Qanunvericilik › “Poçt göndərişlərinə təhlükəsizlik nəzarəti Qaydaları”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 10.12.2004) › Tam mətn

“Poçt göndərişlərinə təhlükəsizlik nəzarəti Qaydaları”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 10.12.2004)

“Poçt göndərişlərinə təhlükəsizlik nəzarəti Qaydaları”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 10.12.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Poçt haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə qərara alıram:

1. “Poçt göndərişlərinə təhlükəsizlik nəzarəti Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmanın tətbiqi ilə əlaqədar maddi-texniki təminat ilə bağlı məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki:

3.1. bu Fərmanın icrası ilə bağlı təşkilati məsələləri altı ay ərzində həll etsinlər;

3.2. bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2004-cü il

1. 11 mart 2010-cu il tarixli 229 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 180)

15 fevral 2017-ci il tarixli 1249 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 fevral 2017-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 193)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver