6.0. Milli operatorun müstəsna hüquqları aşağıdakılardır:
6.0.1. Poçt qutularında Azərbaycan Respublikasının dövlət gerbinin əksini həkk etmək;
6.0.2. Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyəri, tirajı, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılmasına dair təkliflər vermək;
6.0.3. Göndəricilərdən sadə məktub və poçt kartlarının yığılması üçün poçt qutularını istifadəçilər üçün münasib yerlərdə yerləşdirmək;
6.0.4. Poçt rabitəsi obyektlərinə indeksləri təyin etmək;
6.0.5. Poçt göndərişlərinin və pulların daşınması, inkassasiyası zamanı mühafizə məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada silahla təchiz etmək;
6.0.6. qanunvericiliyə uyğun olaraq maliyyə xidmətlərini, o cümlədən Ümumdünya Poçt İttifaqının tələblərinə müvafiq olaraq poçt ödəniş xidmətlərini həyata keçirmək.
III Fəsil
Poçt rabİtəsİ xİdmətlərİ