Qanunvericilik › Polis orqanlarının müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair təlimatın və Polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında daxili nizam qaydalarının təsdiq edilməsi haqqında (Daxili İşlər Nazirliyi, 06.11.2001) › Tam mətn

Polis orqanlarının müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair təlimatın və Polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında daxili nizam qaydalarının təsdiq edilməsi haqqında (Daxili İşlər Nazirliyi, 06.11.2001)

Polis orqanlarının müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair təlimatın və Polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında daxili nizam qaydalarının təsdiq edilməsi haqqında (Daxili İşlər Nazirliyi, 06.11.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“ _06 ”_11_ 2001-ci il № _428_

"Polis orqanlarının müvəqqəti saxlama

təcridxanasında saxlanılan şəxslərin

mühafizəsi və müşayiəti qaydalarına dair

Təlimatın və Polis orqanlarının müvəqqəti

saxlama təcridxanalarında daxili nizam

Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamənin" 4.1.5. və 5.3.6. maddələrini rəhbər tutaraq müvəqqəti saxlama təcridxanalarının fəaliyyətinin yeni cinayət-prosessual qanunvericiliyinə uyğunlaşdırılması, habelə saxlanılan şəxslərin qanunla qorunan hüquqlarının təmin olunması məqsədilə,

2. Naxçıvan MR-in Daxili İşlər Nazirinə, DİN-m baş idarə və idarə, BBPİ, NBPİ, şəhər-rayon-xətt polis orqanlarının rəislərinə:

2.1. Bir ay müddətinə müvəqqəti saxlama təcridxanalarının xüsusi təyinatlı avtomobillərin, məhkəmələrin iclas zallarının və müvəqqəti saxlama otaqlarının komisyon müayinəsi təşkil edilsin, müəyyən edilmiş nöqsan və qüsurların aradan qaldırılması üçün taxirəsalınmaz tədbirlər görülsün, nəticəsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə məruzə edilsin.

2.2. MST-də saxlanılan şəxslərin hüquqlarının təmin olunmasına, habelə onların etibarlı mühafizəsinə nəzarət gücləndirilsin.

3. DİN Baş İctimai Təhlükəsizlik İdarəsi (C.Məmmədov): müvəqqəti saxlama təcridxanalarında şübhəli və təqsirləndirilən şəxslərin mühafizəsi, eləcə də müvafiq əsaslarla digər yerlərə və ya orqanlara müşayiət olunması zamanı baş vermiş hər bir fövqəladə hadisə üzrə xidməti araşdırma aparılması təmin edilsin.

4. Keçmiş SSRİ DİN-in 8 sentyabr 1976-cı il tarixli 245 saylı, 28 oktyabr 1977-ci il tarixli 330 saylı, 5 sentyabr 1988-ci il tarixli 188 saylı və 5 sentyabr 1990-cı il tarixli 339 saylı əmrləri qüvvələrini itirilmiş hesab edilsin.

5. Əmrin icrasına nəzarət Nazir müavini polis general-mayoru O.Zalova həvalə edilsin.

6. Əmr respublika daxili işlər orqanlarında elan olunsun.

GENERAL-LEYTENANT R.USUBOV

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver