AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN QƏRARI
Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.1.2-ci bəndinin icrası ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan tərəfindən barələrində polisin nəzarəti altına vermə və ya ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şübhəli və ya təqsirləndirilən şəxslərin polis orqanlarında qeydiyyata alınması, onlar üzərində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun nəzarət işinin aparılması qaydalarının təkmilləşdirilməsi, aidiyyəti xidmət əməkdaşlarının bu sahədə vəzifə və səlahiyyətlərinin konkretləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22.01.2001-ci il tarixli 31 nömrəli əmri ilə təsdiq edilmiş «Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydaları haqqında» Təlimat yenidən işlənilmişdir.
Qeyd olunanlar baxımından «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.8-ci və 5.3.6-cı bəndlərini rəhbər tutub,
1. «Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydaları haqqında» Təlimat təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. DİN-in Katibliyi (N.Şirinov) respublikanın polis orqanlarının müvafiq sənədlərlə təmin edilməsi məqsədilə qısa müddət ərzində Təlimata əlavələrin tipoqrafik üsulla çoxaldılması təşkil olunsun.
4. Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinə, Bakı şəhər Baş Polis İdarəsinin, şəhər, rayon, xətt polis orqanlarının rəislərinə:
4.1. Təlimatın şəxsi heyət tərəfindən öyrənilməsi və xidməti fəaliyyətdə rəhbər tutulması təmin edilsin;
4.2. Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirləri tətbiq edilmiş şübhəli və ya təqsirləndirilən şəxslərin qeydiyyatı, onlar üzərində aparılan nəzarət işi Təlimatın tələblərinə uyğun təşkil edilsin.
5. Daxili İşlər Nazirliyinin 22.01.2001-ci il tarixli 31 nömrəli əmri ləğv edilsin.
6. Qərarın icrasına nəzarət müvafiq sahəyə kuratorluğu həyata keçirən nazir müavininə və Baş İctimai Təhlükəsizlik İdarəsinə həvalə edilsin.
7. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19.09.2012-ci il tarixli Q48-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Təlimat Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, «Polis haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.8-ci bəndinə uyğun hazırlanmaqla polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydalarını və nəzarət mexanizmlərini müəyyən edir.
1.2. Bu Təlimatda aşağıdakı anlayışlardan istifadə olunur:
1.2.1. Polisin nəzarəti altına vermə qətimkan tədbiri - qanunla müəyyən olunmuş hüquqi məhdudiyyətlərin təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarı ilə şübhəli və ya təqsirləndirilən şəxsə tətbiqidir;
1.2.2. Ev dustaqlığı qətimkan tədbiri - təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər hüquqlarına məhdudiyyətlər qoyulmasıdır.
2.1. Polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə qərar cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilir.
2.2. Polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarı icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərilir.
2.3. Polisin nəzarəti altına vermə qərarı qəbul edildikdən sonra polis orqanı 24 saat müddətində şübhəli və ya təqsirləndirilən şəxsi dəvət etməli, onu qeydiyyata almalı və nəzarətin tətbiqinə başlanması barədə cinayət prosesini həyata keçirən orqana rəsmi məlumat verməlidir.
3.1. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarı icraata qəbul edildikdən sonra 24 saat müddətində polisin nəzarəti altına verilən şəxs polis orqanına çağırılaraq ictimai təhlükəsizlik xidmətinin rəisi tərəfindən aparılan xüsusi jurnalda (əlavə 1) qeydiyyata götürülür, ona qanunla müəyyən edilmiş hüquqi məhdudiyyətlər izah olunur və müvafiq sənədlər nəzarəti həyata keçirən polis sahə rəisinə və ya polis sahə inspektoruna təqdim olunur.
3.2. Nəzarəti həyata keçirən polis sahə rəisi, polis sahə inspektoru şübhəli və ya təqsirləndirilən şəxsin polisin nəzarəti altına verilməsi ilə bağlı sənədləri qəbul etdikdən sonra şəxsin əməlinin ağırlılığını, xarakterini, yaşını, səhhətini, məşğuliyyətini, maddi, sosial və ailə vəziyyətini, əvvəllər məhkumluğunun olub-olmamasını və digər zəruri xüsusiyyətləri nəzərə alaraq, onun polis orqanında qeydiyyatdan keçməsinə dair cədvəl hazırlayır (əlavə 2).
3.3. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsin polis orqanında qeydiyyatdan keçmə cədvəlində yaşayış yeri üzrə yoxlamaların, polis orqanına qeydiyyata gəlmələrin sayı və vaxtı, cinayət prosesini həyata keçirən orqandan daxil olmuş əlavə məlumatlar qeyd edilir. Polis orqanında qeydiyyatdan keçmənin sayı ən azı həftədə 1 dəfə müəyyən edilir.
3.4. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsin davranışı, həyat tərzi, cinayət əlaqələri, təkrar cinayət törətməyə meylli olması nəzərə alınmaqla, zəruri hallarda polis orqanına qeydiyyata gəlmələrin sayı artırıla bilər. Qeydiyyat saatları nəzarətdə olan şəxsin iş və təhsilindən kənar müddətlərdə müəyyən edilir.
3.5. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsin polis orqanında qeydiyyatdan keçmə cədvəli polis orqanının rəisi tərəfindən təsdiq olunur, dəftərxanada qeydiyyata alınır və qeydiyyatın aparılması növbətçi hissəyə həvalə edilir.
3.6. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsin polis orqanında qeydiyyatdan keçməsi barədə qeydlər həmin orqanın məsul növbətçisi tərəfindən xüsusi jurnalda aparılır (əlavə 3).
3.7. Polisin nəzarəti altına verilən şəxslərin polis orqanının növbətçi hissəsində qeydiyyat jurnalında hər bir şəxs üçün ayrıca vərəq ayrılır, qeydiyyatdan keçməsi barədə nəzarət altında olan şəxs tərəfindən xüsusi qrafada imza edilir.
3.8. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsin polis orqanında qeydiyyatdan keçmə cədvəli müəyyən edilmiş müddət qurtardıqdan sonra dəftərxana vasitəsilə nəzarəti həyata keçirən polis sahə rəisinə, polis sahə inspektoruna qaytarılaraq nəzarət işinə tikilir.
3.9. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsin səhhəti, eləcə də yaşadığı ünvanın polis orqanından uzaq məsafədə yerləşməsi nəzərə alınaraq, müstəsna hallarda ictimai təhlükəsizlik xidmətinin rəisinin əsaslandırılmış vəsatəti əsasında polis orqanının rəisinin əmri ilə onun qeydiyyatının müvəqqəti olaraq yaşadığı ərazi üzrə polis sahə məntəqəsində aparılmasına icazə verilir.
3.10. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsin davranışı ilə bağlı onun tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi və digər əldə edilmiş məlumatlar nəzarəti həyata keçirən polis sahə rəisi, polis sahə inspektoru tərəfindən toplanaraq nəzarət işində saxlanılır, onun tərəfindən hüquqi məhdudiyyətlərin yerinə yetirilməsinə riayət olunmasına nəzarətin nəticəsi arayış və ya raportla polis orqanının rəisinə məruzə edilir.
3.11. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxs onun davranışına nəzarəti həyata keçirmək məqsədilə istənilən anda polis orqanına çağırıla bilər. Bu məqsədlə polisin aidiyyəti əməkdaşları nəzarətdə olan şəxsin iradəsinin əksinə olduqda belə onun yaşadığı ünvana gəlməyə haqlıdırlar.
3.12. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxs polis orqanında qeydiyyatdan keçməyə gəlmədikdə dərhal polis orqanının rəhbərliyi tərəfindən polis sahə rəisinə, polis sahə inspektoruna araşdırma aparılması barədə göstəriş verilir.
3.13. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən qoyulmuş hüquqi məhdudiyyətlərin pozulması, hüquqazidd hərəkətlərin törədilməsi aşkar edildikdə müvafiq sənədləşdirmə aparılaraq polis orqanının rəisinə məruzə olunur və dərhal onun tərəfindən təqdimat hazırlanaraq cinayət prosesini həyata keçirən orqana göndərilir.
3.14. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 169-cu maddəsinə əsasən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsə qoyulmuş hüquqi məhdudiyyətlər aşağıdakılardır:
3.14.1. Təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan yaşayış yerinin hüdudlarından kənara getmək;
3.14.2. Təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişmək.
3.15. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxs yaşayış məntəqəsinin hüdudlarından kənara getmək üçün cinayət prosesini həyata keçirən orqandan icazə almalıdır. Cinayət prosesini həyata keçirən orqanın icazəsi müvafiq polis orqanına daxil olduqdan sonra nəzarətdə olan şəxs yaşayış məntəqəsinin hüdudlarından kənara gedə bilər.
3.16. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsə yaşayış məntəqəsi hüdudlarından kənara getməyə icazə verilərkən, ona imza etdirilməklə marşrut vərəqəsi verilir (əlavə 4).
3.17. Marşrut vərəqəsində nəzarətdə olan şəxsin başqa yaşayış məntəqəsinə getməsinin tarixi, səbəbi, orada qalacağı ünvan və müddət, təsdiq olunmuş cədvələ əsasən gedəcəyi yaşayış məntəqəsində polis orqanında qeydiyyatdan keçməsi, müəyyən edilmiş vaxtlarda çağırışla həmin orqana qeydiyyata gəlməsi, daimi yaşadığı və ya müvəqqəti olduğu yaşayış yerinə qayıtma tarixi qeyd edilir.
3.18. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə daimi yaşadığı və ya müvəqqəti olduğu yeri başqa yaşayış məntəqəsinə dəyişdikdə nəzarət işi 24 saat ərzində həmin polis orqanına göndərilir. Nəzarət altında olan şəxs 24 saat ərzində seçdiyi yeni ünvana gəlmədikdə və müvafiq qaydada polis orqanında qeydiyyatdan keçmədiyi halda dərhal qeydiyyatda olduğu polis orqanına və cinayət prosesini həyata keçirən orqana rəsmi məlumat verilir.
3.19. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxs digər yaşayış məntəqəsinə qısa müddət ərzində gəldikdə həmin ərazinin polis orqanında ictimai təhlükəsizlik xidmətinin rəisi tərəfindən aparılan xüsusi jurnalda marşrut vərəqəsinə əsasən qeydiyyata götürülür (əlavə 1).
3.20. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxs müvəqqəti gəldiyi yaşayış məntəqəsində polis orqanı tərəfindən qeydiyyata götürüldükdən sonra ərazinin polis sahə rəisi, polis sahə inspektoru onun davranışına, hüquqi məhdudiyyətlərə riayət etməsinə nəzarəti həyata keçirməklə polis orqanına gəlmə günlərini təyin edir. Müvəqqəti olma müddəti bitdikdən sonra marşrut vərəqəsində müvafiq qeydlər aparılır, gəlmə və getmə tarixləri göstərilir və polis orqanının möhürü ilə təsdiq edilir.
3.21. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxs müvəqqəti gəldiyi ərazidə hüquqi məhdudiyyətləri pozduqda və ya hüquqazidd hərəkətlər törətdikdə toplanmış materiallar dərhal nəzarəti həyata keçirən polis orqanına göndərilir.
3.22. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxs daimi yaşadığı və ya müvəqqəti olduğu yerə qayıtdıqdan sonra onun üzərində nəzarəti həyata keçirən polis sahə rəisi, polis sahə inspektoru tərəfindən marşrut vərəqəsində müvafiq qeydlər aparılaraq nəzarət materiallarına əlavə olunur və nəzarət davam etdirilir.
3.23. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan digər yaşayış məntəqələrində aşkar edildikdə həmin ərazinin polis orqanının əməkdaşlarının müşayiəti ilə o, üzərində nəzarəti həyata keçirən polis orqanına təhvil verilir.
3.24. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi və ya xitam olunması barədə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qərar qəbul olunduqda, həmin şəxsin davranışına nəzarət dərhal dayandırılır və bu barədə cinayət prosesini həyata keçirən orqana məlumat verilir.
3.25. Polisin nəzarəti altına verilmiş şəxsin davranışına nəzarət dayandırıldıqdan sonra nəzarət işi üzrə sənədlər polis sahə rəisinin, polis sahə inspektorunun arayışına və ya raportuna əsasən polis orqanının rəisi və ya onun vəzifələrini müvəqqəti icra edən şəxs tərəfindən işə alınaraq dəftərxanaya təhvil verilir və qanunvericilikdə müəyyən olunmuş saxlama müddəti qurtardıqdan sonra məhv edilir.
3.26. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxslə aparılan işin vəziyyəti mütəmadi olaraq polis orqanının xidmət üzrə rəis müavini tərəfindən yoxlanılır və nəzarət işinin keyfiyyətinin artırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi təmin edilir.
4.1. Ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir.
4.2. Ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər.
5.1. Ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin üzərində nəzarət onun yaşayış yeri üzrə həyata keçirilir. Tibbi göstəricilərə görə təqsirləndirilən şəxs tibb müəssisəsinə stasionar müalicəyə yerləşdirildikdə ev dustaqlığı qətimkan tədbiri məhkəmə tərəfindən ləğv edilənə və ya dəyişdirilənədək bu qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələr qüvvəsində qalır. Bu halda ev dustaqlığı qətimkan tədbirinin icrası yeri müvafiq tibb müəssisəsi hesab edilir.
5.2. Ev dustaqlığı qətimkan tədbirinin tətbiq edilməsi barədə polis orqanına daxil olmuş məhkəmənin qərarı ictimai təhlükəsizlik xidmətinin rəisi tərəfindən aparılan xüsusi jurnalda (əlavə 5) qeydiyyata alınır və icrası dərhal polis orqanının rəisi tərəfindən aidiyyəti əməkdaşlara həvalə edilir.
5.3. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqi zamanı polis əməkdaşları yalnız məhkəmənin qərarında nəzərdə tutulmuş hərəkətləri həyata keçirirlər.
5.4. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 163.3-cü maddəsinə əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:
5.4.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
5.4.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;
5.4.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
5.4.4. məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.
5.4-1. məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs üçün aşağıdakı əlavə vəzifələr müəyyən edilə bilər:
5.4-1.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;
5.4-1.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;
5.4-1.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;
5.4-1.4. müəyyən şəxslərlə ünsiyyətdə olmamaq;
5.4-1.5. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr.
5.5. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs və onun yaşayış yeri müşahidə altına alınır, onun ev dustaqlığı qətimkan tədbirinin şərtlərinə riayət etməsinə polis orqanı tərəfindən nəzarət edilir. Barəsində ev dustaqlığı qətimkan tətbiri tətbiq edilmiş şəxsin müəyyən edilmiş vəzifələrə riayət etməməsinə dair əsaslı şübhələr olduqda polis orqanının əməkdaşı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə təqsirləndirilən şəxsin yaşayış yerinə daxil olmaq və müəyyən edilmiş vəzifələrə əməl edilməsini yerində yoxlamaq hüququna malikdir. Təqsirləndirilən şəxs tərəfindən qoyulmuş hüquqi məhdudiyyətlərin və ya digər hüquqazidd hərəkətlərin törədilməsi aşkar edildikdə müvafiq qaydada sənədləşdirmə aparılaraq toplanmış materiallar qanuni tədbir görülməsi üçün məhkəməyə göndərilir.
5.6. Ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş təqsirləndirilən şəxs digər yaşayış məntəqəsində aşkar edildikdə həmin ərazinin polis orqanının əməkdaşlarının müşayiəti ilə o, nəzarəti həyata keçirən polis orqanına təhvil verilir.
5.7. Ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsi və ya xitam olunması barədə qərar polis orqanına daxil olduqda onun tətbiqi dərhal dayandırılır və bu barədə cinayət prosesini həyata keçirən orqana rəsmi məlumat verilir.
5.8. Ev dustaqlığı üzrə nəzarət sənədləri aidiyyəti polis əməkdaşının arayışına və ya raportuna əsasən polis orqanının rəisi və ya onun vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən işə alınaraq dəftərxanaya təhvil verilir və qanunvericilikdə müəyyən olunmuş saxlama müddəti qurtardıqdan sonra məhv edilir.
5.9. Ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş təqsirləndirilən şəxs ətrafında aparılan nəzarət işlərinin vəziyyəti polis orqanının xidmət üzrə rəis müavini tərəfindən mütəmadi olaraq yoxlanılır və nəzarət işinin keyfiyyətinin artırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi təmin edilir.
5.10. Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şübhəli və ya təqsirləndirilən şəxslər ətrafında qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış tədbirləri həyata keçirilə bilər. Bu qəbildən olan şəxslərin cinayət prosessual qanunvericilikdə məhdudiyyət qoyulmamış digər hüquqlarının pozulması yolverilməzdir.
Təlimata 1 saylı əlavə
Polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq edilmiş şübhəli və ya təqsirləndirilən şəxslərin_____________ şəhər, rayon polis orqanında
Başlanıb_____________
Qurtarıb_____________
Təlimata 2 saylı əlavə
_______________polis orqanının rəisi
_________________________________
(rütbəsi, soyadı, imzası)
«___» _____________ 20__ il
Polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq edilmiş şübhəli və ya təqsirləndirilən şəxsin polis orqanında qeydiyyatdan keçmə
Qətimkan tədbiri tətbiq edilmiş şübhəli və ya təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı _________________________________________________________________________________
_________________________________________________________________________________
Qətimkan tədbiri tətbiq edilmiş şübhəli və ya təqsirləndirilən şəxsin yaşadığı ünvanı, əlaqə telefonu _________________________________________________________________________
_________________________________________________________________________________
Qeydiyyatdan keçmə günü və saatı __________________________________________________
Qeydiyyatdan keçmə yeri __________________________________________________________
Qeydiyyatı həyata keçirən əməkdaş _________________________________________________
Cədvəli tərtib etdi: polis sahə rəisi, polis sahə inspektoru
__________________________________________________________________________________
«___» ____________ 20__ il
Təlimata 3 saylı əlavə
Polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq edilmiş şübhəli və ya təqsirləndirilən şəxslərin _____________
şəhər, rayon polis orqanının növbətçi hissəsində
Polisin nəzarəti altına verilmiş şübhəli və ya təqsirləndirilən şəxsin
Soyadı ___________________________________________________________________________
Adı _____________________________________________________________________________
Atasının adı ______________________________________________________________________
Qeydiyyat üçün müəyyən edilmiş saat və günlər______________________________________
____________________________________________________________________________________
Təlimata 4 saylı əlavə
Marşrut vərəqəsinin kökü
Vət. _______________________
___________________________
«___» gün müddətinə getməsinə icazə verilir.
İcazənin tarixi_______________
Qalma müddəti_____________
tarixdən____________ tarixədək
Vət. ________________________
qeyd olunan yaşayış məntəqəsinə gəldikdə dərhal ərazi polis orqanında qeydiyyatdan keçməsi barədə xəbərdarlıq edilmişdir.
Xəbərdarlıqla tanış oldum:
___________________________
(nəzarət altında olan şəxsin imzası, soyadı)
«___»____________ 20____ il
Soyadı________________________
Adı___________________________
Atasının adı___________________
Ünvanı________________________
______________________________
Nəzarət altında olan şəxsin getdiyi yaşayış məntəqəsi və ünvanı________________________
_______________________________
______________________________
______________________________
_____________________________
Getmə səbəbi__________________
______________________________
Həmin yaşayış məntəqəsində
olma müddəti__________________
tarixdən______________ tarixədək
__________________________ rəisi
______________________________
(rütbəsi, soyadı, imzası və möhürü)
«___» __________ 20____ il
___________________________________ gəldi
(yaşayış məntəqənin adı)
«___» _____________ 20__ il tarixdə
_______________________________növbətçisi
(polis orqanının adı)
_________________________________________
Nəzarətdə olan şəxsin qeydiyyata gəlmə
günləri və saatı __________________________
_________________________________________
«___» ______________ 20 _____il
_________________________________________
«___» ___________ 20____il
_________________________________________
__________________________________________ çıxdı
«____» _____________ 20____ il tarixdə
____________________________________ rəisi
________________________________________
Yaşadığı ünvana qayıtdı
«____» ____________ 20____ il tarixdə
____________________________________ rəisi
«____» ____________ 20____ il
Təlimata 5 saylı əlavə
Ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş təqsirləndirilən şəxslərin __________________ şəhər, rayon polis orqanında
1. 17 aprel 2018-ci il tarixli Q23-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201804170023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 aprel 2018-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI