Prokurorluq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda cinayət işləri başlayır və ibtidai istintaq aparır.
Korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış fəaliyyətini həyata keçirir.
Cinayət təqibinin həyata keçirilməsini təmin etmək məqsədilə prokurorluq cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir, qanunların icrasına və tətbiqinə nəzarət edir, bu sahədə qanunvericilik aktlarının icra vəziyyətini öyrənir və ümumiləşdirir.