13-2.1. Milli operator maliyyə xidmətlərinin göstərilməsi üzrə fəaliyyəti Mərkəzi Bankdan aldığı xüsusi razılıq (lisenziya) əsasında, lisenziyada müəyyən edilmiş həcmdə həyata keçirə bilər. Lisenziya verilməsinin qaydaları Mərkəzi Bank tərəfindən müəyyən olunur. Lisenziya alınması üçün milli operatorun müraciətinə tələb olunan bütün sənədlər təqdim olunduqdan sonra ən geci 60 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Lisenziya müddətsizdir və verildiyi gündən qüvvəyə minir.
13-2.2. Milli operatorun filial və şöbələri maliyyə xidmətləri sahəsində yalnız Mərkəzi Bankın icazə verdiyi fəaliyyət növləri ilə məşğul ola bilərlər. Filial və şöbələrə icazələrin verilməsi şərtləri milli operatora lisenziyanın verilməsi qaydalarında müəyyən olunur.
13-2.3. Maliyyə xidmətlərinin həyata keçirilməsi, o cümlədən poçt əmanətlərinin qəbul edilməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsi məsələsinə milli operatorun daxili informasiya, nəzarət və riskləri idarəetmə sistemlərinin yaradılmasından və onun Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilən kapital normativinə və təşkilati-texniki tələblərə tam cavab verməsindən sonra baxıla bilər.
13-2.4. Lisenziyanın alınması üçün milli operator qanunvericiliklə müəyyən edilən məbləğdə dövlət rüsumu ödəyir.