Qanunvericilik › “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 04.02.2013) › Tam mətn

“Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 04.02.2013)

“Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 04.02.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”nin 10.4-cü bəndini, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli Konstitusiya Qanununun 20-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyası

1. “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və kadrlar şöbəsinə (B.Məmmədov) tapşırılsın ki, qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinə (M.İsmayılov) və Hüquq və kadrlar şöbəsinə (B.Məmmədov) tapşırılsın ki, qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaların müddəalarından irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.

5. Ümumi şöbəyə (İ.Tağıyev) tapşırılsın ki, qərarın Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbələrinə və strukturuna daxil olmayan tabeliyindəki qurumlara göndərilməsini təmin etsin.

6. Qərarın icrasına nəzarət Aparatın rəhbəri V. Zeynalova həvalə edilsin.

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na uyğun olaraq hazırlanmışdır. Bu Qaydalar “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə verilmiş “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (bundan sonra - PMX AKİS) çıxarışlarının uçotu qaydalarını müəyyən edir.

1.2. PMX AKİS-in çıxarışları istənilən ödəniş vasitələrindən istifadə edilməklə ödəniş aparılarkən sistem tərəfindən avtomatik rejimdə generasiya olunan mədaxil qəbzləridir.

1.3. PMX AKİS-in çıxarışları sistemə qoşulmuş, fiziki və hüquqi şəxslərə ümumi əsaslar üzrə xidmət göstərən müəssisələrə abonent ödənişlərinin, poçt rabitəsi xidmətləri üzrə ödənişlərin və digər ödənişlərin təsdiqidir.

1.4. PMX AKİS-in çıxarışlarının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

1.5. PMX AKİS-in çıxarışlarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etməyə yol verilmir.

2.1. Əməliyyat - korporativ informasiya sistemləri vasitəsi ilə aparılan əməliyyatlar.

2.2. Ödəniş vasitəsi - abonentin apardığı ödəmələr zamanı nağd pul, bank və xəzinə hesabları, ödəniş kartları kimi istifadə edilən ödəniş alətləridir.

2.3. Abonent - korporativ müəssisələr üzrə istifadəçisi olduğu xidmətlərə uyğun müəssisələr tərəfindən qeydə alınmış və ona verilmiş abonent hesabına (koduna) malik istifadəçi.

2.4. Səlahiyyətli orqan (vəzifəli şəxs) - istismar nəzarətini həyata keçirən, yaxud auditor yoxlanışını aparan, bağlanmış müqavilələrə uyğun olaraq qəbz barədə məlumat əldə etmək hüququna malik səlahiyyətli orqan (vəzifəli şəxs), həmçinin yuxarı instansiyaların araşdırma məqsədilə təşkil etdiyi komissiyalar.

2.5. Ödəniş əməliyyatını eyniləşdirməyə imkan verən istinad nömrəsi - köçürmənin nömrəsi (yalnız ödəniş kartları vasitəsilə aparılan ödənişlər zamanı).

3.1. PMX AKİS-in çıxarışları abonentin hansı ödəniş alətindən istifadə etməsindən asılı olmayaraq eyni formata malikdir və aşağıdakı rekvizitləri özündə əks etdirir:

3.1.1. “Azərpoçt” MMC-nin adı;

3.1.2. “Azərpoçt” MMC-nin VÖEN-i;

3.1.3. Poçt şöbəsinin indeksi;

3.1.4. Mədaxil qəbzinin nömrəsi və tarixi;

3.1.5. Ödəyənin və ya göndərənin tam adı;

3.1.6. Ödəyənin və ya göndərənin VÖEN-i;

3.1.8. Alanın VÖEN-i;

3.1.9. Əməliyyatın növü;

3.1.10. Ödəniş əməliyyatını eyniləşdirməyə imkan verən istinad nömrəsi və ya göndərişin nömrəsi;

3.1.11. Əməliyyatın məbləği;

3.1.12. Ödəniş vasitəsi;

3.1.13. Xidmət haqqı məbləği;

3.1.14. Digər məlumatlar (abunəçi kodu, telefon nömrəsi, məktub və bağlamanın çəkisi, teleqramda söz miqdarı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi);

3.1.15. İcraçının soyadı, adı, atasının adı və imzası.

4.1. PMX AKİS-in çıxarışlarının sıra nömrəsi sistem tərəfindən avtomatik rejimdə generasiya olunur.

5.1. Abonentlərin PMX AKİS vasitəsilə apardığı ödənişlər üzrə çıxarışların uçotu sistemdə avtomatlaşdırılmış qaydada aparılır.

5.2. PMX AKİS-də çıxarışlar haqqında məlumatlar 5 il müddətində elektron imza ilə təmin olunmuş elektron sənəd şəklində saxlanılır.

5.3. PMX AKİS vasitəsilə ödəniş apardıqdan sonra abonent ödənişin təsdiqi kimi çıxarışları dərhal və ya 5 il ərzində əldə edə bilər.

5.4. PMX AKİS-in çıxarışları çap olunaraq abonentə təqdim olunur.

5.5. Abonentin və ya səlahiyyətli orqanın rəsmi müraciəti əsasında aparılan ödəniş əməliyyatını təsdiq edən çıxarış dublikat qeydi edilməklə təkrar çap olunur, abonentə və ya səlahiyyətli orqana təqdim edilir.

1. 6 noyabr 2014-cü il tarixli 02 nömrəli Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201411060002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 noyabr 2014-cü il)

2. 11 iyul 2018-ci il tarixli 002 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201807110002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2018-ci il)

3. 14 fevral 2022-ci il tarixli KQ-3/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202202140322, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 fevral 2022-ci il)

4. 14 dekabr 2023-cü il tarixli 3-27/3-7-17/2023 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202312143717, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2023-cü il)

5. 10 sentyabr 2025-ci il tarixli 3-27/3-7-11/2025 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202509103711, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 sentyabr 2025-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver