yük sahibinin (səlahiyyətli nümayəndəsinin) izahatı, iradı və ya etirazı (əgər varsa) ________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Aktın surətini icra üçün qəbul etdim: _______________________

Gübrə nümunələrini götürmüş müfəttiş: _______________________

Gübrə nümunələrinin götürlməsində

iştirak edən yük sahibi, yaxud

səlahiyyətli nümayəndəsi: _______________________

1.1. Bu Təlimat “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 13.5.2 və 28.1.5-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində istehsal və istifadə edilən, habelə ölkəyə idxal edilən və ya ölkədən aparılması (ixracı) nəzərdə tutulan gübrələrdən dövlət fitosanitar nəzarəti tədbirlərinin həyata keçirilməsi məqsədilə nümunələrin götürülməsi, qablaşdırılması, etiketlənməsi və laboratoriyaya göndərilməsi məsələlərini tənzimləyir.

1.2. Sahibkarlıq subyektlərində aparılan planlı və plandankənar yoxlamalarla bağlı gübrələrdən nümunələrin götürülməsi zamanı, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməlidir.

2.0. Bu Təlimatda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. mineral gübrələr - bitkilərin sürətli inkişafını və məhsuldarlığını təmin edən, sənaye əsaslı istehsal olunan və ya təbii maddələr yığımından ibarət xüsusi kimyəvi məhsullar;

2.0.2. üzvi gübrələr - əsas qida elementləri üzvi birləşmələr şəklində olan gübrələr;

2.0.3. partiya - tərkibi, mənşəyi və s. eyniliyi ilə seçilən və yükün bir hissəsini təşkil edən eyni bir mal vahidlərinin məcmusu;

2.0.4. nöqtəvi nümunə - ilkin nümunənin hazırlanması məqsədi ilə bir partiyadan birbaşa seçilmiş və bu Təlimatın 3-cü və 4-cü hissələrinə uyğun qaydada və miqdarda götürülən məhsul;

2.0.5. ilkin nümunə (birləşdirilmiş nümunə) - bir məhsul partiyasından götürülən nöqtəvi nümunələrin cəmi;

2.0.6. orta nümunə (laborator nümunə) - ilkin nümunələrdən laboratoriya ekspertizası üçün ayrılmış hissə;

2.0.7. şahid nümunə - müayinə məqsədi ilə götürülmüş nümunə ilə eyni partiyadan olan, etiraz və mübahisəli hallar üçün laboratoriyada uyğun şəraitdə saxlanılan nümunə;

2.0.8. ixtisar - qalan hissəsi kənarlaşdırılmaqla, gübrənin kütləsindən daha kiçik kütlənin əldə edilməsi prosesi;

2.0.9. gübrənin keyfiyyəti - gübrələrin bioloji səmərəliliyinin və istifadəsinin iqtisadi təhlükəsizlik göstəricilərinin kompleks qiymətləndirilməsi;

2.0.10. dördləmə üsulu ilə ixtisar - gübrənin əl və ya digər vasitələr ilə diaqonallarla dörd bərabər hissəyə bölünərək orta nümunənin hazırlanması;

2.0.11. konservasiya - məhsulun uzunmüddətli saxlanılmasına yönəldilmiş tədbirlər (xüsusi emal və ya şəraitin təşkili);

2.0.12. yaşıl gübrə - torpağın strukturunu yaxşılaşdırmaq, habelə onu üzvi və digər qidalandırıcı maddələr ilə zənginləşdirmək üçün şumlanaraq torpağa qarışdırılan bitkilər;

2.0.13. səlahiyyətli orqan - fitosanitar nəzarəti sahəsində qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edən mərkəzi icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi.

3.1. Mineral gübrələrdən partiyanın bütün hissələrini əhatə etməklə bərabər miqdarda nöqtəvi nümunələr götürülür. Bərk gübrələr topa (qalaq) və açıq halda olduqda və ya böyük həcmdə saxlanılan maye gübrələrdən nümunə götürmə zamanı obyektiv nəticələr əldə olunması məqsədilə aşağıdakı prosedurlar icra edilir:

3.1.1. topa (qalaq) və açıq halda olan gübrədən nümunə götürmə zamanı həmin gübrələr təmiz və düz bir səthdə yayılır, bu Təlimatın 3.3-cü bəndində müəyyən edilmiş formada, Cədvəl 1-də nəzərdə tutulmuş çəkidə və Cədvəl 2-də nəzərdə tutulmuş sayda nöqtəvi nümunələr götürülür;

3.1.2. böyük həcmdə (quyularda, konteynerlərdə, çənlərdə və s.) saxlanılan maye gübrələrdən onlar saxlanıldığı yerdə qarışdırılmaqla, Cədvəl 1-də nəzərdə tutulmuş çəkidə və Cədvəl 2-də nəzərdə tutulmuş sayda nöqtəvi nümunələr götürülür.

3.2. Konteynerlərdə və ya qablaşdırmalarda olan bərk gübrələrdən əl ilə və ya nümunəgötürəndən istifadə etməklə Cədvəl 1-də nəzərdə tutulmuş miqdarda və Cədvəl 2-də nəzərdə tutulmuş sayda nöqtəvi nümunələr götürülür.

Məhsulun aqreqat halı

Maksimal dənəvər ölçülü əsas fraksiya, mm

Nöqtəvi nümunələrin kütləsi, q

3.3. Qablaşdırılmamış gübrədən nöqtəvi nümunələrin əldə edilməsi üçün həmin gübrənin xalis kütləsinin şərti qablaşdırma sayı müəyyənləşdirilir. Qablaşdırılmamış gübrənin şərti qablaşdırma sayı aşağıdakı düstur əsasında hesablanır:

M – məhsulun xalis kütləsi, kq;

50 kg – qablaşdırmanın şərti kütləsidir;

Q – şərti qablaşdırma sayının miqdarı.

3.4. Qablaşdırma sayı müəyyənləşdirildikdən sonra Cədvəl 2-də nəzərdə tutulmuş sayda nöqtəvi nümunələr götürülür.

4.1 Nümunəgötürücü avadanlıqlar təmiz, quru olmalı və götürülən gübrənin xüsusiyyətlərinə təsir etməyən materiallardan hazırlanmalıdır. Bütün nümunə götürmə prosesləri, nümunənin xüsusiyyətlərindəki dəyişikliklərin (nəmliyin və s.) minimuma endirilməsi nəzərə alınmaqla aşağıdakı üsullara (metodlara) uyğun olaraq həyata keçirilir:

4.0.1. kisələrdə qablaşdırılan gübrələrdən nöqtəvi nümunələr, yarığı olan nümunə götürənlərlə, məhsulun fiziki xüsusiyyətlərinin (bütövlüyünün) saxlanmasını təmin edərək götürülür. Nümunələr kisə üfüqi vəziyyətdə olarkən, nümunəgötürən iki diaqonal üzrə kisənin boyunun 4/3 uzunluğunu əhatə etməklə daxil edilərək götürülür;

4.0.2. konus formasında qalaq şəkilli gübrələrdən konusun dib nöqtəsindən 50 sm yuxarı və konusun üst nöqtəsindən isə 50 sm dərinlikdə olan qatları əhatə etməklə qalağın iki qarşı tərəfindən nöqtəvi nümunə götürülür. Nümunəgötürmə nöqtələri arasındakı məsafə 25 sm olmalıdır (Şəkil 1);

Şəkil 1. Nümunəgötürmə nöqtələri

4.0.3. tərəfləri qeyri-bərabər olan konusvari qalaqdan nöqtəvi nümunə aşağıdakı (Şəkil 2.) sxemə uyğun olaraq, yan tərəflərdəki çarpaz kəsiklərdən əllə idarə olunan nümunə götürücülərin köməyilə götürülür. Nümunə götürülmə dərinliyi bu Təlimatın 4.0.2-ci yarımbəndinə uyğun olmalıdır;

Şəkil 2. Qeyri-bərabər tərəfli konusvari qalaq şəkilli gübrələrdən nümunə götürmə.

4.0.4. konus şəkilli olmayan qalaqdan nümunə götürülməsi aşağıdakı sxemə (Şəkil 3.) uyğun həyata keçirlir. Nümunə götürülmə dərinliyi bu Təlimatın 4.0.2-ci yarımbəndinə uyğun olmalıdır;

Şəkil 3. Konus şəkilli olmayan, qalaq halında gübrələrdən nümunənin götürülməsi.

4.0.5. Ümumi təyinatlı bağlı vaqondan nümunə götürmə aşağıdakı sxemə (Şəkil 4.) uyğun həyata keçirilir.

Ümumi təyinatlı bağlı vaqondan nümunə götürülən məhsul:

Şəkil 4. Ümumi təyinatlı, bağlı vaqondan nümunə götürmə sxemi:

AB və A1B1 - Nümunə götürmənin birinci mərhələsi;

o – Nöqtəvi nümunə götürmə;

CD və C1D1- nümunə götürmənin ikinci mərhələsi.

4.0.6. avtonəqliyyat vasitələrindən və ya traktor qoşqusundan gübrə nümunələri əllə idarə olunan nümunəgötürücülər vasitəsilə, aşağıdakı sxemə (Şəkil 5.) uyğun olaraq götürülür;

Şəkil 5. Avtomobillərdən nümunə götürmə sxemi:

a - yük qaldırmaq qabiliyyəti 5 tona qədər olan avtomobil üçün;

b - yük qaldırmaq qabiliyyəti 5 tondan artıq olan avtomobil üçün;

“o” nümunələrin seçim nöqtələri.

4.0.7. Qablaşmada olan bərk gübrələrdən nümunələr yivli bölücü və ya böyük mexaniki nümunə bölüşdürücüdən istifadə olunmaqla götürülür. Hər bir qablaşdırmanın içindəkilər ayrı-ayrı təmiz, quru yerə boşaldılır və bir kürək bu qablaşdırmanın nöqtəvi nümunəsi olaraq götürülür. Digər nümunələr hermetik bağlanan konteynerlərə geri qaytarılır. Daha böyük ölçülü konteynerdən azı dörd kürək götürmək lazımdır.

Şəkil 6. Kürək nümunələri:

4.0.8. Tərkibində sərbəst ammonyak olan maye gübrələr üçün, təhlükəsizlik baxımından əl ilə nümunə götürülmür. Məhlul, pulp (püre) və suspenziya nümunələrinin götürülməsi məhsulun homogenləşdirildiyi (eynicinsli olduğu) zaman əl ilə həyata keçirilir. Maye gübrələrdən nümunə götürmə cihazlarının daxili ölçüləri 50 mm və ya daha böyük olmalıdır.

4.0.9. Nümunəgötürücülər təmiz, quru və götürülən gübrənin xüsusiyyətlərinə təsir etməyən materiallardan hazırlanır (nümunə götürən zaman, buxar təzyiqi və delaminasiya (təbəqələrin ayrılması) daxil olmaqla maye gübrələrin xüsusiyyətləri nəzərə alınır).

4.0.10 Sistern və ya konteynerdə daşınan gübrədən nümunə götürülməsi məqsədilə şaquli istiqamətdə daxil edilə bilən, bir və ya hər iki ucundan bağlana bilən borudan istifadə edilir. Şüşə və ya başqa bir qab, istənilən dərinlikdə açılmağa imkan verən cihazla hermetik bağlanır. Bu, nümunəgötürücünün konteynerin dibinə hərəkət edərkən tədricən doldurulmasını təmin edir.

4.0.11. Nümunə götürmək üçün seçilən hər bir qabın tutumu 1 dm-dən çox olmadıqda, bütün tərkiblər nöqtəvi nümunə olaraq qəbul edilməklə təmiz və quru qaba boşaldılır. Hər bir qab 1 dm-dən çox və 1000 dm-dən az tutuma malik olduqda, seçilmiş konteynerlər homogenliyi təmin etmək üçün hərtərəfli qarışdırılır və ya çalxalanır. Daha sonra, birbaşa seçilən konteynerlərin hər birindən bərabər miqdarda maye hissələri götürülməklə təmiz və quru qaba boşaldılır.

5.0. İlkin nümunələrdən aşağıda göstərilən qaydada orta nümunə ayrılır:

5.0.1. Eyni məhsul partiyasından götürülən nöqtəvi nümunələr birləşdirilir, qarışdırılır, ilkin nümunə hazırlanır. İlkin nümunələr bu Təlimatın 5.0.3-cü və 5.0.4-cü yarımbəndlərində göstərilən qaydada ixtisar edilərək hər biri 250-350 qr arasında olan orta nümunələrə bölünür.

5.0.2. Ayrılmış orta nümunələr təmiz, quru şüşə qablarda və ya ağzı kip bağlanmış ikiqat polietilen kisələrdə qablaşdırılır.

5.0.3. Bərk gübrələrin ilkin nümunələri dördləmə üsulundan istifadə etməklə ixtisar edilir. Nümunənin ixtisara salınması ilə bağlı tətbiq olunan ən sadə üsul kimi dördləmə üsulu xüsusi avadanlıq tələb etmir və aşağıdakı formada həyata keçirilir:

1. gübrə təmiz, quru və hamar bir səth üzərində konusvari qalaq halına gətirilir;

2. konusun təpəsi hamar vəziyyətə gətirilir və gübrə, bir-birinə düz bucaq altında iki diametr üzrə dörd hissəyə bölünür;

3. dördə bölünmüş hissələrin iki çarpaz əks tərəfləri kənarlaşdırılaraq bu yerdəki təmiz səthə yerləşdirilir;

4. tələb olunan kütlə nümunəsi alınana qədər qalan digər hissələr qarışdırılır və prosedurlar təkrarlanır.

5.0.4. Maye gübrələrdən götürülmüş nöqtəvi nümunələrdən hazırlanmış ilkin nümunələrin ixtisarı həyata keçirilir. İlkin nümunələr təmiz, quru qaba yerləşdirilir və tərkibi homogen (eynicinsli) hala gələnə qədər çalxalanır. Homogen kütlə 4 ayrı bərabər həcmli qaba boşaldılır, ondan iki hissə seçilərək qarışdırılır və tələb olunan kütlə alınana qədər prosedur təkrarlanır.

5.0.5. Orta nümunələrin ayrılmasından sonra ilkin nümunələrin qalıqları nöqtəvi nümunələrin götürüldüyü partiyaya qaytarılır.

5.0.6. Orta nümunə 2 hissəyə bölünür və səlahiyyətli orqanın müfəttişi tərəfindən möhürlənir. Nümunələr “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalara göndərilmək üçün hazırlanır. Həmin laboratoriyalar onlara göndərilən orta nümunələrdən birini analiz üçün istifadə edir, digərini isə şahid nümunə kimi ən azı 3 ay müddətində saxlanılmasını təmin etməlidir.

5.0.7. Sahibkar laboratoriya nəticələrindən narazı olduğu təqdirdə, şahid nümunə təkrar analizlərin aparılması məqsədilə müfəttişin iştirakı ilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş digər istinad laboratoriyalarına təqdim edə bilər.

6.1. Saxlanma konteynerləri təmiz, quru və nəmə davamlı olmalı, şüşədən, plastikdən, habelə nümunəni olduğu şəkildə qoruyub saxlayan, davamlı və hər hansı reaksiyaya girməsi mümkün olmayan materialdan hazırlanmalıdır. Konteynerlər hermetik qapaqla təchiz olunmalıdır.

6.2. Hər bir konteyner hermetik olaraq bağlanılmalı, plomblanmalı və yalnız plombun qırılması yolu ilə açılmalıdır

6.3. Orta nümunələr laboratoriyaya göndərilmədən əvvəl etiketlənməlidir. Etiket qabın bərk hissəsinə bağlanmalı, ekspertiza keçirilənə qədər nümunələrin qorunmasına təminat verəcək və onların dəyişdirilməsi mümkünlüyünü istisna edəcək şəkildə plomblanmalı və hermetiklik pozulmadan qoparılması mümkün olmamalıdır. Etiket üzərində aşağıdakı məlumatlar göstərilməlidir:

6.3.1. məhsul istehsalçısının adı;

6.3.2. nümunə götürmə yeri və tarixi;

6.3.3. gübrənin ticari adı;

6.3.4. qeydiyyat şəhadətnaməsinin nömrəsi (olduqda);

6.3.5. gübrənin növü;

6.3.6. partiyanın miqdarı (sayı) və laboratoriya nümunəsinin kütləsi;

6.3.7. nümunənin nömrəsi;

6.3.8. nümunə götürülməsinə cavabdeh şəxsin adı, soyadı, vəzifəsi və imzası.

6.4. Nümunələrin saxlanılma şəraiti: Bütün nümunələr gübrələrin keyfiyyətlərinin qorunduğu şəraitdə saxlanılmalıdır. Nümunələr onların öz xüsusiyyətlərinə görə, konteynerlərə yerləşdirilməli və kip bağlandıqdan sonra gübrənin etiket məlumatlarında göstərilən temperaturda saxlanılmalıdır. Aşağı temperaturda saxlanılarkən nümunələrin donmasına yol verilməməlidir. Qeyd edilən temperatur tələbləri açıq halda olan gübrələrə (topa (qalaq) halda olan peyin, quş zılı və s.) şamil edilmir. Bu halda olan gübrələr otaq temperaturunda saxlanılmalıdır.

Nümunələr birbaşa günəş təsirindən qorunmalıdır. Test nəticələri nümunənin nəmliyə məruz qaldığını göstərirsə, nümunəni kip möhürləyərək quruducuda saxlamaq lazımdır. Əgər nümunə rütubətin təsirindən tez xarab olarsa, o, kip möhürlənmiş konteynerdə 1-8 ͦC arası temperaturda, qaranlıq yerdə saxlanılmalıdır. Konteynerlər zədələnməyə davamlı və absorbent (uducu) olmayan materiallardan hazırlanmalıdır. Saxlama konteynerləri hava keçirməyən, suya, təzyiqə davamlı və aşındırmayan olmalıdır.

7.1. Gübrələrdən nümunə götürən fitosanitar müfəttişin təhlükəsizliyinin təmin olunması məqsədilə aşağıdakı geyimlərdən istifadə edilir:

7.1.1. fərdi qoruyucu paltar;

7.1.2. suya davamlı qoruyucu ayaqqabılar;

7.1.3. xüsusi geyimlər (kombinezonlar);

7.1.6. qoruyucu eynəklər;

7.2. Təhlükəsizliyin təmin edilməsi məqsədilə aşağıdakı amillər mütləq nəzərə alınmalıdır:

7.2.1. personalın birbaşa avadanlıqlar altında işləməməsinin təmin edilməsi;

7.2.2. pilləkənlərdən istifadə zamanı möhkəm obyektlərə birləşdirilməsinin təmin edilməsi.

8.1. Nümunə götürülmə prosesi başa çatdıqdan sonra müfəttiş tərəfindən götürülən hər bir nümunə üçün bu Təlimatın əlavəsində göstərilən formaya uyğun olaraq nümunə götürmə aktı tərtib edilməlidir. Nümunə bir neçə bərabər hissəyə bölünübsə, nümunənin hər birinə nümunə götürmə aktının bir surəti əlavə edilməlidir.

8.2. Akt üç nüsxədən ibarət olur ki, bu nüsxələrdən biri nümunə ilə birlikdə aktla təsvir edilmiş məhsul nümunələrinin parametrlər üzrə sınağının və digər sənədləşmə işlərinin aparılması məqsədilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyaya göndərilir. Aktın 2-ci nüsxəsi səlahiyyətli orqanda, 3-cü nüsxəsi isə sahibkarda saxlanılır.

8.3. Götürülmüş nümunələr karton və ya polimer materialdan hazırlanmış xüsusi yuvaları olan taralara qoyulur, məhsula dair etiketlərində göstərilən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla səlahiyyətli orqanın müfəttişinin nəzarəti ilə müşayiət edilir, səlahiyyətli orqanın nəqliyyat vasitələri və ya logistika xidməti ilə müvafiq laboratoriyalara çatdırılır.

8.4. Sahibkarlıq subyektlərində aparılan planlı və plandankənar yoxlamalarla bağlı gübrələrdən nümunələrin götürülməsi zamanı nümunələrin götürülməsi aktı “Məhsulun tədqiqi (sınağı) məqsədi ilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş nümunəvi forma əsasında tərtib edilir.

9.1. Üzvi gübrələrdən nümunə götürmək üçün aşağıdakı avadanlıqlar, materiallar və qablardan istifadə olunur:

9.1.1. istismar şəraiti və texniki xüsusiyyətləri 5°C-dən çox olmayan temperaturu saxlamağa imkan verən istənilən məişət soyuducusu;

9.1.2. 5 mq və ±10 mq intervalda çəki xətasına yol verilən tərəzi;

9.1.3. 0,5; 0,25 və 0,3 mm diametrli gözləri olan torpaq ələklər;

9.1.4. 30 sm tutumlu plastik stəkanlar;

9.1.5. plastik və metal şpatellər;

9.1.6. cərrahiyyə qayçıları;

9.1.7. torpaq bıçaqları, çömçələr;

9.1.9. rezin əlcəklər;

9.1.10. müşənbə materiallı önlüklər;

9.1.11. filtr kağızları;

9.1.12. perqament kağızı;

9.1.13. 8-10 dmhəcmli neytral materialdan hazırlanmış qab;

9.1.14. brezent, polietilen, polietilen paket, paketlər, kisələr;

9.1.18. şüşə laboratoriya stəkanları;

9.1.19. şüşə laboratoriya kasaları;

9.1.21. 100, 200, 500 və 1000 sm- tutumlu ölçü silindrləri;

9.1.22. 1000 sm-ə qədər müxtəlif ölçülü kip qapaqlı şüşə bankalar;

9.1.23. müxtəlif ölçülü çini dəstəcik və həvəngdəstə;

9.1.24. kip qapaqlı eksikator;

9.1.25. şüşə kristallizator (kimyəvi qab).

9.2. Təhlükəsizlik tələbləri: Nümunə götürən əməkdaşların aşağıda sadalanan xüsusi iş geyimləri olmalıdır:

9.2.4. rezin ayaqqabı.

10.1. Üzvi gübrənin laboratoriya nümunəsi etiketlənir. Etiket qablaşdırma materialının üzərinə bağlanmalı, ekspertiza keçirilənə qədər nümunələrin qorunmasına təminat verəcək və onların dəyişdirilməsi mümkünlüyünü istisna edəcək şəkildə plomblanmalı və hermetiklik pozulmadan qopardılması mümkün olmamalıdır. Etiketdə aşağıdakılar göstərilməlidir:

10.1.1. istehsalçının adı;

10.1.2. nümunəgötürmə yeri və tarixi;

10.1.3. gübrənin ticari adı;

10.1.4. qeydiyyat şəhadətnaməsinin nömrəsi (əgər varsa);

10.1.5. gübrənin növü;

10.1.6. partiyanın miqdarı və laboratoriya nümunəsinin kütləsi;

10.1.7. nümunənin nömrəsi;

10.1.8. nümunə götürülməsinə cavabdeh şəxsin adı, soyadı, vəzifəsi və imzası.

10.2. Qablaşdırma: Orta nümunələr aşağıdakı normalara uyğun şəkildə qablaşdırılır:

10.2.1. kimyəvi neytral materiallarda - fiziki, kimyəvi analiz üçün;

10.2.2. kip qapaqlı şüşə bankalarda - uçucu kimyəvi maddələrin analizi üçün;

10.2.3. steril qablarda - mikrobioloji, baytarlıq-sanitariya, gigiyenik analizləri həyata keçirmək üçün.

11.1. Bərk üzvi gübrələrin (zibilli peyin və tullantı, kompostlar, tullantı və zibilli peyinin bərk hissələri, tullantı və quru peyin) nöqtəvi nümunələri onların nizamla yığılmış topa qalaqlarının üst, orta və alt qatlarından götürülür. Nümunəgötürmə prosesi aşağıda göstərilən qaydada aparılır:

11.1.1. əvvəlcədən sıra ilə qalaqların bütün uzunluğu boyunca, nümunələrin götürülməsi planlaşdırılan kəsimlər qeyd edilir. Hər bir qatdan götürülən nümunənin dərinliyi 20 sm-dan az olmamalıdır. Nöqtəvi nümunələr hər qatın 5 (beş) nöqtəsindən götürülür. Bir nöqtəvi nümunənin kütləsi ən azı 100 qram olmalıdır. Nümunə götürərkən torpaq nümunə götürücüsündən, çömçədən, kürəklərdən, şpatellərdən istifadə edilir. Bütün nöqtəvi nümunələr vedrələrə yerləşdirilir;

11.1.2. nöqtəvi nümunələrdən ilkin nümunə hazırlanır, polietilen plyonkanın, falka kağızının və ya adi kağızın üzərinə tökülür. Ondan, xüsusi çəkisi yüksək olan kənar mexaniki əlavələri (daş, şüşə, çınqıl, metal və s.) və aşağı xüsusi çəkiyə malik əşyaları (ağac çöp, lələk, ip və s.) kənarlaşdırılmaqla qarışdırılır, dördləmə (dörddə bir) üsulu ilə çəkisi 2 kq-dan az olmayan laboratoriya nümunəsinə qədər ixtisar edilir;

11.1.3. nümunə götürüldükdən sonra kürəklər, çömçələr, vedrələr və nümunə götürücülər üzvi gübrə qalıqlarından yaxşı təmizlənir, 20 dəqiqə qaynayan su ilə, sonra isə alətlərin sanitar təmizlənməsi məqsədilə etil spirti ilə işlənilir.

11.2. Qablaşdırılmış və etiketlənmiş laboratoriya nümunələri analiz üçün, mümkün qədər götürüldüyü gün laboratoriyaya çatdırılmalıdır. Bərk üzvi gübrələrin laboratoriya nümunələrinin analizi onların laboratoriyaya çatdırıldığı gün aparılır.

11.3. Uçucu və kimyəvi cəhətdən qeyri-sabit maddələrin müəyyənləşdirilməsi üçün nəzərdə tutulan laboratoriya nümunələri saxlanılmamalı və laboratoriyaya çatdırıldıqdan dərhal sonra analiz edilməlidir.

11.4. Kimyəvi analiz üçün nəzərdə tutulan laboratoriya nümunələri quru hala düşənə qədər qurudulmalı və növbəti analizə qədər şüşə, plastik qablarda və kağız taralarda saxlanılmalıdır.

11.5. Mikrobioloji, baytarlıq-sanitariya analizləri üçün nəzərdə tutulmuş laboratoriya nümunələri konservasiya olunmur. Soyudulmadan nümunələr 15°C - 20°C temperaturda 2 (iki) saatdan çox olmamaq şərti ilə, 4°C - 10°C-temperaturda isə 3 (üç) sutkadan çox olmamaq şərti ilə saxlanılmalıdır.

11.6. Parazitoloji müayinə üçün nəzərdə tutulan laborator nümunələr laboratoriyaya çatdırıldıqdan dərhal sonra analiz edilməlidir. Dərhal analiz aparmaq mümkün olmadıqda, üzvi gübrənin nəmliyini əvvəlcədən müəyyənləşdirərək, ilkin nəmliyi ilə laboratoriya nümunələri soyuducuda 5°С-dən çox olmayan temperaturda saxlanılmalıdır. Nümunələr polietilen paketlərdə və ya kip qapaqlı şüşə bankalarda saxlanılır.

11.7. Helmintoloji qiymətləndirmələr üçün nəzərdə tutulan laboratoriya nümunələri həftədə bir dəfə havalandırılmalı və nəmləndirilməlidir. Bunun üçün, onlar soyuducudan çıxarılır və otaq temperaturunda 3 (üç) saat açıq saxlanılır, nümunə itirilmiş nəmliyinə müvafiq olaraq su ilə nəmləndirilir və yenidən saxlamaq üçün soyuducuya qoyulur.

11.8. Üzvi gübrələrin laborator nümunələrini bir aydan çox saxlamaq lazım gəldikdə, o zaman konservləşdirmə vasitələri tətbiq olunmalıdır. Bunun üçün, gübrələr kristallaşdırıcıya tökülür, üzəri kütlə payı 3% olan xlorid turşusu məhlulu ilə doldurulur və sonra soyuducuya qoyulur.

12.1. Qatqısız peyindən nöqtəvi nümunələr nümunəgötürücülərin köməyilə, peyinsaxlama anbarlarının müxtəlif dərinliklərindən, peyinsaxlama qablarından, habelə peyin emalı üçün müxtəlif qurğuların qəbuledici çənlərindən götürülür.

12.2. Nümunə götürmədən əvvəl qatqısız peyin 30 dəqiqə mexaniki və ya pnevmatik cihazlarla qarışdırılır. Nöqtəvi nümunənin həcmi 1 dm-dən, sayı səkkizdən az olmamalıdır.

12.3. Qatqısız peyindən nöqtəvi nümunələr götürüldükdən dərhal sonra bir vedrəyə və ya qaba tökülür. Alınan nümunə qarışdırılır və nümunə götürənlə laborator nümunələri götürülür, sonra, onlar hər birinin həcmi ən azı 1 dm olan hermetik möhürlənmiş qablara yerləşdirilir.

12.4. Qablaşdırılmış və etiketlənmiş laborator nümunələri analiz aparılması üçün, göndəriş sənədləri ilə mümkün qədər götürüldüyü gün laboratoriyaya çatdırılmalıdır.

“ ____”_____________20___il “ _________________________________”

Yük sahibinin adı, soyadı, atasının adı və onun təsərrüfat obyektinin adı, yerləşdiyi ünvan:

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

Gübrə nümunələrini götürən müfəttişin vəzifəsi, soyadı, adı və atasının adı: ____________

____________________________________________________________________________

Gübrə nümunələrinin götürülməsində iştirak edən yük sahibinin (səlahiyyətli nümayəndəsinin) soyadı, adı və atasının adı: __________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

Məhsulun saxlanıldığı yer (nəzarət məntəqəsi, anbar, nəqliyyat vasitəsi və s.):

_____________________________________________________________________________

____________________________________________________________________________

Yük sahibinin (səlahiyyətli nümayəndəsinin) izahatı, iradı və ya etirazı (əgər varsa) ________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Aktın surətini icra üçün qəbul etdim: _______________________

Gübrə nümunələrini götürmüş müfəttiş: _______________________

Gübrə nümunələrinin götürlməsində

iştirak edən yük sahibi, yaxud

səlahiyyətli nümayəndəsi: _______________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver