Qanunvericilik › “Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.10.2025) › Tam mətn

“Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.10.2025)

“Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.10.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 255 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 oktyabr 2025-ci il

Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-15.3-2-ci maddəsinə əsasən hazırlanmışdır və pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması qaydasını müəyyən edir.

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. razılaşdırılmış pərakəndə satış qiyməti - dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən dərman vasitəsinin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən pərakəndə satış qiymətinin yuxarı həddinə təklif etdiyi endirim tətbiq edilməklə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış satış qiyməti;

2.1.2. dərman vasitəsinin vahidinin qiyməti - dərman vasitəsinin razılaşdırılmış pərakəndə satış qiymətinin qablaşdırılma miqdarına bölünməsi ilə müəyyənləşdirilən qiymət.

3.1. Pozitiv siyahıya daxil olan dərman vasitəsinin şərti kompensasiya məbləği pozitiv siyahıya daxil edilmiş ekvivalent və oxşar dərman vasitələri (dozası eyni, lakin qablaşdırmadakı vahid miqdarı fərqli olan) arasında vahidinin qiyməti ən aşağı olan dərman vasitəsinin vahidinin qiymətinin qablaşdırılma miqdarına vurulması ilə müəyyənləşdirilir. Pozitiv siyahıda olan dərman vasitəsinin həmin siyahıda ekvivalent və ya oxşar dərman vasitələri (dozası eyni, lakin qablaşdırmadakı vahid miqdarı fərqli olan) olmadıqda, onun razılaşdırılmış pərakəndə satış qiyməti şərti kompensasiya məbləği hesab edilir.

3.2. Dərman vasitəsinin razılaşdırılmış pərakəndə satış qiyməti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları, habelə həmin siyahıdan çıxarılması əsasları”nda nəzərdə tutulan qaydalara əsasən müəyyən olunur.

3.3. Pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinə eyni şərti kompensasiya məbləği təyin olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver