Qanunvericilik › Polis haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. Polis əməkdaşının həvəsləndirilməsi

Polis haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Polis əməkdaşı vəzifələrinin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirilə bilər.

II. Polis əməkdaşlarına aşağıdakı həvəsləndirmə növləri tətbiq edilir:

1) təşəkkür;

2) pul mükafatı;

3) qiymətli hədiyyə ilə mükafatlandırma;

4) fəxri fərman ilə təltif edilmə;

5) fəxri döş nişanı ilə təltif edilmə;

6) şəxsi silahla mükafatlandırma;

7) vaxtından əvvəl növbəti xüsusi rütbə verilmə;

8) xüsusi rütbənin vəzifə ştatında nəzərdə tutulduğundan bir pillə yuxarı verilməsi.

III. Həvəsləndirmə tədbiri kimi, əvvəllər verilmiş intizam tənbehinin vaxtından əvvəl çıxarılması tətbiq oluna bilər.

IV. Polisin təhsil müəssisələrində bu maddədə göstərilən həvəsləndirmə növlərindən başqa təqaüdün miqdarının artırılması və kursantların təhsil müəssisəsinin yerləşdiyi ərazidən növbədənkənar buraxılması kimi həvəsləndirmələr də tətbiq edilə bilər.

V. Polis əməkdaşları Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif olunmasına təqdim edilə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver